Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-923/2020 19.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 1993cü il tarixdə anadan olmuş oğlu X7 xx xxxxxxx 2008-ci il tarixdə Qusar rayonunun Yasab kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxx 1974-cü il tarixdə Qusar rayonunun Yasab kəndində anadan olmuşdur. Onun xx xxxxxx 1992-ci il tarixdə X11 ilə aralarında bağlanmış nikahlarından anadan olan oğlu X14 xx xxxxxxx 2008-ci il tarixdə Qusar rayonunun Yasab kəndində vəfat etmişdir. Qusar rayonunun Yasab kəndi ərazisində onların ailə üzvlərinə fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı və kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə nəzərdə tutulmuş pay torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş Şəhadətnamə və Dövlət Aktı ilə təsdiq edilir. Həmin torpaq sahələrində mərhum oğlu X7 da adı qeyd olunmuşdur. Anar Şixəliyev intihar edərək dünyasını dəyişmişdir. X29 də xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Mərhum oğlu Anar Şixəliyevin ölümü haqqında şəhadətnamə olmadığından o, özünün vərəsəlik hüququnu həyata keçirə bilmir. Ona görə də, mərhum oğlu X7 xx xxxxxxx 2008-ci il tarixdə Qusar rayonunun Yasab kəndində vəfat etməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Mərhum oğlunun ölümü haqqında şəhadətnamə ala bilmədiyi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilnləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, Qusar rayonunun Yasab kənd sakinidir. Ərizəçi onun qonşusudur. Ərizəçi oğlu Anar Şixəliyev xx xxxxxxx 2008-ci il tarixdə yaşadıqları evin arxasında özünü asaraq intihar etmişdir. Anar Şixəliyev elə Yasab kənd qəbirstanlğında dəfn olunmuşdur. O, mərhum Anar Şixəliyevin dəfnində də iştirak etmişdir. Ərizəçi mərhum oğlu Anar vəfat etdikdən sonra həkim arayışı alınmadığı üçün Qeydiyyat şöbəsi tərəfindən mərhumun vəfat etməsi faktı təsdiqlənməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materialları tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Vİ- ЖГ № 268900 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 ilə X18 arasında xx xxxxxx 1992-ci il tarixdə 18 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Şixəliyeva soyadı verilmişdir. İşdə olan XVİİ-ЖГ № 336118 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx xxx 1993-cü il tarixdə anadan olmuşdur. X2, anası Ərizəçidır. İşdə olan xx xxxxxx 2008-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərardan görünür ki, Şıxəliyev Anar Əlövsət oğlunun özünün öldürməsi cinayət hadisəsi olmadığına görə həmin fakta görə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlanılmış 57625 nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. İşdə olan Qusar RİHB-nın Yasab kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli, 36 nömrəli Arayışdan görünür ki, Qusar rayonunun Yasab kənd sakini X15 həqiqətən xx xxxxxxx 2008-ci il tarixdə vəfat etmiş və Qusar rayonunun Yasab kəndində dəf edilmişdir. İşdə olan Qusar rayonunun Yasab kənd sakinləri X12, X1, X4, X8 və X5 iştirakları ilə xx xxx 2012-ci il tarixdə tərtib edilmiş Aktdan görünür ki, Qusar rayonunun Yasab kənd sakini X19 həqiqətən xx xxxxxxx 2008-ci il tarixdə vəfat etmiş və Qusar rayonunun Yasab kəndində dəfn edilmişdir. İşdə olan Qusar rayonunun Yasab kənd sakinləri X12, X16, X6, Ərizəçi və X10 iştirakları ilə xx xxxx 2020-ci il tarixdə Yasab kəndində tərtib edilmiş Aktdan görünür ki, həqiqətən xx xxx 1993-cü il təvəllüdlü Yasab kənd sakini X15 xx xxxxxxx 2008-ci il tarixdə qonşusu Seyidov Qayınbəyin bağında alma ağacından özünü asaraq intihar etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Qusar rayonu Yasab kəndində yaşayan Ərizəçi Yurqlu qızına ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 05-Q-139/13 nömrəli cavab məktubundan görünür ki, şöbəyə ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də X3nun ölümü haqqında həkim arayışı olmadığı üçün onun ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət edilməsi tövsiyyə ölunmuşdur. İşdə olan AZ-İ № 989817 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx xxxxxx 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx xxxxxx 2008-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərardan görünür ki, Şıxəliyev Anar Əlövsət oğlunun özünü öldürməsi cinayət hadisəsi olmadığına görə həmin fakta görə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlanılmış 57625 nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1992-ci il tarixdə X13 ilə nikahı rəsmi qeyd etdirməklə evlənmişdir. Ərizəçinin həmin nikahdan olan oğlu xx xxx 1993-cü il təvəllüdlü X14 xx xxxxxxx 2008-ci il tarixdə Qusar rayonunun Yasab kəndində intihar etmiş və Yasab kəndində dəfn olunmuşdur. X3 vəfat etdikdən sonra tibbi arayış alınmadığı üçün X7 ölməsi faktı Maraqlı şəxs tərəfindən təsdiqlənməmiş və qeydə alınmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx xxx 1993-cü il tarixdə anadan olmuş X7 xx xxxxxxx 2008-ci il tarixdə Qusar rayonunun Yasab kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. xx xxx 1993-cü il tarixdə anadan olmuş X7 xx xxxxxxx 2008-ci il tarixdə Qusar rayonunun Yasab kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-923/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-923/2020
19.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver