Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-928/2024 18.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi, Maraqlı şəxs Cavabdeh iştirakları ilə Ərizəçi “barışıq sazişinin təsdiq olunması” barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, q, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “barışıq sazişinin təsdiq olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 28 mart 2023-cü il tarixdə mediator X7 iştirakı ilə imzalanmış, Cavabdeh tərəfindən Ruslan və Omar adlı uşaqların saxlanması üçün ona hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat məbləğində aliment ödənilməsi barədə barışıq sazişinin təsdiq olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onunla maraqlı şəxs Cavabdeh birgə nikahından 16 iyul 2013-cü il tarixdə Ruslan və 13 iyul 2015-ci il tarixdə Omar adlı iki uşaqları anadan olmuşdur. Cavabdehla ailə münasibətləri pozulduğuna görə ayrılmışlar, Qusar rayon məhkəməsinin 23 may 2019-cu il tarixli 2(029)-561/2019 saylı qətnaməsi ilə nikahımız pozulmuş, Ruslan və Omar adlı uşaqlar onun himayəsində qalmışlar. Həmçinin, Cavabdeh onun xeyrinə Ruslan və Omar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 200 (iki yüz) manat miqdarda aliment tutulmuşdur. Bundan sonra həmin aliment uşaqların saxlanması üçün kifayət etmədiyindən o, həmin şəxsə qarşı yenidən aliment tələbi ilə bağlı Qusar rayonunda fəaliyyət göstərən mediator Radik Kazımova müraciət etmiş, mediasiya prosesi zamanı Cavabdeh Ruslan və Omar adlı uşaqların saxlanması üçün ona hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat məbləğində aliment verməyə razılıq vermiş, bununla bağlı aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış, həmin saziş mediator Radik Kazımov tərəfindən təsdiq edilmişdir. Həmin sazişə əsasən Cavabdeh ona hər ay cəmi 350 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Barışıq sazişinin imzalanmasından uzun müddət keçməsinə baxmayaraq Cavabdeh keçən müddət ərzində barışıq sazişində nəzərdə tutulmuş məbləğdə alimentin ödənilməsini təmin etməmiş, barışıq sazişini könüllü şəkildə icra etməmişdir. Həmin şəxsdən öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi tələb olunduqda isə bildirir ki, barışıq sazişi bağlanmasına baxmayaraq yalnız əvvəllər məhkəmə tərəfindən təyin edilmiş alimenti ödəyəcəkdir. Cavabdeh ilə aralarında bağlanan barışıq sazişinin 2.4-cü bəndinə əsasən saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd etdiyi kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, lakin Cavabdeh könüllü müddət ərzində barışıq sazişini icra etməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizədəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, mediasiyada Cavabdehla aralarında razılıq olmuş, lakin həmin şəxs alimenti tam ödəməmişdir. Onun 1500-1600 manat aliment borcu qalmışdır. O, Qusar rayon İcra və Probasiya Şöbəsinə müraciət etdikdə ona barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunmalı olduğunu bildirmişlər. Cavabdeh alimenti ödəməsini dedikdə isə çatdıra bilmədiyini deyir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh izahatında göstərmişdir ki, o, ərizə ilə razı deyil. Mediasiyada razılıq olmuş, o, ödənişlər etmiş, ödəmədiyi pul vəsaitləri isə əmək haqqından tutulur. O, yenidən ailə həyatı qurmuş, həmin nikahdan bir uşağı var. O, alimenti ödəməyə çatdıra bilmir, deyəsən 450-500 manat borcu qalmışdır. Onun əmək haqqının 70 faizi həcmində pul tutulur. O, maaş alır, borcunu ödəyəcəkdir. Odur ki, nəzərə alınmasını xahiş edir. Maraqlı şəxs Qusar 1 saylı Mediasiya təşkilatının mediatorı X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan mediatorı X7 iştirakı ilə Ərizəçi (Birinci Tərəf) ilə Cavabdeh (İkinci Tərəf) arasında bağlanmış 28 mart 2023-cü il tarixli barışıq sazişindən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-561/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş hər ay hər uşağa 100 (bir yüz) AZN, cəmi 200 (iki yüz) AZN aliment miqdarının artırılaraq 2023-cü ilin aprel ayından başlayaraq hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) AZN, cəmi 350 (üç yüz əlli) AZN “İkinci Tərəf” “Birinci Tərəf”ə xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, Ərizəçi ilə maraqlı şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış, həmin barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən Ərizəçi 16 iyul 2013-cü il təvəllüdlü X2 və 13 iyul 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat miqdarda alimentin ödənilməsinə dair Ərizəçi ilə Cavabdeh arasında Qusar 1 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən mediator X7 iştirakı ilə bağlanmış 28 mart 2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh tərəfindən Ərizəçi 16 iyul 2013-cü il təvəllüdlü X2 və 13 iyul 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat miqdarda alimentin ödənilməsinə dair Ərizəçi ilə Cavabdeh arasında Qusar 1 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən mediator X7 iştirakı ilə bağlanmış 28 mart 2023-cü il tarixli barışıq sazişi təsdiq olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-928/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-928/2024
18.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver