Məhkəmə qərarları › İş №2(029)-930/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-930/2022

08.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-930/2022 08.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, 01 mart 1986-cı il tarixdə Qusar rayonunun Quxuroba kəndində anadan olmuş X3 04 iyul 1986-cı il tarixdə Qusar rayonunun Quxuroba kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxx 1961-ci il tarixdə Qusar rayonunun Quxur kəndində anadan olmuşdur. 20 noyabr 1983-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə X6 ilə ailə həyatı qurmuş, Bağış Tayıbov 10 iyul 2017-ci il tarixdə vəfat etmişdir. Bağış Tayıbovla birgə nikahlarından anadan olmuş uşaqlardan biri, yəni 01 mart 1986-cı il tarixdə Qusar rayonunun Quxuroba kəndində anadan olmuş qızı X14 04 iyul 1986-cı il tarixdə xəstəliyi ilə əlaqədar vəfat etmiş və Quxuroba kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin, X9 vəfat etdiyi vaxt ölümü barədə həkim arayışı alınmamışdır. O, Maraqlı şəxsnə X3 ölümünün qeydə alınmasını xahiş etmiş, lakin Qeydiyyat şöbəsi 04 may 2021-ci il tarixli 05/Q-83/15 saylı cavab məktubu ilə tibbi şəhadətnamə təqdim etmədiyi üçün ölümün orada qeydə alınmasından imtina etmiş və X3 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməyini tövsiyyə etmişdir. X3 vəfat etməsi faktının müəyyən edilməsi ona vərəsəlik hüququnun həyata keçirilməsi üçün lazımdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizənin təmin edilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, işləri ilə əlaqədar xx.xx.2022-ci il tarixə saat 11:30-a təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İİİ-ЖГ 345472 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi nikahları Qusar rayonu Sudur kənd sovetində 20 noyabr 1983-cü il tarixdə 41 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İşdə olan Maraqlı şəxsndən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X14 xx.xx.1986-cı il tarixdə Qusar rayonu Quxur oba kəndində anadan olmuşdur. X1, anası Ərizəçidır. İşdə olan AZ-İ 863009 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Qusar rayonu Quxuroba kəndində ölmüşdür. İşdə olan Maraqlı şəxsndən verilmiş 38/15 saylı 08.004.2021-ci il tarixli arayışdan görünür ki, 1986-cı ilə aid X14 barədə Maraqlı şəxsndə və həmin şöbənin arxivində ölüm haqqında akt qeydi tapılmamışdır. Yoxlama 1986-1992-ci illər üzrə aparılmışdır. İşdə olan X2, X10, X11, X7 və X8 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, X14 xx.xx.1986-cı il tarixdə Qusar rayonu Quxuroba kəndində anadan olmuşdur. Xəstəliklə əlaqədar X14 xx.xx.1986-cı il tarixdə vəfat etmiş və Qusar rayonu Quxuroba kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 475 saylı arayışdan görünür ki, xx.xx.1986-cı ildə doğulmuş Qusar rayonun Quxuroba kənd sakini X14 xx.xx.1986-cı ildə Qusar rayonu Quxuroba kəndində vəfat etmiş, Quxuroba kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-83/15 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X9 ölümünün qeydə alınması barədə Ərizəçi müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X9 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş xx.xx.2022-ci il tarixli 33/4636 saylı məktubdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X14 dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan Qusar rayon Polis Şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli 149-21627- 1222 saylı məktubun surətindən görünür ki, Qusar rayon sakini X4 RPŞ-si tərəfindən xəbərsiz itkin düşmüş şəxs qismində axtarışda elan edilmiş şəxslər siyahısında yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş xx.xx.2022-ci il tarixli 17263 saylı məktubdan görünür ki, Penitensiar xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.1986-cı il təvəllüdlü X12 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin qızı xx.xx.1986-cı il tarixdə Qusar rayonunun Quxuroba kəndində anadan olmuş X14 04 iyul 1986-cı il tarixdə həmin kənddə vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum qızı Rimma Tayıbovanın ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X9 04 iyul 1986-cı il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsai hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 01 mart 1986-cı il tarixdə Qusar rayonunun Quxuroba kəndində anadan olmuş X9 04 iyul 1986-cı il tarixdə Qusar rayonunun Quxuroba kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 01 mart 1986-cı il tarixdə Qusar rayonunun Quxuroba kəndində anadan olmuş X9 04 iyul 1986-cı il tarixdə Qusar rayonunun Quxuroba kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar