Məhkəmə qərarları › İş №2(029)-931/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-931/2022

06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-931/2022 06.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, X1 15 aprel 2002-ci il tarixdə Qusar rayonu Qalacuq kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxx 1963-cü il tarixdə Qusar rayonu Qalacuq kəndində anadan olmuşdur. X2 16 aprel 2002-ci il tarixdə Qusar rayonu Qalacuq kəndində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Mərhum X1 adında vəfat etməmişdən əvvəl Qusar rayonu Qalacuq kəndi ərazisində həyətyani torpaq sahəsi olmuşdur və halhazırda həmin torpaq sahəsi həmin şəxsin miras kütləsinə daxildir. Hal-hazırda o, X5 qanun üzrə vərəsəsidir. Bu yaxınlarda o, həmin torpaq sahəsinin qəbul edilməsi üçün müvafiq sənədlər toplayarkən məlum olmuşdur ki, X1 ölümü haqqında şəhadətnamə yoxdur. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan ona bildirmişlər ki, mərhum X1 ölümü haqqında akt qeydiyyatı yoxdur. Daha sonra o, mərhum qardaşı üçün ölüm haqqında şəhadətnamə almaq üçün təkrarən Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan bildirmişlər ki, mərhum qardaşının ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir və o, məhkəməyə müraciət etməlidir. X1 həqiqətən də 15 aprel 2002-ci il tarixdə yaşadığı Qusar rayonu Qalacuq kəndində ölməsi və 16 aprel 2002-ci il tarixdə həmin kənddə yerləşən qəbirstanlıqda dəfn edilməsi müvafiq səlahiyyətli qurumlar tərəfindən verilmiş arayışla, eləcə də onları tanıyan qohumlar və tanışların ifadələri ilə tam təsdiq olunur. Beləliklə, onun mərhum X1 ölümü haqqında şəhadətnamə olmadığından o, özünün vərəsəlik hüququnu həyata keçirə bilmir. Ona görə də, mərhum X1 15 aprel 2002-ci il tarixdə Qusar rayonu Qalacuq kəndində ölməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi o, mərhum X1 ölümü haqqında şəhadətnamə əldə edə bilmir və ona görə də hesab edir ki, X5 15 aprel 2002-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizənin təmin edilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, işləri ilə əlaqədar xx.xx.2022-ci il tarixə saat 12:00-a təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Vİİ-ЛЕ 506680 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03 fevral 1976-cı il tarixdə Qusar rayonu Qalacuq kəndində anadan olmuşdur. X4, anası X12r. İşdə olan АЗ 417253 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 1963-cü il tarixdə Qusar rayonu Qalacuq kəndində anadan olmuşdur. X4, anası X13r. İşdə olan Maraqlı şəxsndən verilmiş 246 saylı 03 avqust 2022-ci il tarixli arayışdan görünür ki, 03 fevral 1976-cı il tarixdə Qusar rayonu Qalacuq kəndində anadan olmuş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Qusar RİHB-nın Qalacuq kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 02 avqustr 2022-ci il tarixli 245 saylı məktubdan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Qalacuq kəndində vəfat etmiş və xx.xx.2022-ci il tarixdə həmin kənddə dəfn olunmuşdur. İşdə olan X19, X20 və X14 tərəfindən tərtib edilmiş xx.xx.2022-il tarixli aktdan görünür ki, Qusar rayonu Qalacuq kənd sakini xx.xx.1976-cı il təvəllüdlü X8 xx.xx.2002-ci il tarixdə vəfat etmiş və Qusar rayonu Qalacuq kəndində dəfn olunuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli 05-Q-121/16 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədinolmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində X6 ərizəsinin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli 235 saylı Qusar rayon Dövlət Arxivindən verilmiş Arxiv Arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayon İHB-nın Qalacuq kənd İƏD üzrə Nümayəndəliyinin 2001-2005-ci illərin Qalacuq kəndi üzrə 2 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 187 olan X11 təsərrüfat üzvlərinin siyahısında oğlu kimi göstərilmiş X5 xx.xx.2002-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İşdə olan Qusar rayon Polis Şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli 149-21628- 1222 saylı məktubun surətindən görünür ki, Qusar rayon sakini X3 RPŞ-si tərəfindən xəbərsiz itkin düşmüş şəxs qismində axtarışda elan edilmiş şəxslər siyahısında yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş xx.xx.2022-ci il tarixli 17261 saylı məktubdan görünür ki, Penitensiar xidmətdə 200-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.1976-cı il təvəllüdlü X7 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş xx.xx.2022-ci il tarixli 33/4255 saylı məktubdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X8 dövlət sərhəddindən hərəkəti və xarici ölkələrdən deportasiya olması barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan qəbir daşının fotoşəkillərindən görünür ki, X8 xx.xx.1976-cı ildə anadan olmuş, xx.xx.2002-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin qardaşı, 03 fevral 1976cı il tarixdə Qusar rayonu Qalacuq kəndində anadan olmuş X8 15 aprel 2002-ci il tarixdə Qusar rayonu Qalacuq kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum qardaşı Balabək Süleymanovun ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X5 15 aprel 2002-ci il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və X5 15 aprel 2002-ci il tarixdə Qusar rayonu Qalacuq kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. X5 15 aprel 2002-ci il tarixdə Qusar rayonu Qalacuq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar