Məhkəmə qərarları › İş №2(029)-938/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-938/2020

26.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-938/2020 26.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi oğlunun maraqlı tərəf Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi oğlu maraqlı tərəf Maraqlı şəxsnə qarşı ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1974-cü il təvəllüdlü X2nun həqiqətən də xx xxxxxx 2019-cu il tarixdə Qusar rayonunun Yasab kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi oğlu ərizəni müdafiə edərək izahatında göstərdi ki, X2 xx xxxxxx 1974-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. X2 18 yaşı olarkən Rusiya Federasiya getmişdir və Rusiya Federasiyası vətəndaşı olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə X2 Qusar rayonunun Yasab kəndində vəfat etmiş və Qusar rayonunun Yasab kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt X2nun ölümü haqqında Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarıın qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda o, X2nun vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir, lakin qardaşının ölümü haqqında Maraqlı şəxsndə müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. O, X2nun həqiqətən də xx xxxxxx 2019-cu il tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi bu barədə qeyd aparmaqdan imtina etmişdir. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilnləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərdi ki, Ərizəçi oğlu onun əridir. Qaynı, yəni Ərizəçi oğlunun X2 Rusiya Federasiyası vətəndaşı olmuş və Yasab kəndində valideynlərinin evində yaşamışdır. X1 ailəsi və uşağı olmamışdır. X15 xx xxxxxx 2019-cu il tarixdə Qusar rayonunun Yasab kəndində valideynlərinin evində vəfat etmiş və Yasab kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materialları tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ № 234347 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi oğlu xx xxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. X3, anası X12r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli Arayışdan görünür ki, X15 xx xxxxxx 1974-cü il tarixdə anadan olmuşdur. X3, anası X10r. İşdə olan Yasab kənd sakinləri X7, X5, X18, X8 və X13 iştirakları ilə xx xxxxxx 2020-ci il tarixdə Yasab kəndində tərtib edilmiş və Qusar RİHB-nın Yasab kənd İƏD üzrə nümayəndəliyində təsdiq edilmiş Aktdan görünür ki, həqiqətən xx xxxxxx 2019-cu il tarixdə Yasab kəndində Rusiya Federasiyasının vətəndaşı X17 X3nun evində vəfat etmiş və Yasab kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Qusar RİHB-nın Yasab kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 103 nömrəli Arayışdan görünür ki, həqiqətən xx xxxxxx 2019-cu il tarixdə Qusar rayonunun Yasab kəndində Rusiya Federasiyasının vətəndaşı olan X17 vəfat etmiş və Yasab kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 301115 saylı Arayışdan görünür ki, Maraqlı şəxs üzrə xx xxxxxx 2019-cu ilə aid X19 barəsində Maraqlı şəxsndə və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydiyyatı tapılmamışdır. Yoxlama xx xxxxxx 2019-cu – xx xxxxxx 2020-ci illər üzrə aparılmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi oğluna ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 30115 nömrəli cavab məktubundan görünür ki, X14 ölümü ilə tibbi şəhadətnamə təqdim edilmədiyi üçün Qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınmasından imtina edilmiş və X14 ölüm ffaktının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət edilməsi izah edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi oğlunun X2 xx xxxxxx 2019-cu il tarixdə Qusar rayonunun Yasab kəndində ölmüş və Qusar rayonunun Yasab kənd qəbiristanlğında dəfn edilmişdir. Lakin mərhum X15 vəfat etdikdən sonra bu barədə tibbi arayış alınmadığı üçün X9 ölməsi faktı Maraqlı şəxs tərəfindən təsdiqlənməmiş və qeydə alınmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi oğlunun doğma X2nun xx xxxxxx 2019-cu il tarixdə Qusar rayonunun Yasab kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi doğma X2nun xx xxxxxx 2019-cu il tarixdə Qusar rayonunun Yasab kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar