Məhkəmə qərarları › İş №2(029)-94/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-94/2025

09.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-94/2025 09.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X3 qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli **********49-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.06586 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair onun 1/2 hissədə olan mülkiyyət payının naturada ayrılaraq ayrıca mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, xx.xx.2023-cü il tarixli **********49-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.06586 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə ona və Cavabdeh məxsusdur. Həmin torpaq sahəsində yerləşən “A1” literli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona, həmin torpaq sahəsində yerləşən “A” literli fərdi yaşayış evi isə tam mülkiyyət hüququ üzrə cavabdehə məxsusdur. Hal-hazırda ümumi birgə mülkiyyət hüququ üzrə ona və cavabdehə məxsus olan torpaq sahəsinə dair onun mülkiyyət payının naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair o, özümün sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək barədə cavabdehlə razılığa gələ bilmir, özünə aid torpaq sahəsini özgəninkiləşdirmək istəyir, cavabdeh isə bununla bağlı razılığını bildirməkdən yayınır. Torpaq sahəsinə dair payların müəyyən olunması barədə mülkiyyətçilər arasında heç bir razılaşma olmamış, ona görə də, paylar bərabər sayılmalıdır. Hal-hazırda o, mülkiyyətçi olaraq yuxarıda qeyd etdiyi torpaq sahəsinin özünə aid ½ hissəsinin naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsini zəruri hesab edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək gözstərmişdir ki, iddianı müdafiə edir, məhkəmə iclaslarında iştirak edə bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli **********49-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.06586 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı və Cavabdeh, həmin torpaq sahəsində yerləşən “A1” literli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı, həmin torpaq sahəsində yerləşən “A” literli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan AZ-İİ 455052 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-4975/2025 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli **********49-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.06586 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin naturada iki bərabər hissəyə bölünməsi texniki cəhətdən mümkündür. Daşınmaz əmlakın texniki pasportuna əsasən mübahisələndirilən daşınmaz əmlakı aşağıda qeyd olunan variantda bölünməsi mümkündür: Cavabdeh - torpaq sahəsi 0.03293 hektar ölçüdə olmaqla “A” liter ilə literləmiş fərdi yaşayış evi (ümumi sahəsi - 229.6 kv.m) və İddiaçı - torpaq sahəsi 0.03293 hektar ölçüdə olmaqla “A1” liter ilə literlənmiş fərdi yaşayış evi (ümumi sahəsi - 82.7 kv.m). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 03 iyun 2025-ci il tarixli 10/3348 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-4975/2025 saylı mütəxəssis rəyində göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli **********49-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.06586 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin naturda iki bərabər hissəyə bölünməsi texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Daşınmaz əmlakın texniki pasportuna əsasən mübahisələndirilən daşınmaz əmlakı aşağıda qeyd olunan variantda bölünməsi mümkündür: Cavabdeh - torpaq sahəsi 0.03293 hektar ölçüdə olmaqla “A” liter ilə literləmiş fərdi yaşayış evi (ümumi sahəsi - 229.6 kv.m) və İddiaçı - torpaq sahəsi 0.03293 hektar ölçüdə olmaqla “A1” liter ilə literlənmiş fərdi yaşayış evi (ümumi sahəsi - 82.7 kv.m). Beləliklə də, işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən 0.06586 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı və Cavabdeh, həmin torpaq sahəsində yerləşən “A1” literli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı, həmin torpaq sahəsində yerləşən “A” literli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə həmin torpaq sahəsinin real bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2025-ci il tarixli 10/3348 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-4975/2025 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi ilə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 03 iyun 2025-ci il tarixli 10/3348 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. - 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Sadalanana xüsusatlara və qanunvericilik normalarına istinadən məhkəmə hesab edir ki, ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir və belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixli **********49-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı və Cavabdeh məxsus olan, ünvan 3 ünvanda yerləşən 0.06586 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan iddia tələbi təmin olunmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-4975/2025 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 03 iyun 2025-ci il tarixli 10/3348 saylı ekspert rəyinə uyğun olaraq həmin torpaq sahələri naturada bölünməlidir. Eyni zamanda məhkəmə qeyd olunan ekspert rəyini və mütəxəssis rəyini təhlil edərək belə qənaətə gəlir ki, mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahəsinin bölgü variantına dair plan-sxeminə uyğun olaraq həmin torpaq sahəsinin “A1” liter ilə literlənmiş fərdi yaşayış evinin (ümumi sahəsi - 82.7 kv.m) yerləşdiyi 0.03293 hektar ölçüdə olan hissəsi naturada ayrılaraq İddiaçı ayrıca mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-4975/2025 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 03 iyun 2025-ci il tarixli 10/3348 saylı ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə uyğun olaraq xx.xx.2023-cü il tarixli **********49-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.06586 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin “A1” liter ilə literlənmiş fərdi yaşayış evinin (ümumi sahəsi - 82.7 kv.m) yerləşdiyi 0.03293 hektar ölçüdə olan hissəsi naturada ayrılaraq İddiaçı ayrıca mülkiyyətinə verilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar