Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-956/2023 28.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “ barışıq sazişinin Məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “ barışıq sazişinin Məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizə ilə müraciət edərərək, onunla Maraqlı şəxs1 nümayəndəsi, atası X1 arasında Qusar 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator Maraqlı şəxs2 iştirakı ilə azyaşlı uşağı xx.xx.2022-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 16:00-dan 18:00 qədər görüş günün təyin edilməsinə dair imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasına, məhkəməyə müraciətlə əlaqədar ödədəyi 100(yüz) manat dövlət rüsumunun, mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 100 (yüz) manat ümumilikdə 200 (iki yüz) manat pulun cavabdeh Maraqlı şəxs1 tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi 15 iyul 2021-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdeh Maraqlı şəxs1 ilə evlənmişdir. Birgə nikahlarından onların xx.xx.2022-ci il təvəllüdlü X2 adında uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün Maraqlı şəxs1 ilə aralarında bağlanmış nikah Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, iş 2(029)-754/2023 saylı Qətnaməsinə əsasən pozulmuşdur. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə uşaqla ünsiyyət hüququn tələbinə dair təkliflə qarşı tərəf Maraqlı şəxs1, daha sonra isə Qusar 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmışlar, onunla Maraqlı şəxs1 nümayəndəsi, atası X1 və Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru Maraqlı şəxs2 arasında xx.xx.2023-cü il tarixli 3 tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı Maraqlı şəxs1 nümayəndəsi, atası X1 xx.xx.2022-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 16:00-dan 18:00 qədər görüş günün təyin edilməsinə və görüş yerini onun yaşadığı Suvacal kəndində keçirilməsinə razılıq vermiş və bu barədə aralarında müvafiq barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin imzalanmasından 10 gün müddət keçməsinə baxmayaraq Maraqlı şəxs1 keçən müddət ərzində barışıq sazişində nəzərdə tutulmuş uşaqla görüş günlərini icrasını təmin etmir. O, Qusar rayonunun Suvacal kəndində qeydiyyatda olmaqla orada yaşayır və bu səbəbdən də, hazırkı ərizə ilə Qusar rayon məhkəməsinə müraciət edir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərk bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilmesini məhkəmədən xahiş edir. İşi ilə əlaqədar xx.xx.2023-cu il tarixə təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs1 etibarnamə üzər nümayəndəsi X1 (İkinci tərəf) arasında bağlanmış 30 oktaybr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: 1.1. "Birinci tərəf Ərizəçi əks birgə nikahdan anadan olmuş azyaşlı uşaqları ilə ünsiyyət (uşaqla görüş) hüququnun təmin edilməsini tələb edir. “İkinci tərəf ” Maraqlı şəxs1 İlqılaq qızının etibarnarnamə üzrə nümayəndəsi X1 birgə nikahdan xx.xx.2022-ci il tarixdə doğulmuş azyaşlı X2 görüşmələrinə şərait yaradacağını öhdəsinə götürür. 1.2. “İkinci tərəf Maraqlı şəxs1 İlqılaq qızının etibarnamə üzrə nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdən etibarən birgə nikahdan doğulmuş azyaşlı uşaq xx.xx.2022-ci il tarixdə anadan olmuş X4 hər həftənin bazar günü saat 16:00-dan 18:00-dək atası Ərizəçi ilə görüşməsinə etiraz etmir və onların görüşmələrinə şərait yaradacağını öhdəsinə götürür. “İkinci tərəf bu saziş üzrə öz öhdəliklərini pozduqda, Birinci tərəfin qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etməsinə razı olduğunu və buna etiraz etmədiyini bəyan edir. 1.3. “Birinci tərəf Ərizəçi bu Sazişin 1.2-ci bəndində qeyd edilənlərə razılıq verir. 1.4. “Birinci tərəf ” Ərizəçi bu Sazişin 1.2-ci bəndində qeyd edilən öhdəlikləri yerinə yetirmədiyi təqdirdə “İkinci tərəf Maraqlı şəxs1 qızından azyaşlı uşaqla görüş qaydalarının müəyyən olunması ilə bağli aidiyyəti məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi 15 iyul 2021-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdeh Maraqlı şəxs1 ilə evlənmişdir. Birgə nikahlarından onların xx.xx.2022-ci il təvəllüdlü X2 adında uşaqları anadan olmuşdur. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə uşaqla ünsiyyət hüququn tələbinə dair təkliflə Ərizəçi qarşı tərəf Maraqlı şəxs1, daha sonra isə Qusar 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmışlar, Ərizəçi ilə Maraqlı şəxs1 nümayəndəsi, atası X1 və Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru Maraqlı şəxs2 arasında xx.xx.2023-cü il tarixli 3 tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı Maraqlı şəxs1 nümayəndəsi, atası X1 xx.xx.2022-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 16:00-dan 18:00 qədər görüş günün təyin edilməsinə və görüş yerini Ərizəçi yaşadığı Suvacal kəndində keçirilməsinə razılıq vermiş və bu barədə aralarında müvafiq barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında 30 oktyabr 2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcədə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edirki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs1 etibarnamə üzrə nümayəndəsi X1 arasında mediasiya prosesi nəticəsində bağlanılmış 30 oktyabr 2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Barışıq Sazişinin 9-cu bəndinə əsasən sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə ilə məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəfdən tələb etməsi nəzərə alındığından, Ərizəçi məhkəməyə müraciətilə əlaqədar ödədəyi 100 (yüz) manat dövlət rüsumunun, mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 100 (yüz) manat pulun, ümumilikdə 200 (iki yüz) manat Ərizəçi xeyrinə Maraqlı şəxs1 tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 nümayəndəsi, atası X1 arasında Qusar 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator Maraqlı şəxs2 iştirakı ilə azyaşlı uşaq xx.xx.2022-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 16:00-dan 18:00 qədər görüş günün təyin edilməsinə dair imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq olunsun. Ərizəçi məhkəməyə müraciətlə əlaqədar ödədəyi 100 (yüz) manat dövlət rüsumunun, mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 100 (yüz) manat pulun, ümumilikdə 200 (iki yüz) manat Maraqlı şəxs1 tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-956/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-956/2023
28.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver