Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-96/2023 06.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Məmmədov Tural Etibar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, X3 04 yanvar 2003-cü il tarixdə Qusar rayonu Düztahir kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxx 1959-cu il tarixdə Qusar rayonu Düztahir kəndində anadan olmuşdur. Mərhum qızı X6 20 iyul 1988-ci il tarixdə Qusar rayonu Düztahir kəndində anadan olmuşdur. 04 yanvar 2003-cü il tarixdə 20 iyul 1988-ci il təvəllüdlü X6 yaşadıqları Qusar rayonu Düztahir kəndində yerləşən evin İ-ci mərtəbəsində zirzəmi kimi istifadə olunan otağın tavanındakı tirdən özünü asaraq intihar etmişdir və X6 05 yanvar 2003-cü il tarixdə Qusar rayonu Düztahir kənd qəbiristanlığında dəfn edilmişdir. Mərhum qızı X3 adında vəfat etməmişdən əvvəl Qusar rayonu Düztahir kənd ərazisində pay torpaq sahəsi olmuşdur və hal-hazırda həmin torpaq sahəsi onun miras kütləsinə daxildir. Hal-hazırda o, X3 qanun üzrə birinci dərəcəli vərəsəsidir. Bu yaxınlarda o, həmin pay torpaq sahəsini tərəfindən qəbul edilməsi üçün müvafiq sənədlər toplayarkən məlum olmuşdur ki, qızı X3 ölüm haqqında şəhadətnaməsi yoxdur. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan ona bildirmişlər ki, mərhum qızı X3 ölüm haqqında akt qeydiyyatı yoxdur. Daha sonra o, mərhum qızı üçün ölüm haqqında şəhadətnamə almaq üçün təkrarən Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan bildirmişlər ki, mərhum qızının ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir və o, məhkəməyə müraciət etməlidir. X3 özünə intihar etməsi barədə Qusar rayon Prokurorluğunda araşdırma aparılmış və bu barədə 14 yanvar 2003-cü il tarixli Qərar qəbul edilmişdir. Mərhum qızı X3 həqiqətən də 04 yanvar 2003-cü il tarixdə yaşadıqları Qusar rayonu Düztahir kəndində özünə intihar edərək ölməsi barədə və 05 yanvar 2003cü il tarixdə Qusar rayonu Düztahir kəndində yerləşən qəbiristanlığında dəfn edilməsi müvafiq səlahiyyətli qurumlar tərəfindən verilmiş arayışla, eləcə də onları tanıyan qohumlar və tanışların ifadələri ilə tam təsdiq olunur. Beləliklə, mərhum qızı X3 ölümü haqqında şəhadətnamə olmadığından o, özünün vərəsəlik hüququnu həyata keçirə bilmir. Ona görə də, mərhum qızı X3 04 yanvar 2003-cü il tarixdə Qusar rayonu Düztahir kəndində vəfat etməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi o, mərhum qızı X3 ölümü haqqında şəhadətnamə əldə edə bilmir və ona görə də hesab edir ki, onun 04 yanvar 2003-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir. İş üzrə müvafiq sübutları ərizəsinə əlavə etməklə məhkəməyə təqdim etmişdir, bundan başqa əlavəsi və vəsatəti yoxur. Ona görə də mülki işin məhkəmə baxışına təyin edilməsinə etiraz etmir. Bundan əlavə bidirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə hazırlıq iclasına və məhkəmənin təyin olunacaq baxış iclaslarına gələ bilmir, iş üzrə məhkəmə hazırlıq iclasını onun iştirakı olmadan keçirib məhkəmə baxışına təyin edilməsini və məhkəmə baxışı iclaslarının da onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Xİİİ-ЖГ № 349287 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19 iyul 1988-ci il tarixdə Qusar rayonunun Düztahir kəndində anadan olmuşdur. X2, anası Ərizəçidır. İşdə olan X9, X4 və X5 tərəfindən tərtib edilmiş 20 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, 20 iyul 1988-ci il tarixdə anadan olmuş Qusar rayonunun Düztahir kənd sakini X6 04 yanvar 2003-cü il tarixdə intihar edərək vəfat etmiş və 05 yanvar 2003-cü il tarixdə ünvan 3biristanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxsndən verilmiş 408 saylı 21 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1988-ci il tarixdə Qusar rayonunun Düztahir kəndində anadan olmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır İşdə olan Maraqlı şəxsndən Ərizəçi ünvanlanmış 21 sentyabr 2022-ci il tarixli 05/Q- 180-15 saylı cavab məktubudan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İşdə olan 14 yanvar 2003-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Qusar rayonunun Düztahir kənd sakini 1988-ci il təvəllüdlü X3 özünü asaraq intihar etməsi ilə bağlı 01-c-2003-saylı toplanmış materiallara görə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Qusar RİHB-nın Düztahir kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 09 sentyabr 2022-ci il tarixli 327 saylı arayışdan görünür ki, 20 iyul 1988-ci ildə anadan olmuş Qusar rayonunun Düztahir kənd sakini X6 04 yanvar 2003-cü il tarixdə intihar edərək vəfat etmiş, 05 yanvar 2003-cü il tarixdə ünvan 3birstanlığında dəfn edilmişdir. İşdə olan qəbir daşının fotoşəkillərindən görünür ki, X6 xx.xx.1988-ci ildə anadan olmuş, xx.xx.2003-cü il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin qızı, X6 19 iyul 1988-ci il tarixdə Qusar rayonunun Düztahir kəndində anadan olmuşdur. 04 yanvar 2003-cü ildə X1 rayonunun Düztahir kəndində yaşadığı ünvanda özünü asaraq öldürmüşdür. 05 yanvar 2003-cü il tarixdə ünvan 3biristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum qızı Kəmalə Vəlixanovanın ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X3 04 yanvar 2003-cü il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və X3 04 yanvar 2003-cü il tarixdə Qusar rayonunun Düztahir kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. X3 04 yanvar 2003-cü il tarixdə Qusar rayonunun Düztahir kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-96/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-96/2023
06.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver