Məhkəmə qərarları › İş №2(029)-96/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-96/2025

19.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-96/2025 19.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək KOD 30120048 JN:343 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılara, cavabdehə və mərhum Məhbubə Ataxanovaya məxsus olan, Qusar rayonu Quxur kəndində yerləşən 3.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddiaçıların hər birinin 1/5 hissədə mülkiyyət paylarının naturada ayrılaraq ayrıca mülkiyyətlərinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, KOD 30120048 JN:343 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Quxur kəndində yerləşən 3.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh və xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 məxsus olmaqla xüsusi mülkiyyət hüququ üzrə həmin şəxslərin adlarına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair paylar müəyyən olunmamış, bununla bağlı mülkiyyətçilər arasında hər hansı razılaşma mövcud deyil. Belə olan halda, mülkiyyətçilərin sayına müvafiq olaraq (5 nəfər mülkiyyətçi vardır) 3.55 ha torpaq sahəsinə dair hər bir mülkiyyətçinin mülkiyyət payı bərabər olmaqla 1/5 hissə təşkil etməlidir. Hal-hazırda həmin torpaq sahəsinə dair iddiaçıların öz mülkiyyət paylarının naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair həmin şəxslər özlərinin sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək barədə cavabdehlə razılığa gələ bilmir, onlar torpaq sahəsinin özlərinə aid hissəsinə dair öz hüquqlarını ayrıca həyata keçirmək istəsələr də, cavabdeh bu barədə öz fikrini bildirmir. Nəticədə isə iddiaçılar özlərinin mülkiyyət hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Odur ki, hesab edirlər ki, yuxarıda göstərilən məlum torpaq sahəsinə dair iddiaçıların 1/5 hissə təşkil edən mülkiyyət payları naturada ayrılaraq onların ayrıca mülkiyyətinə verilməlidir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə edirək işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan KOD 30120048 JN-343 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayonu Quxur kəndində yerləşən 3.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh X1 adlarına qeydiyyata alınmışdır. İşdə olan AZ-İİ 455052 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-4268/2025 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, KOD 30120048 JN:343 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıların və cavabdehin birgə mülkiyyətlərində olan torpaq sahəsinin naturada beş bərabər hissəyə bölünməsi texniki cəhətdən mümkündür, lakin TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında 343C planşet nömrəli 1.52 hektar torpaq sahəsi 0.198 hektar azalma ilə 1.322 hektar ölçüdə və 343L planşet nömrəli 0.58 hektar torpaq sahəsi isə 0.022 hektar azalma ilə 0.558 hektar ölçüdə uçota alınmışdır. Qeyd olunan torpaq sahəsini naturada 3 (üç) yerdə olmaqla 5 (beş) nəfər payçı arasında 0.289 hektar, 0.265 hektar və 0.112 hektar ölçülərdə olmaqla bölünməsi variantı, sxem şəklində tərtib olunmuşdur. Həmin rəyə əlavə olunmuş bölgü sxemlərindən görünür ki, KOD 30120048 JN:343 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Quxur kəndində yerləşən 343 planşet nömrəli 1.447 hektar torpaq sahəsinin 0.289 hektar, 343C planşet nömrəli 1.52 hektar, 343L planşet nömrəli 0.5799 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər biri 5 bərabər hissəyə bölünməklə həmin hissələr “1”, “2”, “3”, “4”, “5”rəqəmləri ilə işarələnmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 05 may 2025-ci il tarixli 10/3026 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08.04.25 tarixli 3-21-3-34/2-4268/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: KOD 30120048 JN:343 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıların və cavabdehin birgə mülkiyyətlərində olan torpaq sahəsinin naturada beş bərabər hissəyə bölünməsi texniki cəhətdən mümkündür, lakin TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında 343C planşet nömrəli 1.52 hektar torpaq sahəsi 0.198 hektar azalma ilə 1.322 hektar ölçüdə və 343L planşet nömrəli 0.58 hektar torpaq sahəsi isə 0.022 hektar azalma ilə 0.558 hektar ölçüdə uçota alınmışdır. Qeyd olunan torpaq sahəsini naturada 3(üç) yerdə olmaqla 5 (beş) nəfər payçı arasında 0.289 hektar, 0.265 hektar və 0.112 hektar ölçülərdə olmaqla bölünməsi variantı, sxem şəklində tərtib olunaraq mütəxəssis rəyinə əlavə edilmişdir. Beləliklə də, işin mübahisəsiz halı ondan ibarətdir ki, KOD 30120048 JN-343 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Quxur kəndində yerləşən 3.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh X2 məxsusdur. Məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə həmin torpaq sahəsinin real bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2025-ci il tarixli 10/3026 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-4268/2025 məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi ilə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 05 may 2025-ci il tarixli 10/3026 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. - 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Sadalanana xüsusatlara və qanunvericilik normalarına istinadən məhkəmə hesab edir ki, ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir və belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, KOD 30120048 JN:343 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Quxur kəndində yerləşən 3.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh və xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 məxsus 3.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan iddia tələbi təmin olunmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025ci il tarixli 3-21-3-34/2-4268/2025 məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 05 may 2025-ci il tarixli 10/3026 saylı ekspert rəyinə uyğun olaraq həmin torpaq sahələri naturada bölünməlidir. Eyni zamanda məhkəmə qeyd olunan ekspert rəyini və mütəxəssis rəyini təhlil edərək belə qənaətə gəlir ki, mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahələrinin bölgü variantına dair plan-sxeminə uyğun olaraq KOD 30120048 JN:343 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Quxur kəndində yerləşən 343 planşet nömrəli 1.447 hektar torpaq sahəsinin 0.289 hektar, 343C planşet nömrəli 1.52 hektar, 343L planşet nömrəli 0.5799 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin “1” rəqəmi ilə işarələnmiş 1/5 hissəsi İddiaçı1, “2” rəqəmi ilə işarələnmiş 1/5 hissəsi İddiaçı2, “3” rəqəmi ilə işarələnmiş 1/5 hissəsi İddiaçı3 ayrıca mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-4268/2025 məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun olaraq KOD 30120048 JN:343 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Quxur kəndində yerləşən 343 planşet nömrəli 1.447 hektar torpaq sahəsinin 0.289 hektar, 343C planşet nömrəli 1.52 hektar, 343L planşet nömrəli 0.5799 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin “1” rəqəmi ilə işarələnmiş 1/5 hissəsi naturada ayrılaraq İddiaçı1, “2” rəqəmi ilə işarələnmiş 1/5 hissəsi naturada ayırlaraq İddiaçı2, “3” rəqəmi ilə işarələnmiş 1/5 hissəsi naturada ayrılaraq İddiaçı3 ayrıca mülkiyyətinə verilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar