Məhkəmə qərarları › İş №2(029)-973/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-973/2022

11.10.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-973/2022 11.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs və X8 qarşı “11 aprel 2022-ci il tarixli barışıq sazişinin Məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs və X8 qarşı “11 aprel 2022-ci il tarixli barışıq sazişinin Məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərərək, onunla Maraqlı şəxs arasında Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X6 iştirakı ilə azyaşlı xx.xx.2013-cü il təvvəlüdlü Aysel və 26 noyabr 2016-cı il təvəllüdlü Nicat adlı uşaqlarla görüş günlərinin müəyyən olunmasına dair imzalanmış 11 aprel 2022-ci il tarixli barışıq sazişinin təsdiq olunmasına, məhkəməyə müraciətlə əlaqədar ödədəyi 100 manat dövlət rüsumunun və mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 100 manat məbləğin ümumilikdə 200 manat pulun cavabdeh Maraqlı şəxs tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 15 iyul 2012-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdeh Maraqlı şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2013-cü il təvvəlüdlü X3 və 26 noyabr 2016-cı il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün cavabdeh Maraqlı şəxs ayrılmışdır. Ayrıldığı vaxtdan azyaşlı xx.xx.2013-cü il təvvəlüdlü Aysel və 26 noyabr 2016-cı il təvəllüdlü Nicat adlı uşaqlar cavabdeh Maraqlı şəxs himayəsində qalmışdır. Cavabdeh Maraqlı şəxs onu uşaqlarla görüşməyə qoymur. Mübahisəni həll etmək məqsədi ilə yəni övladları ilə görüş günlərinin müəyyən edilməsi üçün cavabdeh Maraqlı şəxs, daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmışlar, onunla Maraqlı şəxs və Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X11 arasında 11 aprel 2022-ci il tarixli 3 tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı xx.xx.2013-cü il təvvəlüdlü Aysel və 26 noyabr 2016-cı il təvəllüdlü Nicat adlı uşaqlarla birinci tərəf Maraqlı şəxs hər həftənin bazar günü saat 10:00 dan 18:00 dək görüş günü təyin edilmiş və görüş yeri sərbəst (ikinci tərəfın yaşadığı yer olmamaq şərti ilə) müəyyənləşdirilməsi üçün razılıq vermişdir və bu barədə aralarında müvafiq barışıq sazişi bağlanmışdır. Həmçinin, Maraqlı şəxs barışıq sazişi bağlandıqdan sonra mediasiya prosesinə xitam verilmişdir. Barışıq sazişinin imzalanmasından 5 ay müddət keçməsinə baxmayaraq Maraqlı şəxs keçən müddət ərzində barışıq sazişinə əməl etməmişdir. Qeyd etdiyi kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, lakin Maraqlı şəxs könüllü müddət ərzində barışıq sazişini icra etməmişdir. O, Qusar rayonunun Şirvanlı kəndində qeydiyyatda olmaqla orada yaşayır və bu səbəbdən də, hazırkı ərizə ilə Qusar rayon məhkəməsinə müraciət etmişdir. Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs və X8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış 11 aprel 2022-ci il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: 2.1. "Birinci tərəf" "İkinci tərəf" ilə uşaqları ilə görüş vaxtların müəyyən edilməsinə dair razılığa gələrək barışığ sazişini aşağıdakı şərtlərlə bağlayırlar: xx.xx.2016-ci il tarixdə anadan olan X4 ilə və xx.xx.2013-cü il tarixdə anadan olan X5 ilə, hər həftənin bazar günü saat 10:00-dən 18:00-dək görüş günü təyin edilməsi və görüş yeri sərbəst ("İkinci tərəf"-in yaşadığı ünvanı olmamaq şərti ilə) müəyyənləşdirilməsi barədə razılığa gəliblər. 2.1.1 TƏRƏFLƏR Sazişin şərtləri pozulduğu təqdirdə Məhkəməyə müraciət etmək hüququna malik olduqlarını razılaşdırırlar. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyrimüəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.3. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.4. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.5. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 2.6. Aşağıdakı mövcud təminat və üstünlük hüquqları, o cümlədən, girov, ipoteka, mülkiyyət və zaminlik hüquqları qüvvədə qalır: İşdə olan 19 yanvar 2022-ci il tarixli 2(029)-98/2022-ci il tarixli Qusar rayon məhkəməsinin qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında Qusar rayon İHB-nın Mucuq kənd inzibati ərazi üzrə nümayəndəliyində 15 iyul 2012-ci il tarixli 07 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 anaları Maraqlı şəxs himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi Maraqlı şəxs yaşayış yeri müəyyən edilməsi, xx.xx.1986-cı ildə Qusar rayonu Uqur kəndində anadan olmuş, Qusar rayonu Şirvanlı kəndində yaşayan Ərizəçi Maraqlı şəxs xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat miqdarda alimentin tutulması, qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X3 xx.xx.2013-cü il tarixdə Qusar rayonu Şirvanovka kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxsdır. İşdə olan xx.xx.2022-ci il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Qusar rayonu Şirvanovka kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxsdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs 15 iyul 2012-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşar. Birgə nikahlarından xx.xx.2013-cü il təvvəlüdlü X3 və 26 noyabr 2016-cı il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində 11 aprel 2022-ci il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə uşaqları ilə görüş vaxtnın təyin edilməsi ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə ki, sazişlə müəyyən edilmişdir ki, hər həftənin bazar günü saat 10:00 dan 18:00 dək görüş günü təyin edilmiş və görüş yeri sərbəst (ikinci tərəfin yaşadığı yer olmamaq şərti ilə) müəyyənləşdirilməsi üçün Maraqlı şəxs razılıq vermişdir. Barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında 11 aprel 2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 11 aprel 2022-ci il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi məhkəməyə müraciətlə əlaqədar ödədiyi 100 manat dövlət rüsumu, mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 100 manat, ümumilikdə 200 manat Ərizəçi xeyrinə Maraqlı şəxs tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X6 iştirakı ilə azyaşlı uşaqları xx.xx.2013-cü il təvvəlüdlü X3 və 26 noyabr 2016-cı il təvəllüdlü X4 ilə görüş günlərinin müəyyən edilməsinə dair imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq olunsun. Ərizəçi məhkəməyə müraciətlə əlaqədar ödədəyi 100 manat dövlət rüsumu, mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 100 manat məbləği, ümumilikdə 200 manat Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar