Məhkəmə qərarları › İş №2(029)-978/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-978/2020

24.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-978/2020 24.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 həqiqətən də xx xxxxxx 2002-ci il tarixdə Qusar rayonunun Əniğ kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X7 ərizəni müdafiə edərək izahatında göstərdi ki, onun qızı X8 xx xxxx 1993-cü il tarixdə Qusar rayonunun Əniğ kəndində anadan olmuşdur. X25 xx xxxxxx 2002ci il tarixdə Qusar rayonunun Əniğ kəndində vəfat etmiş və xx xxxxxx 2002-ci il tarixdə Qusar rayonunun Əniğ kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt X2 ölümü haqqında Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Halhazırda o, X2 vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir, lakin qızının ölümü haqqında Maraqlı şəxsndə müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. O, X2 xx xxxxxx 2002-ci il tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında müvafiq qeydin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs bu barədə qeyd aparmaqdan imtina etmişdir. X2 xx xxxxxx 2002-ci il tarixdə Qusar rayonunun Əniğ kəndində vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd edilnləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusdur. Ərizəçinin qızı Elvina xəstə idi. Elvina 07 avqust 2002-ci ildə vəfat etmiş və Əniğ kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçinin qızı Elvina xəstə idi. Elvina xx xxxxxx 2002-ci ildə vəfat etmiş və Əniğ kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusdur. Ərizəçinin qızı Elvina xəstə idi. Elvina xx xxxxxx 2002-ci ildə vəfat etmiş və Əniğ kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materialları tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan V-ЖГ № 312514 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X12 arasında xx xxxxxx 1989-cu il tarixdə 23 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Xeyiova soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli Arayışdan görünür ki, X8 xx xxxx 1993-cü il tarixdə anadan olmuşdur. X3, anası Ərizəçidır. İşdə olan Qusar RİHB-nın Əniğ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 268 nömrəli Arayışdan görünür ki, X1 (Xeyirova) Rəhimə Rəhimbəy qızı, Balacayeva (Xeyirova) Esmira Rəhimbəy qızı, Qocayeva (Xeyirova) Dilvinə Rəhimbəy qızı və X15 adlı uşaqları özü doğmuş və 8 (səkkiz) yaşına kimi özü tərbiyə etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X8 barəsində Qusar rayon Əniq kənd İƏD Ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları: ölüm akt qeydləri 1999-2007-ci illər üzrə yoxlanılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qızı X8 xx xxxxxx 2002-ci il tarixdə Qusar rayonunun Əniğ kəndində ölmüş və Qusar rayonunun Əniğ kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin mərhum X8 vəfat etdikdən sonra bu barədə tibbi arayış alınmadığı üçün X4 ölməsi faktı Maraqlı şəxs tərəfindən təsdiqlənməmiş və qeydə alınmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi doğma X2 xx xxxxxx 2002-ci il tarixdə Qusar rayonunun Əniğ kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi doğma X2 xx xxxxxx 2002-ci il tarixdə Qusar rayonunun Əniğ kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar