Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-978/2022 11.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Səday qızının Maraqlı şəxs və X4 qarşı “11 yanvar 2022-ci il tarixli barışıq sazişinin Məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Səday qızı Maraqlı şəxs və X4 qarşı “11 yanvar 2022-ci il tarixli barışıq sazişinin Məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərərək, onunla Maraqlı şəxs arasında 11 yanvar 2022-ci il tarixdə Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X1 iştirakı ilə imzalanmış 11 yanvar 2022-ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Səday qızı ərizəni onunla əsaslandırmışdır ki, o, 15 avqust 2008-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Maraqlı şəxs Çanağa oğlu ilə ailə həyatı qurmuşdur, həmin nikahdan 27 oktyabr 2010-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün Maraqlı şəxs ayrılmışdır, aralarında olan nikahın pozulması 27 dekabr 2010-cu il tarixdə qeydə alınmışdır. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə aliment tələbinə dair təkliflə qarşı tərəf olan Maraqlı şəxs Çanağa oğluna, daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmışlar, onunla Maraqlı şəxs Çanağa oğlu və Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X6 arasında xx.xx.2022-ci il tarixli 3 tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı Maraqlı şəxs Çanağa oğlu birgə nikahlarından anadan olmuş 27 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci ilin yanvar ayından başlayaraq hər ay 100 (bir yüz) manat aliment verməyə razılıq vermiş, bu barədə aralarında müvafiq barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin imzalanmasından sonra 10 gündən artıq müddət keçməsinə baxmayaraq Maraqlı şəxs keçən müddət ərzində barışıq sazişində nəzərdə tutulmuş alimentin ödənilməsi hissəsini könüllü şəkildə icra etməmişdir. Bu səbəbdən də, hazırkı ərizə ilə Qusar rayon məhkəməsinə müraciət etmişdir. Ərizəçi Səday qızına, maraqlı şəxslər Maraqlı şəxs və X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi Səday qızı (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış 11 yanvar 2022-ci il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: 2.1. "Birinci tərəf' "İkinci tərəf-ə qarşı aliment məbləğinin artırılmasına dair razılığa gələrək barışığ sazişini aşağıdakı şərtlərlə bağla} irlər: -"Birinci Tərəf* aliment məbləğinin həcminin artırılmasına dair qaldırdığı iddianı ‘"İkinci Tərəf’ tam qəbul edərək razılığını bildirmiş və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün "Birinci Tərəf'-ə 2022-ci ilin yanvar ayından başlayaraq hər ay 100 (bir yüz) manat aliment verməyə öhdəsinə götürmüş. - "İkinci Tərəf' Barışığ sazişini dərhal bir nüsxəsini işlədiyi "xxxx"MMC-nin mühasibatlığına təqdim etməyə öhdəsinə götürür və sazişdə xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün “Birinci Tərəf’-ə 2022-ci ilin yanvar ayından başlayaraq hər ay 100 (bir yüz) manat məbləğində aliment tutulması barədə işlədiyi şirkətə ərizə yazmağa və həmin ərizənin işlədiyi "xxxx"MMC tərəfində qəbul edilməsi barədə "Birinci Tərəf’-ə təqdim etməyə öhdəsinə götürmüş. - "İkinci Tərəf’ “Birinci Tərəf ”-dən rnediasiya xərclərini ödəməyə borca aldığı 100 (bir yüz) manatı 31 yanvar 2022-ci i!ə qədər qaytarmağa öhdəsinə götürür. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyrimıiəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla. Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütıin mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliy yətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərətnı qeyd olunan tədbirləri görmək üçün çəkdi} i müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Ogər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə. Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki. onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 2.7. Aşağıdakı mövcud təminat və üstünlük hüquqları, o cümlədən, girov, ipoteka, mülkiyvət və zaminlik hüquqları qüvvədə qalır: Yoxdur İşdə olan 31 yanvar 2011-ci il tarixli 2(029)-60/2011-ci il tarixli Qusar rayon məhkəməsinin qətnaməsindən görünür ki, xx xxxxxxx 1985-ci ildə Dəvəçi rayonu B\Həmyə kəndində anadan olmuş, Qusar rayonu Çubuqlu qəsəbəsində yaşayan Maraqlı şəxs Ərizəçi Səday qızının xeyrinə 27 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 60 (altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan AZ-İİ 542078 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 27 oktyabr 2010-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçi Səday qızıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi Səday qızı və Maraqlı şəxs 15 avqust 2008-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar, həmin nikahdan 27 oktyabr 2010-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində 11 yanvar 2022-ci il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə 2022-ci ilin yanvar ayından başlayaraq hər ay 100 (bir yüz) manat aliment verməklə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə ki, sazişlə müəyyən edilmişdir ki, 2022-ci ilin yanvar ayından başlayaraq hər ay 100 (bir yüz) manat aliment verməyə Maraqlı şəxs razılıq vermişdir. Barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi Səday qızı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında 11 yanvar 2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Səday qızı və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 11 yanvar 2022-ci il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Səday qızı ilə Maraqlı şəxs arasında Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X1 iştirakı ilə imzalanmış 11 yanvar 2022-ci il tarixli barışıq sazişinin təsdiq olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-978/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-978/2022
11.10.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver