Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-987/2020 24.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi və onun vəkili X8 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsinə qarşı ərizəsi ilə məhkəməyə müraciət edərək, onun doğma X1 həqiqətən də xx xxxxxx 2010-cu il tarixdə Qusar şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, onun anası X17 xx xxxxxx 2010-cu il tarixdə Qusar şəhərində vəfat etmiş və Qusar şəhər qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt X1 ölümü haqqında Qusar rayon qeydiyyat şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda o, X1 vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir, lakin anasının ölümü haqqında Qusar rayon Qeydiyyat şöbəsində müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. X1 həqiqətən də xx xxxxxx 2010-cu il tarixdə Qusar şəhərində vəfat etməsi və Qusar şəhər qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyi anasının qəbirinin fotoşəkili, həmçinin xx xxxxxxxx 2020-ci il tarixli aktla da təsdiq edilir. O, anası Sərfi Qədirovanın xx xxxxxx 2010-cu il tarixdə Qusar şəhərində vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Qusar rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi bu barədə qeyd aparmaqdan imtina etmişdir. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilnləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə Qusar şəhərində qonşu olmuş, Gülcənnət daha sonra Qalacıq kəndində ərə köçmüşdür. Ərizəçinin anası Sərfi Qədirovanı da tanıyırdı. Sərfi Qədirova xx xxxxxx 2010-cu il tarixdə vəfat etmiş və Qusar şəhər qəbiristanlığında dəfn edilmişdir. O, Sərfi Qədirovanın yas mərasimində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısı qızıdır. X14 bacısıdır. X23 böyük qardaşları ilə birlikdə Qusar şəhərində yaşamışdır. X17 xx xxxxxx 2010-cu il tarixdə Qusar şəhərində vəfat etmiş və Qusar şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materialları tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İ-ИЕ № 573689 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 xx xxxx 1937-ci il tarixdə anadan olmuşdur. Ata qrafası və ana qrafası boş göstərilmişdir. İşdə olan İ-ИЕ № 163327 saylı evlənmək haqqında şəhadətnaənin təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X15 arasında xx xxxxxx 1958-ci il tarixdə 101 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Qədirova soyadı verilmişdir. İşdə olan İ-ИЕ № 934105 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx xxxx 1957-ci il tarixdə anadan olmuşdur. X3, anası X12r. İşdə olan İİ-ЖГ № 385062 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq Olunmuş surətindən görünür ki, X13 ilə X4 arasında xx xxxxxxxx 1980-ci il tarixdə 16 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Babayeva soyadı verilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, xx xxxx 1937-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan MSSR Doqquzpara rayonunun Kərə-Kürə kəndində anadan olmuş X9 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 2005-xx.xx.2020-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış cavab məktubundan görünür ki, X9 xx xxxxxx 2010-cu il tarixdə vəfat etməsi faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilmədiyindən, ölüm haqqında həkim şəhadətnaməsi olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilə biləcəyi üçün X9 ölüm faktının çmüəyyənləşdirilməsi barədə ərizə ilə Qusar rayon məhkəməsinə müraciət etməsi izah olunmuşdur. İşdə olan Qusar rayonu, Qalacıq kənd sakini Ərizəçi, Qusar şəhəri, H.Aslanov küçəsi, ev 113-də yaşayan X5, Qusar şəhəri, H.Aslanov küçəsi, ev 115-də yaşayan X6 iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, Qusar şəhəri, H.Aslanov küçəsi, ev 128-də yaşayan X17 xx xxxxxxx 2010-cu il tarixdə vəfat etmiş və Qusar şəhər qəbiristanlığında dəfn edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi anası X17 xx xxxxxxx 2010-cu il tarixdə Qusar şəhərində ölmüş və Qusar şəhər qəbiristanlğında dəfn edilmişdir. Lakin mərhum X17 vəfat etdikdən sonra bu barədə tibbi arayış alınmadığı üçün X9 ölməsi faktı Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən təsdiqlənməmiş və qeydə alınmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi doğma X1 xx xxxxxx 2010-cu il tarixdə Qusar şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi doğma X1 xx xxxxxx 2010-cu il tarixdə Qusar şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-987/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-987/2020
24.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver