Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-109/2024 10.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X1 və üçüncü şəxs Gəncə şəhər 6 saylı notariat ofisinin xüsusi notariusu X2 qarşı 08 oktyabr 2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X1 və üçüncü şəxs Gəncə şəhər 6 saylı notariat ofisinin xüsusi notariusu X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Gəncə şəhəri 6 saylı notariat ofisində bağlanmış AN-İ ******* nömrəli, 08 oktyabr 2022-ci il tarixli 4Ə-620 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh 31000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun alınınb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclaaısnda İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh arasında Gəncə şəhəri 6 saylı notariat ofisində bağlanmış AN-İ ******* nömrəli, 08 oktyabr 2022-ci il tarixli 4Ə-620 nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 2022-ci ildə özünə məxsus olan obyekti satmaq üçün maklerə müraciət etmişdir. Maklerlər Cavabdeh onun yanına gətirərək obyekti almaq istədiyini bildirmişlər. Cavabdeh ona məxsus obyektə baxdıqdan sonra bəyəndiyini və almaq istədiyini bildirmişdir. Obyektə dair hüquq müəyyənedici sənəd, Çıxarış olmadığı üçün Cavabdeh obyekti sənədləşdirmək üçün ona 24000 manat beh vermiş, qalan pul vəsaitini isə obyektə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra verəcəyini bildirmişdir. Lakin cavabdehd ona verdiyi pulun müqabilində daşınmaz əmlakın girov qoyulmasını tələb etmişdir. Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən 13 noyabr 2021-ci il tarixli, **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Göygöl rayonu Qızılqaya qəsəbəsində 30000 manat dəyərində 0,06 ha torpaq sahəsində 75000 manat dəyərində fərdi yaşayış evi inşa etdirmişdir. O, qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evini obyekti sənədləşdirənə kimi aldığı pulun müqabilində girov qoymağa razılaşdıqdan sonra, borc məbləğinin təminatı olaraq ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən 13 noyabr 2021-ci il tarixli, **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən qeydiyyata alınmış Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini girov qoymuşdur. Bu barədə Gəncə şəhəri 6 saylı notariat ofisində 08 oktyabr 2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Notarial qaydada təsdiq edilmiş Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan zaman notarius tərəfindən ona torpaq sahəsini 30000 manat məbləğinə satılması bildirilmişdir. Alqı-zaman cavabdeh obyektini rəsmiləşdirmək, obyektə dair aralarında alqı-satqı olduqdan sonra, torpaq sahəsi və evini onun özünə qaytarcağına dair öhdəlik götürmüşdür. Lakin sonradan müqavilədə 0,06 ha torpaq sahəsini 5000 manata satıldığını qeyd olunduğunu bilmişdir. O, obyekti rəsmiləşdirməyə çalışdığı zaman cavabdeh ona Gəncə şəhərindən deyil Bakı şəhərində obyekt almaq istədiyini bildirərək obyekti almaqdan imtina etmişdir. Bundan sonra, cavabdehin ona məxsus olan girov qoyduğu Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini başqa bir şəxsə 55000 manata satmışdır. 08 oktyabr 2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 15-ci maddəsinə əsasən, müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya laızmınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarı əmlakın ümumi məbləğinin 6 qatı miqdarında müəyyən edilmişdir. Müqavilənin 17-ci bəndinə əsasən, bu müqaviləyə dəyişikliklər və əlavə olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Müqavilənin 18-ci bəndinə əsasən, tərəflər bu müqavilə üzrə mübahisələri onların razılığı iılə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. O, torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini cavabdehin ona verdiyi 24000 manat pulun müqabilində cavabdehə inanaraq girov qoymasına baxmayaraq, cavabdeh ona heç bir məlumat vermədən torpaq sahəsini və evini 55000 manata satmışdır. Cavabdehlə aralarında olan razılaşmada onu cavabdehlə tanış edən maklerlər Rizvan, Mehman və tanışı Töhvəddin Cəfərov iştirak etmişdir. Məhkəmə prosesinin gedişində həmin şəxslərin şahid qismində dindirilməsini xahiş edir. Cavabdeh onun etibarından suiistifadə edərək, ona məxsus torpaq sahəsini və fərdi yaşayış evini 55000 manat satmış, ona isə 24000 manat məbləğ ödənilmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. İddiaçı məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cavabdehlə aralarında olan müqavilənin ləğvinin xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı qarşı tərəfə iradə ifadəsini bildirdiyi andan müqavilə ləöv edilmiş sayılır və bu baxımdan müqavilənin ləğvi barədə iddia məhkəmə qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh X1 və üçüncü şəxs Gəncə şəhər 6 saylı notariat ofisinin xüsusi notariusu X2 qarşı 08 oktyabr 2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satı müqaviləsinin ləğv edilməsi tələbi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddın iş üzrə icraatın dayandırılması hissəsindən rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən rayon məhkəməsinə şikayət verilə bilər Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-109/2024
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-109/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver