Məhkəmə qərarları › İş №2(030)-119/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-119/2023

03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-119/2023 03.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, oğlu X3 24 yanvar 2004-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahatında göstərmişdir ki, oğlu 05 fevral 1999-cu il təvəllüdlü X5 24 yanvar 2004-cü il tarixdə yaşadıqları Daşkəsən rayonu Quşçu kəndində qəflətən vəfat etmişdir. Onun meyiti Quşçu kənd qəbirstanlığında dəfn edilmişdir. Oğlunun ölümü qəflətən olduğu üçün, həmin dövrdə oğlunun adına ölüm haqqında şəhadətnamə almamışdır. Oğlunun adına ölüm haqqında şəhadətnamə olmadığı üçün hazırda özünə məxsus olan mülkə dair sərəncam vermək hüququndan məhrum edilmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında akt qeydi aparılmadığı üçün bundan imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən müraciətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən şahidlər X6 ifadəsində göstərmişdir ki, Ərizəçi onun atasıdır. X2 2004-cü ildə 12-13 yaşlarında özünü asaraq intihar etmişdir. Qardaşının özünü niyə asdığını bilməmişdir. X5 24 yanvar 2004-cü ildə Daşkəsən rayonu Quşçu kənd qəbirstanlığında dəfn edilmiş, yas mərasimi keçirilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, 30 ildən çoxdur ki, Ərizəçi tanıyır. Ərizəçi oğlu Elvin Süleymanov 2004-cü ildə təxminən 12-13 yaşlarında özünü asaraq intihar etmişdir. Hansı səbəbdən özünü asdığını bilməmişdir. X5 24 yanvar 2004-cü ildə Daşkəsən rayonu Quşçu kənd qəbirstanlığında dəfn edilmişdir. Elvin Süleymanovun yas mərasimində iştirak etmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 23 dekabr 2022-ci il tarixli 05/Q-558/69 saylı məktubundan görünür ki, X5 barəsində ölüm haqqında akt qeydinin müəyyən eidlməsi məqsədilə Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Prokurorluğu Daşkəsən rayon prokurorluğunun 03 aprel 2023-cü il tarixli 269çıx/23 saylı məktubundan görünür ki, X3 ölməsi barədə rayon prokurorluğunda araşdırma aparılmış və xx.xx.2004-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Böğlmələrini İdarəetmə Birliyi” X15 “Daşkəsən Rayon Mərkəzi Xəstəxanası” X13 05 aprel 2023-cü il tarixli PHŞ-6- 33/2-93/2023 saylı məktubundan görünür ki, 24 yanvar 2004-cü il tarixdə Daşkəsən rayon Quşçu kəndində vəfat etmiş X3 vəziyyəti ilə əlaqədar olaraq yaxınları tərəfindən həmin tarixdə xəstəxanaya heç bir müraciət edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 “MTE və PA” X13 Daşkəsən rayon şöbəsinin 03 may 2023-cü il tarixli №- 1/M saylı məktubundan görünür ki, meyitin məhkəmə-tibbi müayinəsinin 24 yanvar 2004cü il tarixli 02 nömrəli Akt ilə 1992-ci il təvəllüdlü X3 meyiti üzərində məhkəmə-tibbi ekspertizası aparılmışdır. X1 meyidinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakılar aşkar edilmişdir. Boyun nahiyyəsində stranqulyasion şırımın olması, gözün birləşdirici yumasına, ağ ciyər səthinə, ürək səthinə nöqtəvari qansızmaları olması, ürək boşluqlarında çoxlu miqdarda qanın olması, daxili üzvlərin doluqanlı olması. Mərhum E.Ərizəçi ölümünə səbəb asılma nəticəsində boyun üzvülərinin ilgəklə sıxılmasından baş vermiş mexaniki asfiksiya olmuşdur ki, bu da mərhumun boyun nahiyyətində bir ədəd həyati, görkəmli əlamət sayılan stranqulyasiya şırımı asfiktik ölüm əlamətlərinin olunması ilə təstiq olunur. Mərhum E.Ərizəçi meyidinin müayinəsi zamanı boyun mahiyyəsində bir ədəd stranqulyasiya şırımından başqa digər xəsarət və ya xəsarət izlərinin olması müəyyən edilməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi 05 fevral 1999-cu il təvəllüdlü X5 24 yanvar 2004-cü il tarixdə yaşadıqları Daşkəsən rayonu Quşçu kəndində özünü asaraq intihar etmişdir. Bununla bağlı Daşkəsən rayon prokurorluğunda cinayət işi başlanmış və 02 fevral 2004-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən X3 meyiti müayinə edilmiş və 24 yanvar 2004-cü il tarixli 02 nömrəli Akt tərtib edilmişdir. X1 ölümünə səbəb asılma nəticəsində boyun üzvülərinin ilgəklə sıxılmasından baş vermiş mexaniki asfiksiya olmuşdur ki, bu da mərhumun boyun nahiyyətində bir ədəd həyati, görkəmli əlamət sayılan stranqulyasiya şırımı asfiktik ölüm əlamətlərinin olunması ilə təsdiq olunmuşdur. İş üzrə göründüyü kimi, Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən X1 meyiti üzərində müayinə aparılmış və ölüm səbəbi müəyyən edilmişdir. Lakin X1 ölümü barədə və ölüm haqqında tibbi şəhadətnamə almaq üçün Azərbaycan Respublikası “Tibbi Ərazi Böğlmələrini İdarəetmə Birliyi” X15 “Daşkəsən Rayon Mərkəzi Xəstəxanası” X14 müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, мəhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, X3 ölüm faktı müəyyəndir və Ərizəçi həmin faktı təsdiq edən sənədləri başqa qaydada əldə edə bilər. Bu baxımdan Ərizəçi tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi – oğlu X3 24 yanvar 2004-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar