Məhkəmə qərarları › İş №2(030)-147/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-147/2025

06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-147/2025 06.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X15 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, X3nun 13 yanvar 2010-cu ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib izahatında göstərmişdir ki, X9 ilə aralarındakı nikahı 28 noyabr 1981-ci il tarixdə 34 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. X3 01 iyun 1955-ci ildə Daşkəsən (Dəstəfur) rayonu Astaf kəndində doğulmuş və 13 yanvar 2010-cu ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində vəfat etmişdir. Lakin səhlənkarlıqdan ərinin ölümünü dövlət qeydiyyatına aldırmamış və ölüm haqqında şəhadətnamə almamışdır. Vərəsəliklə bağlı sənədləri toplayarkən, məlum olmuşdur ki, X3nun ölməsi barədə sənəd yoxdur. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün ona ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu və qeyd edilən faktın məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən müraciətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X2 ifadəsində göstərmişdir ki, Ərizəçi anasının xalasıdır. Ərizəçi X3 13 yanvar 2010-cu ildə vəfat etmişdir. O, Daşkəsən raytonu Qabatəpə kəndində keçirilmiş yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X5 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə Daşkəsən rayonu Qabaqtəpə kəndində qonşudurlar. Ərizəçi X3 13 yanvar 2010-cu ildə vəfat etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 01 iyun 1955-ci ildə Dəstəfur rayonu Qabaqtəpə kəndində doğulmuşdur. X1, anası X10r. Bu barədə Dəstəfur rayonu Qabatəpə kənd sovetində doğum haqqında akt qeydləri kitabında 19 iyun 1965-ci il tarixdə 45 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 24 dekabr 2024-cü il tarixli 3-16-5/8-69-401/2024 nömrəli arayışdan görünür ki, X9 ilə X7 arasında 28 noyabr 1981-ci il tarixdə nikah bağlanmış və Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Qabaqtəpə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 34 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikahdan sonra arvada “Tağılyeva” soyadı verilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 18 dekabr 2024-cü il tarixli 3-16-5/8-69-392/2024 saylı məktubundan görünür ki, X9 barəsində ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Qabaqtəpə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Maraqlı şəxs arxivində və "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı də təsdiq edimiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sesteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi bərədə qanuni güvvəyə minmiiş qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd olunanlara əsəsən Ərizəçi müraciəti təmin edilməmiş və ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi ilə X9 aralarındakı nikahı 28 noyabr 1981-ci il tarixdə 34 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. X9 01 iyun 1955-ci ildə Dəstəfur rayonu Astaf kəndində doğulmuş və 13 yanvar 2010-cu ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində vəfat etmişdir. Bundan sonra da, zərurət yaranmadığı üçün bu hala heç kim diqqət yetirməmişdir. Ərizəçi ərinin adına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ərizəçiyə ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmiş və bundan imtina olunmuşdur. Bu səbəbdən də Ərizəçi X3nun 13 yanvar 2010-cu il tarixdə Daşkəsən rayonu Qabaqtəpə kəndində ölməsi faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, мəhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, ərizəçinin X3nun ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 13 yanvar 2010-cu il tarixdə Daşkəsən rayonu Qabaqtəpə kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X4 13 yanvar 2010-cu il tarixdə Daşkəsən rayonu Qabaqtəpə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar