Məhkəmə qərarları › İş №2(030)-159/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-159/2025

30.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-159/2025 30.01.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X17 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X8, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, 10 fevral 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X13 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs 2010-cu ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Aralarındakı nikahı 20 iyun 2011-ci il tarixdə Daşkəsən RİHB-nın Quşçu inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə aldırmışlar. Birgə nikahlarından 18 oktyabr 2011-ci ildə Fərid adlı bir uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 10 iyul 2013-cü il tarixli 2(030)-239/2013 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və 18 oktyabr 2011-ci ildə doğulmuş Fəridin saxlanılması üçün 80 manat məbləğində aliment təyin edilmişdir. Daha sonra iddiaçı alimentin artırılması tələbi ilə Mediasiya təşkilatın müraciət etmiş, tərəflər arasında barışıq sazişi bağlanmış, 18 oktyabr 2011-ci ildə doğulmuş X1 üçün təyin edilmiş alimentin miqdarı artırılaraq 160 manat məbləğində müəyyən edilmişdir. Buna baxmayaraq, cavabdeh barışıq sazişi ilə üzərinə götürdüyü aliment öhdəliyini icra etməmiş, aliment ödəməkdən imtina etmiş, bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs tələbi qismən qəbul edərək izahatında göstərmişdir ki, ərizəçi X9 ilə aralarında 10 fevral 2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Ərizəçi barışıq sazişinin tələblərini pozmuşdur. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 18 oktyabr 2011-ci ildə Daşkəsən şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası X5r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 16 noyabr 2011-ci il tarixdə 403 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 10 iyul 2013-cü il tarixli 2(030)- 239/2013 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Əlirzayeva (Quluyeva) Yaqut Nəcəf qızı arasında xx.xx.2011-ci il tarixdə Daşkəsən RİHB-nın Quşçu inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 10 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən cavabdehin nikahdan əvvəlki soyadını (Quluyeva) bərpa etmək hüququna malik olması, qətnamənin nikahın pozulmasına dair hissəsinin icrasının Daşkəsən rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi, boşanmadan sonra tərəflərin ümumi uşağı – xx.xx.2011-ci ildə anadan olmuş X4 cavabdeh Əlirzayeva (Quluyeva) Yaqut Nəcəf qızının himayəsində qalması, 10 iyul 2013-cü il tarixdən başlayaraq hər ay iddiaçı Maraqlı şəxs xx.xx.2011-ci ildə anadan olmuş X2 üçün 40 (qırx) manat və həmin uşaq 3 yaşına catanadək ananın (cavabdehin) özünə də 40 (qırx) manat olmaqla cəmi 80 (səksən) manat sabit pul məbləğində alimentin tutulub cavabdeh Əlirzayeva (Quluyeva) Yaqut Nəcəf qızına ödənilməsi, aliment tələbi üzrə iddiaçı Maraqlı şəxs 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş İlkin mediasiya sesiyasında təsdiq edilmiş X3 etibarnamə üzrə nümayəndəsi X13 və Maraqlı şəxs arasında bağlanmış 10 fevral 2023-cü il tarixli “Barışıq sazişi”ndən görünür ki, tərəflər ikinci tərəf Maraqlı şəxs və birinci tərəf X9 ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Fərid adlı uşaqlarına yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş və hər ay birinci tərəf X7 xeyrinə ödədiyi 80 manat alimentin miqdarının artırılaraq 160 manat edilməsini və həmin 160 manat sabit pul məbləğində alimenti hər ayın 1-dən 10-dək ödəməyi öhdəsinə götürmüşdür. İkinci tərəf Maraqlı şəxs birinci tərəf X12 ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Fərid adlı uşaqlarının anası ilə, yəıni birinci tərəf X12 ilə ölkə xaricinə gedib-gəlməsi üçün (quru yollar açılandan sonra) birinci tərəf X10 1 il müddətində etibarnamə verməsini öhdəsinə götürmüşdür. Birinci tərəf X12 xx.xx.2011-ci il təvəllüdlü Fərid adlı uşaqlarının yetkinlik yaşına çatanadək atası, yəni ikinci tərəf Maraqlı şəxs ilə hər iki tərəfə uyğun olan vaxda məsuliyyətsiz (əsasən şənbə və bazar günləri müəyyən saat çərçivəsində, məsələn saat 11:00-dan 18:00-dək) görüşüb ünsiyyətdə olmasına şərait yaradacağını öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş 02 oktyabr 2023-cü il tarixli BPM**********21 nömrəli mədaxil qəbzindən görünür ki, X13 tərəfindən 50 manat məbləğində ilkin mediasiya xərci ödənilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs 2010-cu ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Aralarındakı nikahı 20 iyun 2011-ci il tarixdə nikahlarını Daşkəsən RİHB-nın Quşçu inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə aldırmışlar. Birgə nikahdan 18 oktyabr 2011-ci ildə X11 doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 10 iyul 2013-cü il tarixli 2(030)-239/2013 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs ilə cavabdeh Əlirzayeva (Quluyeva) Yaqut Nəcəf qızı arasında 20 iyun 2011-ci il tarixdə Daşkəsən RİHB-nın Quşçu inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 10 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, 18 oktyabr 2011-ci ildə anadan olmuş X11 cavabdeh Əlirzayeva (Quluyeva) Yaqut Nəcəf qızının himayəsində saxlanılmış, 10 iyul 2013-cü il tarixdən başlayaraq hər ay iddiaçı Maraqlı şəxs 18 oktyabr 2011-ci ildə anadan olmuş X2 üçün 40 manat və həmin uşaq 3 yaşına catanadək ananın özünə də 40 manat olmaqla cəmi 80 manat sabit pul məbləğində aliment tutulub cavabdeh Əlirzayeva (Quluyeva) Yaqut Nəcəf qızına ödənilməsi qət edilmişdir. Tərəflər arasında 10 fevral 2023cü il tarixli “Barışıq sazişi” bağlanmış, sazişə əsasən tərəflər ikinci tərəf Maraqlı şəxs və birinci tərəf X9 ilə birgə nikahlarından doğulmuş 18 oktyabr 2011-ci il təvəllüdlü Fərid adlı uşaqlarına yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş və hər ay birinci tərəf X7 xeyrinə ödədiyi 80 manat alimentin miqdarının artırılaraq 160 manat edilməsini və həmin 160 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürmüşdür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı 10 fevral 2023-cü il tarixdən 10 gün müddətində könüllü şəkildə icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Nəzərə alınmalıdr ki, tam fəaliyyət qabiliyyətli olan saziş tərəfləri iradələrini əks etdirən imzalarıyla sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşdüklərini bəyan etmişlər. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə qismən təmin edilsin. X9 ilə Maraqlı şəxs arasında bağlanılmış 10 fevral 2023-cü il tarixli barışıq sazişi Maraqlı şəxs 18 oktyabr 2011-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay 160 manat məbləğində alimentin tutularaq X6 ödənilməsi hissəsində məcburi icra üçün təsdiq edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar