Məhkəmə qərarları › İş №2(030)-193/2025

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-193/2025

02.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-193/2025 02.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh Azərbaycan Dövlət X1 tabeliyində X2 Xidməti Publik hüquqi şəxs X3 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət X1 tabeliyində X2 Xidməti Publik hüquqi şəxs X3 Sistemlərinin İstismarı İdarəsinə qarşı işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət X1 tabeliyində X2 Xidməti Publik hüquqi şəxs X3 Sistemlərinin İstismarı İdarəsi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, “Azərsu” Açıq tipli Səhmdar Cəmiyyətinin 7 №-li Regional Sukanal İdarəsi üzrə 31 oktyabr 2024-cü il tarixli 381-K nömrəli əmrin ləğv edilməsi, işdən çıxarıldığı müddətdə əmək haqqının və müavinətin düzgün hesablanıb ödənilməsi və əvvəlki işinə bərpa olunması mümkün olmadıqda başqa işlə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, cavabdeh ilə işə qəbul olunma ilə bağlı razılığa gəlmişlər. Həmçinin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən işlə təmin olunacağını nəzərə alınaraq, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunduğundan iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, iddiaçının işlə təmin olunması ilə bağlı razılaşma olmuşdur. Odur ki, işin mahiyyəti üzrə həll olunmasını tələb etmir və ərizənin baxılmamış saxlanılmasına etirazı yoxdur. Azərbaycan Respublikası Mülki Possesual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsaəsn, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılıb sənədlərin qaytarılması barədə ərizə verdiyinə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə dövlət rüsumu mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar