Məhkəmə qərarları › İş №2(030)-200/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-200/2025

13.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-200/2025 13.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X13 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq saşişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, onunla Maraqlı şəxs arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli MŞG/MT033/2024-00356 nömrəli Barışıq sazişinin təsdiq edilməsi, birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək baxılması üçün hər ay Maraqlı şəxs hər bir uşağa 60 manat olmaqla, ümumilikdə 120 manat aliment məbləğinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs 2008-ci ildə el adəti ilə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 03 sentyabr 2009-cu ildə Hüseyn, 11 iyul 2011-ci ildə Sərvan və 30 oktyabr 2012-ci ildə Səma adlı üç uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(030)-346/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Gəncə 2 saylı Mediasiya təşkilatında Ərizəçi ilə Maraqlı şəxs arasında 12 yanvar 2024-cü il tarixli MŞG/MT033/2024-00356 nömrəli barışıq sazişi bağlanmış, sazişin 3-cü bəndinə əsasən birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X10 Ərizəçi himayəsində, xx.xx.2011-ci il təvəllüdlü X3 isə ata Maraqlı şəxs himayəsində saxlanılması barədə qarşılıqlı razılığa gəlmişlər. Sazişin 4-cü bəndinə əsasən, Maraqlı şəxs birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək baxılması üçün xx.xx.2024-cü ildən etibarən hər ayın 27-dən növbəti ayın 5-ə kimi hər bir uşağa 60 manat olmaqla, ümumilikdə 120 manat aliment məbləğinin Ərizəçi ödənilməsini öz öhdəsinə götürmüşdür. Barışıq sazişinin bağlanmasından artıq 1 il müddət keçməsinə baxmayaraq, maraqlı şəxs uşaqlarının saxlanılması üçün heç bir maddi yardım göstərməmiş, üzərinə düşən öhdəliyi, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03 sentyabr 2009-cu ildə Daşkəsən şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 09 mart 2010-cu il tarixdə 78 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 30 oktyabr 2012-ci ildə Daşkəsən şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 16 noyabr 2012-ci il tarixdə 344 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(030)- 346/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Bayramova (Quliyev) Yeganə Mehdiqulu qızı ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış, 28 yanvar 2014-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 07 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdeh Maraqlı şəxs tutulub iddiaçı Bayramova (Quliyev) Yeganə Mehdiqulu qızına ödənilməsi qət edilmişdir İşə əlavə olunmuş Gəncə 2 saylı Mediasiya təşkilatında təsdiq edilmiş Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli MŞG/MT03382024-00356 barışıq sazişindən görünür ki, tərəflər xx.xx.1983-cü il təvəllüdlü Ərizəçi və xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs “Nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair” mübahisələrini aşağıdakı qaydada həll etməyə razılıq vermişlər. xx.xx.1983-cü il təvəllüdlü Ərizəçi və xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs mediator X2 iştirakı ilə keçirilən X6 bağlanan barışıq sazişinə əsasən aralarındakı Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən 28 yanvar 2014-cü ildə verilmiş AZ-İ№829391, 07 saylı qeydlə verilmiş nikahın pozulması tələblərini, mediatorun səlahiyyətində olmadığı üçün məhkəməyə müraciət etmək barədə razılığa gəlmişlər. Sazişin 3-cü bəndinə əsasən, xx.xx.1983-cü il təvəllüdlü Ərizəçi və xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs mediator X2 iştirakı ilə keçirilən X6 bağlanan barışıq sazişinə əsasən aralarındakı Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən 28 yanvar 2014-cü ildə AZ-İ№829391, 07 saylı qeydlə verilmiş birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 ana Ərizəçi himayəsində saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X3 isə ata Maraqlı şəxs himayəsində saxlanılmasına qarşılıqlı razılıq vermişlər. Sazişin 4-cü bəndinə əsasən, ata xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs mediator X2 iştirakı ilə keçirilən X6 bağlanan barışıq sazişinə əsasən aralarındakı Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən 28 yanvar 2014-cü ildə verilmiş AZ- İ№829391, 07 saylı qeydlə verilmiş birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək baxılması üçün xx.xx.2024-cü ildən etibarən hər ayın 27-dən növbəti ayın 5-ə kimi hər bir uşağa 60 manat olmaqla, ümumilikdə 120 manat aliment məbləğinin ödənilməsini öz öhdəsinə götürmüşdür. xx.xx.1983-cü il təvəllüdlü Ərizəçi və xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs mediator X2 iştirakı ilə keçirilən X6 bağlanan barışıq sazişinə əsasən aralarındakı Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən 28 yanvar 2014-cü ildə verilmiş AZ- İ№829391, 07 saylı qeydlə verilmiş birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 məhdudiyyətsiz görüşünə qarşılıqlı razılıq vermişlər. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs 2008-ci ildə faktiki olaraq ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 03 sentyabr 2009-cu ildə X8, 11 iyul 2011-ci ildə X9 və 30 oktyabr 2012-ci ildə X10 doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(030)-346/2024 saylı qətnaməsi ilə iddiaçı Bayramova (Quliyev) Yeganə Mehdiqulu qızı ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış, 28 yanvar 2014-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 07 nömrəli akt qeydi ilə qeydə alınmış nikahları pozulmuşdur. Gəncə 2 saylı Mediasiya təşkilatında Ərizəçi ilə Maraqlı şəxs arasında 12 yanvar 2024-cü il tarixli MŞG/MT033/2024-00356 nömrəli barışıq sazişi bağlanmış, sazişin 3-cü bəndinə əsasən, birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 ana Ərizəçi himayəsində saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X3 isə ata Maraqlı şəxs himayəsində saxlanılmasına qarşılıqlı razılıq vermişlər. Sazişin 4-cü bəndinə əsasən, ata xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs mediator X2 iştirakı ilə keçirilən X6 bağlanan barışıq sazişinə əsasən aralarındakı Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən 28 yanvar 2014-cü ildə verilmiş AZ-İ№829391, 07 saylı qeydlə verilmiş birgə nikahdan anadan olmuş xx.xx.2009cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək baxılması üçün xx.xx.2024-cü ildən etibarən hər ayın 27-dən növbəti ayın 5-ə kimi hər bir uşağa 60 manat olmaqla, ümumilikdə 120 manat aliment məbləğinin ödənilməsini öz öhdəsinə götürmüşdür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı 10 fevral 2023-cü il tarixdən 10 gün müddətində könüllü şəkildə icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Nəzərə alınmalıdr ki, tam fəaliyyət qabiliyyətli olan saziş tərəfləri iradələrini əks etdirən imzalarıyla sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşdüklərini bəyan etmişlər. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Gəncə 2 saylı Mediasiya təşkilatında təsdiq edilmiş 12 yanvar 2024-cü il tarixli MŞG/MT033/2024-00356 nömrəli barışıq sazişi 28 yanvar 2009-cu il təvəllüdlü X4 və 30 oktyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Maraqlı şəxs hər uşağa 60 manat olmaqla, cəmi 120 manat məbləğində alimentin tutularaq Ərizəçi ödənilməsi hissəsində məcburi icra üçün təsdiq edilsin. Ərizə qalan hissəsə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar