Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-219/2023 15.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, onunla Maraqlı şəxs arasında bağlanmış, M-00216 nömrə ilə qeydə alınan, mediator X1 iştirakı ilə mediasiya prosesində bağlanmış 03 fevral 2023-cü il tarixli MŞG/MT007/2023-00289 nömrəli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahat verib göstərmişdir ki, “Alimentin dayandırlması tələbinə dair” mülki mübahisə üzrə onunla Maraqlı şəxs arasında mediasiya prosesində barışıq sazişi bağlanmışdır. Həmin saziş mediasiya reyestrində M- 00216 nömrəsi ilə qeydə alınaraq mediator X1 iştirakı ilə tərtib olunmuşdur. Həmin sazişin şərtlərinə əsasən birgə nikahdan anadan olmuş övladları – 02 yanvar 2016-cı il təvəllüdlü X4 və 22 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş və ondan tutulan ümumilikdə cəmi 100 manat aliment məbləğindən Maraqlı şəxs tamamilə imtina etmişdir. Bundan başqa o və Maraqlı şəxs heç bir digər tələb və ya şərt irəli sürməmişlər. O, Daşkəsən şəhəri S.Vurğun küçəsi 17 saylı evin 2 saylı mənzilini alimentə qarşılıq olaraq Maraqlı şəxs vermişdir. Hazırda maddi imkanı aşağı olduğu üçün aliment ödəmək iqtidarında deyildir. Cavabdeh Maraqlı şəxs tərəfindən isə Barışıq sazişinin şərtləri qeyri-müəyyən səbəblərdən icra olunmamış, hal-hazıradək cavabdeh alimentin dayandırılması barədə İcra və probasiya şöbəsinə ərizə ilə müraciət etməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs tələbi qəbul edərək izahatında göstərmişdir ki, cavabdeh Ərizəçi ilə el adəti ilə toy edib ailə qurmuşlar. Aralarındakı nikahı Daşkəsən rayon VVADQ şöbəsində 20 iyul 2006-cı il tarixdə 94 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 02 yanvar 2016-cı ildə Həsən və 22 yanvar 2018-ci ildə Hüseyn adlı iki uşaqları anadan olmuşdur. Aralarınd aolan narazılığa görə ayrılmışalr. Daşkəsən Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli 2(030)–37/2021 saylı qətnaməsi ilə, aralarındakı nikah pozulmuş, 02 yanvar 2016-cı ildə anadan olmuş X4 və 22 yanvar 2018-ci ildə anadan olmuş X3 onun yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatana kimi maddi təminatı üçün hər ay Ərizəçi hər uşağa 50 manat olmaqla, cəmi 100 manat məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. İddiaçı Ərizəçi Daşkəsən şəhəri S.Vurğun küçəsi 17 saylı evin 2 saylı mənzilini alimentə qarşılıq olaraq ona verdiyi üçün o, alimentdən imtina edilmiş, bununla əlaqəda olaraq, onunla Ərizəçi arasında Gəncə 1 saylı Mediasiya Təşkilatında 03 fevral 2023-cü il tarixdə MŞG/MT007/2023-00289 nömrəli barışıq sazişi bağlanmışdır. Hazırda o, iddiaçıdan aliment tələb etmir. Odur ki, məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli 2(030)–37/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında bağlanmış, 20 iyul 2006-cı il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində 94 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, tərflərin birgə nikahından – 02 yanvar 2016-cı ildə anadan olmuş X4 və 22 yanvar 2018-ci ildə anadan olmuş X3 iddiaçı Maraqlı şəxs yanında saxlanılmış, 02 yanvar 2016-cı ildə anadan olmuş X4 və 22 yanvar 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 02 dekabr 2020-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay cavabdeh Ərizəçi hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində aliment tutulub iddiaçı Maraqlı şəxs ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya Təşkilatında bağlanmış 03 fevral 2023cü il tarixli MŞG/MT007/2023-00289 nömrəli “Barışıq sazişi”nin surətindən görünür ki, “Barışıq sazişi”nin 1-ci maddəsinə əsasən, tərəflər xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi və xx.xx.1982-ci il təvəllüdlü Maraqlı şəxs ailə mübahisələrindən (atalığın müəyyən edilməsi və alimentin dayandırılması) irəli gələn məsələləri mediasiyada aşağıdakı qaydada həll etməyə razılaşdırlar. Sazişin 2-ci maddəsinə əsasən, (ata) 05.1970-ci il təvəllüdlü Ərizəçi və xx.xx.1982-ci il təvəllüdlü Maraqlı şəxs mediator X1 (Mediasiya Reyestrində Qeydiyyat nömrəsi M-00216) iştirkaı ilə keçirilən TMS-də bağlanan barışıq sazişinə əsasən “Atalığın müəyyən edilməsi” tələbini qarşılıqlı razılıq əsasında rədd etdi. Sazişin 3-cü maddəsinə görə, (ana) xx.xx.1982-ci il təvəllüdlü Maraqlı şəxs X1 (Mediasiya Reyestrində Qeydiyyat nömrəsi M-00216) iştirkaı ilə keçirilən TMS-də bağlanan barışıq sazişinə əsasən xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi ilə aralarında birgə nikahdan anadna olmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir övladı üçün təyin olunmuş 50 (əlli) manat, ümumilikdə isə 100 (yüz) manat aliment məbləğində tamamilə imtina etmişdir. Sazişin 4-cü maddəsinə əsasən, tərəflər xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi və xx.xx.1982-ci il təvəllüdlü Maraqlı şəxs TMS zamanı aralarında heç bir digər tələb və ya şərt irəli sürmədilər. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya Təşkilatının 03 fevral 2023-cü il tarixli MŞG/MT007/2023 nömrəli Mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, “Atalığın müəyyən edilməsi və alimet tələbinə dair” mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzülüyü mediator tərəfindən müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs el adəti ilə toy edib ailə qurmuşlar. Aralarındakı nikahı Daşkəsən rayon VVADQ şöbəsində 20 iyul 2006-cı il tarixdə 94 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 02 yanvar 2016-cı ildə X4 və 22 yanvar 2018-ci ildə X3 anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışalr. Daşkəsən Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli 2(030)–37/2021 saylı qətnaməsi ilə, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında bağlanmış, 20 iyul 2006-cı il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində 94 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, tərflərin birgə nikahından – 02 yanvar 2016-cı ildə anadan olmuş X4 və 22 yanvar 2018-ci ildə anadan olmuş X3 iddiaçı Maraqlı şəxs yanında saxlanılmış, 02 yanvar 2016-cı ildə anadan olmuş X4 və 22 yanvar 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 02 dekabr 2020-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay cavabdeh Ərizəçi hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində aliment tutulub iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Ərizəçi Daşkəsən şəhəri S.Vurğun küçəsi 17 saylı evin 2 saylı mənzilini alimentə qarşılıq olaraq Maraqlı şəxs vermiş, Maraqlı şəxs isə alimentdən imtina etmişdir. Bundan sonra tərəflər arasında Gəncə 1 saylı Mediasiya Təşkilatında bağlanmış 03 fevral 2023-cü il tarixli MŞG/MT007/2023-00289 nömrəli “Barışıq sazişi” balanmış, sazişin 3-ceü maddəsinə əsasən (ana) xx.xx.1982-ci il təvəllüdlü Maraqlı şəxs X1 (Mediasiya Reyestrində Qeydiyyat nömrəsi M-00216) iştirkaı ilə keçirilən TMS-də bağlanan barışıq sazişinə əsasən xx.xx.1970-ci il təvəllüdlü (ata) Ərizəçi ilə aralarında birgə nikahdan anadan olmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir övladı üçün təyin olunmuş 50 (əlli) manat, ümumilikdə isə 100 (yüz) manat aliment məbləğində tamamilə imtina etmişdir. Hazırda iddiaçı Ərizəçi M-00216 nömrə ilə qeydə alınan, mediator X1 iştirakı ilə mediasiya prosesində bağlanmış 03 fevral 2023-cü il tarixli MŞG/MT007/2023-00289 nömrəli “Barışıq sazişi”nin təsdiq edilməsini xahiş edir. Məhkəmə prosesinin gedişində cavabdeh Maraqlı şəxs da sözü gedən “Barışıq sazişi”nin təsdiq edilməsinə etiraz etmədiyini və cavabdehdən aliment tələb etmədiyini bildirmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. İş üzrə göründüyü kimi, cavabdeh Maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra etməkdən və barışıq sazişinin könüllü icrasından imtina etmir. Cavabdeh Maraqlı şəxs iddiaçı Ərizəçi aliment tələb etmir və mediasiya prosesində bağlanmış 03 fevral 2023-cü il tarixli MŞG/MT007/2023-00289 nömrəli Barışıq sazişinin təsdiq olunmasına etiraz etmir. Həmçinin “Barışıq sazişi”nin 2-ci və 3-cü bəndindən görünür ki, “Barışıq sazişi” ziddiyətlidir. Belə ki, 2-ci bəndə qeyd edilir ki, iddiaçı Ərizəçi atalığın müəyyən edilməsindən imtina edir. 3-cü bəndə isə cavabdeh Maraqlı şəxs alimentdən imtina edir. Bu baxımından məhkəmə hesab edir ki, “Barışıq sazişi” ziddiyyətli olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-219/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-219/2023
15.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver