Məhkəmə qərarları › İş №2(030)-249/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-249/2025

07.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-249/2025 07.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, Daşkəsən rayonu Muşavaq kəndində anadan olmuş X3 Daşkəsən rayonu Muşavaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra Ərizəçi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 07 fevral 2019-cu il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib izahatında göstərmişdir ki, o, xx xxxx 1996-cı ildə Daşkəsən rayonu Muşavaq kəndində doğulmuşdur. Rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan dörd uşağı doğulmuşdur. İlk övladı olmuş oğlu 01 fevral 2019-cu ildə doğulmuş X1 şəhəri Abbas Səhhət adına xəstəxanada doğulmuşdur. Uşağın adına Gəncə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsindən 05 fevral 2019-cu il tarixli 624 nömrəli akt qeydi ilə qeydiyyat aparılmış və AZ İV 233745 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Uşaq doğulduqdan təxminən 5-6 gün sonra vəfat etmişdir. Lakin səhlənkarlıq edib uşağın adına ölüm haqqında şəhadətnamə almamışlar. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün ona ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu və qeyd edilən faktın məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən müraciətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə dostdurlar. Taryelin birgə nikahında dörd uşağı doğulmuşdur. Hal-hazırda himayəsinə üç uşağı vardır. Taryelin birinci oğlu Əli 2019-cu ilin fevral ayında doğulmuş və təxminən bir həftə sonra vəfat etmişdir. Uşağın hansı səbəbdən vəfat etdiyini bilməmişdir. Uşağı Göygöl rayonu Yeni Qızılca kəndində dəfn etmişlər. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Ərizəçi qaynıdır. Taryelin birgə nikahında dörd uşağı doğulmuşdur. Hal-hazırda himayəsinə üç uşağı vardır. Taryelin birinci oğlu Əli 2019-cu ilin fevral ayında doğulmuş və təxminən 5-6 gün sonra vəfat etmişdir. Uşağın hansı səbəbdən vəfat etdiyini bilməmişdir. Uşağı Göygöl rayonu Yeni Qızılca kəndində dəfn etmişlər. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Ərizəçi qardaşıdır. Taryelin birgə nikahında dörd uşağı doğulmuşdur. Hal-hazırda himayəsinə üç uşağı vardır. Taryelin birinci oğlu Əli 2019-cu ilin fevral ayında xəstəxanada doğulmuş və təxminən bir həftə sonra vəfat etmişdir. Uşağın hansı səbəbdən vəfat etdiyini bilməmişdir. Uşağı Göygöl rayonu Yeni Qızılca kəndində dəfn etmişlər. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01 fevral 2019-cu ildə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası X2r. Bu barədə Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsindən doğum haqqında akt qeydləri kitabında 05 fevral 2019-cu il tarixli 624 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 28 noyabr 2024-cü il tarixli 3-16-5/8-69-559/2024 nömrəli məktubundan görünür ki, X4 barəsində ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində və "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı də təsdiq edimiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.2 və 8.4-cü bəndlərinə əsasən ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün (EHİS) vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Həmin Qaydanın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd olunanlara əsəsən Ərizəçi müraciəti təmin edilməmiş və ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan dörd uşağı doğulmuşdur. İlk övladı olmuş oğlu X4 01 fevarl 2019-cu ildə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada doğulmuş və 07 fevral 2019-cu il tarixdə Göygöl rayonu yeni Qızılca kəndində vəfat etmişdir. Bundan sonra da, zərurət yaranmadığı üçün bu hala heç kim diqqət yetirməmişdir. Ərizəçi uşağın adına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ərizəçiyə ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmiş və bundan imtina olunmuşdur. Bu səbəbdən də Ərizəçi övladı X3 07 fevral 2019-cu il tarixdə Göygöl rayonu yeni Qızılca kəndində ölməsi faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, мəhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, ərizəçinin əri X3 ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X3 07 fevral 2019-cu il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X3 07 fevral 2019-cu il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar