Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-267/2023 28.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümüş elan edilmə tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, 1908-ci ildə Xanlar rayonu Toğana kəndində anadan olmuş X3 15 dekabr 1941-ci il tarixdə ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahat verib göstərmişdir ki, X1 28 sentyabr 1939-cu ildə anadan olmuşdur. Surxay Qurbanovun X2, anası X7 olmuşdur. X11 atası, yəni babası 1908-ci il təvəllüdlü X10 1941–1945-ci illərdə X9 iştirak etmiş, 15 dekabr 1941-ci ildə itkin düşmüşdür. Atasının anası X7 isə 04 mart 1992-ci ildə Daşkəsən şəhərində vəfat etmişdir. X1 ilə anası X8 rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. X16 06 avqust 2001-ci ildə Daşkəsən şəhərində vəfat etmişdir. Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 32 saylı evin 47 saylı mənzili mülkiyyət hüququ ilə atasına məxsus olmuşdur. Atasının vəfatından sonra qeyd edilən mənzilə dair vərəsəlik açılmışdır. Vərəsəlik hüququnu həyata keçirmək üçün aidiyyəti orqanlara müraciət etdikdə ondan babası Camal Qurbanovun ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Lakin babası X9 itkin düşmüş, hal-hazıradək onun barəsində heç bir məlumat əldə edə bilməmişdir. Ona görə də babasının adına ölüm haqqında akt qeydi aparılmamış, ölüm haqqında şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyəti üzrə Göygöl rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün ona ölüm faktının müəyyən edilməsi üçün qanuna müvafiq qaydada məhkəməyə müraciət etməyim izah edilmişdir. Qeyd edilən faktın məhkəmədən kənar qaydada həlli mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən müraciətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 24 noyabr 1973-cü ildə Daşkəsən şəhərində anadan olmuşdur. X1, anası X4r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 14 dekabr 1973-cü il tarixdə 287 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Göygöl rayonu Qeydiyyat şöbəsinin 07 mart 2023-cü il tarixli 200 nömrəli arayışının təsdiq edilmiş surətindən görünür ki, X6 28 avqust 1993-cü ildə Göygöl rayonu Toğana kəndində anadan olmuşdur. X2, anası X5r. Bu barədə Göygöl rayon Toğana kənd İ.N-də doğum haqqında akt qeydləri kitabında 02 sentyabr 1939-cu il tarixdə 43 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X7 04 mart 1992-ci ildə Daşkəsən şəhərində vəfat etmişdir. Bu barədə Daşkəsən rayonu Qeydiyyat şöbəsində ölüm haqqında akt qedyləri kitabında 04 mart 1992-ci il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”mim təsdiq edilmiş surətindən görünür ki, X6 06 avqust 2001-ci ildə Daşkəsən şəhərində vəfat etmişdir. Bu barədə Daşkəsən rayonu VVADQ şöbəsində ölüm haqqında akt qedyləri kitabında 06 avqust 2001-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin 10 mart 2023-cü il tarixli 3-43-25/2-117/23 saylı arayışından görünür ki, 1908-ci il təvəllüdlü mərhum X10 dekabr 1941-ci ildə X9 itgin düşmüşdür. Əsas: 1941-1945 BVM itgin düşənlərin qeydiyyat kitabı inv. 1126 səh. 68 İşə əlavə edilmiş Maraqlı şəxs 14 mart 2023-cü il tarixli 3-16-5/8-Q-xx-xx/2023 saylı məktubundan görünür ki, X3 ölümü haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qedyi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa Qaydası”nın 13 və 14-cü müddəalarına əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamı olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş qətnaməsində çıxarışa əsasən ölümün qeydiyyatı aprılır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi X1 28 sentyabr 1939-cu ildə anadan olmuşdur. Surxay Qurbanovun X2, anası X7 olmuşdur. Ərizəçi babası 1908-ci il təvəllüdlü X10 1941–1945-ci illərdə X9 iştirak etmiş, 1941-ci ilin dekabr ayında itkin düşmüş, nənəsi X7 isə 04 mart 1992-ci ildə Daşkəsən şəhərində vəfat etmişdir. Ərizəçi X16 06 avqust 2001-ci ildə Daşkəsən şəhərində vəfat etmişdir. Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 32 saylı evin 47 saylı mənzili mülkiyyət hüququ ilə Surxay Qurbanova məxsus olmuşdur. Surxay Qurbanovun vəfatından sonra qeyd edilən mənzilə dair vərəsəlik açılmışdır. Ərizəçi vərəsəlik hüququnu həyata keçirmək üçün aidiyyəti orqanlara müraciət etdikdə babası Camal Qurbanovun ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Camal Qurbanov X9 itkin düşdüyü üçün hal-hazıradək onun barəsində heç bir məlumat əldə edilə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, Ərizəçi babası X3 ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.2-ci maddəsinə görə, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3.cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 1908-ci ildə Xanlar rayonu Toğana kəndində anadan olmuş dekabr 1941-ci il tarixdə itkin düşmüş X10 ölmüş elan edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 1908-ci ildə Xanlar rayonu Toğana kəndində anadan olmuş dekabr 1941-ci il tarixdə itkin düşmüş X10 ölmüş elan edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-267/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-267/2023
28.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver