Məhkəmə qərarları › İş №2(030)-27/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-27/2023

11.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-27/2023 11.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, qızları 15 oktyabr 1984-cü ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində anadan olmuş X7 23 fevral 1985-ci ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində və 21 avqust 1990-cı ildə Daşkəsən rayonu Daşkəsən qəsəbəsində anadan olmuş X8 05 dekabr 1991-ci ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahat verib göstərdi ki, X13 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 15 oktyabr 1984-cü ildə X14, 31 mart 1986-cı ildə X16, 21 mart 1988-ci ildə X18 və 21 avqust 1990-cı ildə X15 anadan olmuşdur. Uşaqlara müPərvanə İmanova və Gülnarə İmanova anadangəlmə xəstə doğulmuşlar. Uzun müddət müalicə olunmalarına baxmayaraq, heç bir müsbət nəticə verməmiş, qızı X14 23 fevral 1985-ci ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində, X15 isə 05 dekabr 1991-ci ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində vəfat etmişdir. Uşaqların adına doğum haqqında akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilmişdir. Uşaqlıqdan xəstə doğulmuş Pərvanə və Gülnarə müalicə olunmalarına baxmayaraq, heç bir müsbət nəticə verməmişdir. Müəyyən müddət sonra X14 23 fevral 1985-ci ildə, X15 isə 05 dekabr 1991-ci ildə vəfat etmişdir. Lakin gələcəkdə lazım olduğunu düşünməyərək səhlənkarlıq edib qızıları Pərvanə və Gülnarənin adına ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda pensiya təyin edilməsi üçün aidiyyəti orqana müraciət edərkən qızılarının doğum və ölüm haqqında şəhadətnamələr tələb edilmişdir. Qızlarının ölüm haqqında şəhadətnamə olmadığı üçün pensiya təminatı verilməsində imtina edilmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında akt qeydi aparılmadığı üçün bundan imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən müraciətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində göstərdi ki, Ərizəçi bacısıdır. Ərizəçi X13 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 15 oktyabr 1984-cü ildə X14, 31 mart 1986-cı ildə X16, 21 mart 1988-ci ildə X18 və 21 avqust 1990-cı ildə X15 anadan olmuşdur. 15 oktyabr 1984-cü ildə anadan olmuş X14 və 21 avqust 1990-cı ildə anadan olmuş X15 anadagəlmə xəstə olduqları üçün daim müalicə olunmuşlar. Lakin müalicə olunmalarına baxmayaraq uşaqların hər ikisi vəfat etmişdir. O, təsdiq edir ki, X14 23 fevral 1985-ci ildə, X15 isə 05 dekabr 1991-ci ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində vəfat etmiş və həmin kənd qəbristanlığında dəfn edilmişlər. Məhkəmə iclasında dindirilən şahidlər X3, X25 və X9 şahid X11 ilə eyni məzmunlu ifadə verib X7 23 fevral 1985-ci ildə, X8 isə 05 dekabr 1991-ci ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində vəfat etdiklərini və həmin kənd qəbristanlığında dəfn olunduqlarını təsdiq etdilər. İşə əlavə edilmiş 23 oktyabr 1984-cü il tarixli 38 nömrəli Doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X14 15 oktyabr 1984-cü ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində anadan olmuşdur. X2, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 23 oktyabr 1984-cü il tarixdə 38 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş 01 sentyabr 1990-cı il tarixli 31 nömrəli Doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X15 21 avqust 1990-cı ildə Daşkəsən rayonu Daşkəsən qəsəbəsində anadan olmuşdur. X2, anası X6r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 01 sentyabr 1990-cı il tarixdə 31 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 13 iyul 2022-ci il tarixli 05/Q-278/69 saylı məktubundan görünür ki, X7 ölümü haqqında akt qeydi 1984-1990-cı illər Maraqlı şəxs və Daşkəsən qəsəbə İcra nümayəndəliyi üzrə aşkar olunmamışdır. Eyni zamanda, X8 ölümü haqqında akt qeydi 1990-1996-cı illər Maraqlı şəxs və Daşkəsən qəsəbə İcra nümayəndəliyində aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarının “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa Qaydası”nın 13 və 14-cü müddəalarına əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İşə əlavə edilmiş Maraqlı şəxs 02 avqust 2022-ci il tarixli 05/Q-211/69 saylı məktubundan görünür ki, X4 övladlarının ölümü haqqında akt qeydləri müvafiq olaraq Maraqlı şəxs arxiv kitablarında və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. İşə əlavə edilmiş Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 dekabr 2022-ci il tarixli 488 saylı arayışından görünür ki, İmanova X5 rayonu Quşçu-Körpü qəsəbəsində yaşayır. X1 və X15 ev təsərrüfatları uçotu kitabında qeydiyyata alınmamışdır. İşə əlavə edilmiş Daşkəsən rayon prokurorluğunun 15 dekabr 2022-ci il tarixli 1269çıx-22 saylı məktubundan görünür ki, X7 xx.xx.1985-ci il tarixdə və X8 xx.xx.1991-ci il tarixdə vəfat etmələri barədə məlumatın verilməsi həmin illərə dair müvafiq qeydiyyat kitabları məhv edildiyindən mümkün deyildir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi X13 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 05 oktyabr 1984-cü ildə X14, 31 mart 1986-cı ildə X16, 21 mart 1988-ci ildə X18 və 21 avqust 1990-cı ildə X15 anadan olmuşdur. Uşaqların adına doğum haqqında akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilmişdir. Uşaqlıqdan xəstə doğulmuş Pərvanə və Gülnarə müalicə olunmalarına baxmayaraq, heç bir müsbət nəticə verməmişdir. Müəyyən müddət sonra X14 23 fevral 1985-ci ildə, X15 isə 05 dekabr 1991-ci ildə vəfat etmişdir. Lakin uşaqların ölümü qeydə alınmamış, ölüm haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra da, zərurət yaranmadığı üçün bu hala heç kim diqqət yetirməmişdir. Ərizəçi pensiya təyin edilməsi üçün aidiyyəti orqana müraciət edərkən qızılarının doğum və ölüm haqqında şəhadətnamə tələb edilmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmiş və bundan imtina olunmuşdur. Bu səbəbdən də Ərizəçi 15 oktyabr 1984cü ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində anadan olmuş X7 23 fevral 1985-ci ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində və 21 avqust 1990-cı ildə Daşkəsən rayonu Daşkəsən qəsəbəsində anadan olmuş X8 05 dekabr 1991-ci ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, ərizəçinin Ərizəçi X14 və X8 ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, qızları 15 oktyabr 1984-cü ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində anadan olmuş X7 23 fevral 1985-ci ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində və 21 avqust 1990-cı ildə Daşkəsən rayonu Daşkəsən qəsəbəsində anadan olmuş X8 05 dekabr 1991-ci ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 15 oktyabr 1984-cü ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində anadan olmuş X7 23 fevral 1985-ci ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində və 21 avqust 1990-cı ildə Daşkəsən rayonu Daşkəsən qəsəbəsində anadan olmuş X8 05 dekabr 1991ci ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar