Məhkəmə qərarları › İş №2(030)-273/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-273/2025

10.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-273/2025 10.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, onunla Maraqlı şəxs arasında bağlanmış 17 yanvar 2025-ci il tarixli MŞG/MTO33/2024-00020 nömrəli barışıq sazişinin 29 may 2009-cü il təvəllüdlü X2 və 30 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2025-ci ilin fevral ayından başlayaraq hər ay Maraqlı şəxs hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment tutulub Ərizəçi ödənilməsinə dair hissədə məcburi icra üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi teleqram iıə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə ərizəçinin iştirakı olmadna baxılmasını mümkün hesab etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs aralarındakı nikahı 26 yanvar 2007-ci il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində 12 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından üç uşaqları doğulmuşdur. Böyük qızları yetkinlik yaşına çatmışdır. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Hazırda 29 may 2009-cü il təvəllüdlü X5 və 30 sentyabr 2011-ci il təvəllüdlü X4 Ərizəçi himayəsindədir. Ərizəçi nikahın pozulması və aliment tələbi ilə 2024-cü ildə mediasiya təşkilatına müraciət etmiş, tərfələr arasında 17 yanvar 2025-ci il tarixli MŞG/MTO33/2024-00020 nömrəli barışıq sazişi bağlanmışdır. Sazişin 1-ci bəndinə əsasən, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 26 yanvar 2007-ci il tarixdə VVADQ şöbəsində 12 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması mediatorun səlahiyyətində olmadığı üçün məhkəməyə müraciət ediləcəyi barədə razılığa gəlmişlər. Sazişin 2-ci bəndinə əsasən 29 may 2009-cü il təvəllüdlü X5 və 30 sentyabr 2011-ci il təvəllüdlü X4 Ərizəçi himayəsində saxlanılmış və uşaqların maddi təminatı üçün hər ay Maraqlı şəxs hər uşağa 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment ödəcəyi barədə öhdəlik götürmüşdür. Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü aliment öhdəliyini icra etməmiş, aliment ödəməkdən imtina etmiş, bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X3 arasında 26 yanvar 2007-ci il tarixdə nikah bağlanmış və bu barədə Daşkəsən rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında kt qeydləri kitabında 12 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əkbərova” soyadı verilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 29 may 2009-cu ildə Daşkəsən şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 16 iyul 2009-cu il tarixdə 191 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 30 sentyabr 2011-ci ildə Daşkəsən şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 12 oktyabr 2011-ci il tarixdə 353 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 17 yanvar 2025-ci il tarixli MŞG/MTO33/2024-00020 nömrəli Barışıq sazişindən görünür ki, sazişin 1-ci bəndinə əsasən, Ərizəçi və Maraqlı şəxs aralarında Daşkəsən rayon Qeydiyyat şöbəsində 26 yanvar 2007-ci il tarixdə AZ-İ № 252701, 12 nömrəli nikahın pozulması mediotorun səlahiyyətində olmadığı üçün məhkəmə qaydasında pozulmasına qarşılıq razılıq verdilər. Sazişin 2-ci bəndinə əsasən, Ərizəçi və Maraqlı şəxs aralarında birgə nikahdan anadan olmuş 29 may 2009-cü il təvəllüdlü X5 və 30 sentyabr 2011-ci il təvəllüdlü X1 ana Ərizəçi yanında qalmasına razılıq verdilər. 11 sentyabr 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatmışdır. Ərizəçi və Maraqlı şəxs aralarında birgə nikahdan anadan olmuş 29 may 2009-cü il təvəllüdlü X5 və 30 sentyabr 2011-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumililkdə 240 manat, 2025-ci ilin fevral ayından başlayaraq hər ayın 05-dən 10-na kimi olan tarixdə ata Maraqlı şəxs tərəfindən ana Ərizəçi ödənilməsinə dair tərəflər qarşılıqlı razılaşma əldə etmişlər. Ərizəçi və Maraqlı şəxs aralarında birgə nikahdan anadan olmuş 29 may 2009-cü il təvəllüdlü X5 və 30 sentyabr 2011-ci il təvəllüdlü X1 ata Maraqlı şəxs ilə öncədən razılaşdırılmış vaxtlarda maneəsiz görüşməsinə dair tərəflər qarşııqlı razılşama əldə etdilər. Hal-hazırda Ərizəçi və Maraqlı şəxs 17 yanvar 2025-ci ildə keçirilən TMS-i zamanı gələcəkdə bir-birilərinə qarşı tələb və iddialarının olmayacaqlarına dair razılıq əldə etdilər. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs aralarındakı nikahı 26 yanvar 2007-ci il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində 12 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından üç uşaqları doğulmuşdur. Böyük qızları yetkinlik yaşına çatmışdır. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Hazırda 29 may 2009-cü il təvəllüdlü X5 və 30 sentyabr 2011-ci il təvəllüdlü X4 Ərizəçi himayəsindədir. Tərəflər arasında 17 yanvar 2025ci il tarixli MŞG/MTO33/2021-00020 nömrəli “Barışıq sazişi” bağlanmış sazişin 3-cü bəndinə əsasən, Ərizəçi və Maraqlı şəxs aralarında birgə nikahdan anadan olmuş 29 may 2009-cü il təvəllüdlü X5 və 30 sentyabr 2011-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumililkdə 240 manat, 2025-ci ilin fevral ayından başlayaraq hər ayın 05-dən 10-na kimi olan tarixdə ata Maraqlı şəxs tərəfindən ana Ərizəçi ödəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı 17 yanvar 2025-ci il tarixdən 10 gün müddətində könüllü şəkildə icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırkı tələb barışıq sazişinin təsdiqi ilə bağlı olsa da, mahiyyət etibarilə alimentin tutulması məzmununa malikdir. Odur ki, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 17 yanvar 2025-ci il tarixli MŞG/MTO33/2024-00020 nömrəli barışıq sazişi tərəflərin birgə nikahından doğulmuş 29 may 2009-cü il təvəllüdlü X2 və 30 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 fevral 2025-ci il tarixdən başlayaraq hər ay Maraqlı şəxs hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment tutulub Ərizəçi ödənilməsinə dair hissədə məcburi icra üçün təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar