Məhkəmə qərarları › İş №2(030)-330/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-330/2025

01.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-330/2025 01.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, Maraqlı şəxs ilə 10 fevral 2025-ci il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə gəlməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirdi ki, maddi imkanı olmadığından barışıq sazişini icra edə bilməmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20 yanvar 2018-ci ildə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur. Atası Maraqlı şəxs, anası X1r. Bu barədə Daşkəsən rayonu Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitablında 31 oktyabr 2018-ci il tarixdə 186 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 29 sentyabr 2020-ci ildə Daşkəsən şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası X1r. Bu barədə Daşkəsən rayonu Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitablında 28 oktyabr 2020-ci il tarixdə 158 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 14 oktyabr 2023-cü ildə Göygöl şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası X1r. Bu barədə Daşkəsən rayonu Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitablında 26 dekabr 2023-cü il tarixdə 104 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatında Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 10 fevral 2025-ci il tarixli MŞG/1/MT007/2025-00234 nömrəli “Barışıq sazişi”ndən görünür ki, sazişin 1-ci bəndinə əsasən, tərəflər-birinci tərəf Maraqlı şəxs və ikinci tərəf Ərizəçi arasında 27 oktyabr 2018-ci il tarixli Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2450 nömrə ilə qeyd edilmiş nikah akt qeydinin pozulması ilə bağlı mübahisə olmadığı, boşanmağa hər iki tərəfin razı olduğu və məhkəmədə nikaha xitam verilməsinə dair 3 aylıq vaxtın verilməməsi barədə razılağa gəlmışlər. Sazişin 2-ci bəndinə əsasən, tərəflər övladları 20 iyul 2018-ci il təvəllüdlü X3, 29 sentyabr 2020-ci il təvəllüdlü X5 və 14 dekabr 2023-cü il təvəllüdlü X2 anası Ərizəçi himayəsində qalması barədə razılığa gəlmişlər. Sazişin 3-cü bəndinə əsasən, tərəflər övladları 20 iyul 2018-ci il təvəllüdlü X3, 29 sentyabr 2020-ci il təvəllüdlü X5 və 14 dekabr 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment xərci hər uşaq üçün ayda 80 manat olmaqla, cəmi 240 manat təyin olunması və alimenti hər ayın sonuncu gününədək həmin ay üçün olmaqla Ərizəçi məxsus kart hesabına köçürülməsi, alimentin ödəniləməsi üçün 2025-ci ilin fevral ayından başlanması barədə razılığa gəlmişlər. Sazişin 4-cü bəndinə əsasən, Ərizəçi övladları 20 iyul 2018-ci il təvəllüdlü X3, 29 sentyabr 2020-ci il təvəllüdlü X5 və 14 dekabr 2023-cü il təvəllüdlü X2 ataları Maraqlı şəxs ilə ünsiyyətinə mane olmayacaq və həftədə bir dəfə şənbə günləri saat 09:00-dan 18:00-dək ata ilə uşaqların görüşünü təmin edəcəyi barədə razılığa gəlmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs aralarındakı nikahı 27 oktyabr 2018-ci ildə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2450 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 20 iyul 2018-ci ildə X3, 29 sentyabr 2020-ci ildə X5 və 14 dekabr 2023-cü ildə X6 doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Gəncə 1 saylı Mediasiya təşkilatında tərəflər arasında 10 fevral 2025-ci il tarixli MŞG/1/MT007/2025-00234 nömrəli “Barışıq sazişi” bağlanmış, sazişə əsasən, Maraqlı şəxs və Ərizəçi arasında 27 oktyabr 2018-ci il tarixli Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2450 nömrə ilə qeyd edilmiş nikah akt qeydinin məhkəmədə xitam verilməsinə dair 3 aylıq vaxtın verilməsini istəmədikləri, övladları 20 iyul 2018-ci il təvəllüdlü X3, 29 sentyabr 2020-ci il təvəllüdlü X5 və 14 dekabr 2023-cü il təvəllüdlü X2 anası Ərizəçi himayəsində qalması, 20 iyul 2018-ci il təvəllüdlü X3, 29 sentyabr 2020-ci il təvəllüdlü X5 və 14 dekabr 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment xərci hər uşaq üçün ayda 80 manat olmaqla, cəmi 240 manat təyin olunması və alimenti hər ayın sonuncu gününədək həmin ay üçün olmaqla Ərizəçi məxsus kart hesabına köçürülməsi, alimentin ödəniləməsi üçün 2025-ci ilin fevral ayından başlanması, Ərizəçi övladları 20 iyul 2018-ci il təvəllüdlü X3, 29 sentyabr 2020-ci il təvəllüdlü X5 və 14 dekabr 2023-cü il təvəllüdlü X2 ataları Maraqlı şəxs ilə ünsiyyətinə mane olmayacaq və həftədə bir dəfə şənbə günləri saat 09:00-dan 18:00-dək ata ilə uşaqların görüşün təmin edilməsi barədə razılığa gəlmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı 10 fevral 2025-ci il tarixdən 10 gün müddətində könüllü şəkildə icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırkı tələb barışıq sazişinin təsdiqi ilə bağlı olsa da, mahiyyət etibarilə alimentin tutulması məzmununa malikdir. Odur ki, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 10 fevral 2025-ci il tarixli MŞG/1/MT007/2025-00234 nömrəli barışıq sazişi tərəflərin birgə nikahından doğulmuş 20 iyul 2018-ci il təvəllüdlü X3, 29 sentyabr 2020-ci il təvəllüdlü X5 və 14 dekabr 2023-cü il təvəllüdlü X2 maddi təminatı üçün hər ay Maraqlı şəxs hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində aliment tutulub Ərizəçi ödənilməsinə dair hissədə məcburi icra üçün təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar