Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-391/2025 12.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X16 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, atası 16 mart 1980-ci il təvəllüdlü X4 04 aprel 2025-ci il tarixdə saat 00:00-da boğulma ilə əlaqədar ölməsi faktının müəyyən edilməsi, qətnamənin icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahatında göstərmişdir ki, X3 16 mart 1980-ci il tarixdə Daşkəsən şəhərində anadan olmuşdur. 2025-ci il aprel ayının 04-də saat 18 radələrində atası Sabəddinin istifadə etdiyi mobil telefonuna zəng etsə də, cavab verməmiş, ona görə də, o, əmisi X5 zəng edərək atasının telefona cavab vermədiyini bildirmişdir. Axşam saat 22 radələrində əmisi Ziyəddin ona zəng edərək atası Sabəddin yaşadıqları evin dəhlizində olan tavandan elektirik naqili ilə özünü asaraq intihar etdiyini bildirmişdir. X1 ölüm xəbərindən sonra onlar Gəncə şəhərinə yaşadıqları evə gəlmiş və atalarını el adətinə uyğun olaraq Gəncə-Daşkəsən yolunun üzərində yerləşən qəbristanlıqda dəfn etmişlər. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparmış və Azərbaycan Respublikası CPM-nin 39.1. məddəsinə əsasən, yəni cinayət hadisəsi olmadığına görə 14 aprel 2025-ci il tarixli qərarla cinayət işini başlanılmasını rədd etmişdir. Bundan başqa, Gəncə şəhər Təcili və X7 Stansiyasının 05 aprel 2025 -ci il tarixli 603 nömrəl məlumatında 16 mart 1980-ci il təvəllüdlü X4 04 aprel 2025-ci il tarixdə saat 00-00 dəqiqədə Gəncə şəhəri Məhsəti ( Sevinc) qəsəbəsi 5-ci küçədə mərhum adına çağrış olduğu, çağrış yerinə gələn TTTYS-nin çağrışçı həkimi Sadıxov Rizvan tərəfindən xəstəyə həkimə qədər ölüm, asma, boğulma və ilgəhlə boğma yolu ilə özünə qəsd, intihar etməsi qeyd olunmuşdur. Mərhum atasının adına ölüm haqqında tibbi şəhadətnamə almaq üçün “Gəncə şəhər Birləşmiş xəstəxana” PHŞ müraciət etsə də, ona ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. Artıq atasının ölümündən xeyli müddət keçməsinə baxmayaraq ölüm faktını müəyyən edə və ölüm haqqında şəhadətanmə ala bilmir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 2003-cü ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində doğulmuşdur. X3, anası X9r. Bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 25 mart 2003cü ildə 03 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Respublika Təcili və X7” X14 şəxsi Gəncə şəhər TTTYS-nin 05 aprel 2025-ci il tarixli 603 nömrəli məlumatdan görünür ki, Gəncə şəhər TTTYS-na 04 aprel 2025-ci il tarixdə saat 00:00 radələrində Gəncə şəhəri Sevinc qəsəbəsinə 16 mart 1980-ci il təvəllüdlü X4 adına çağırış olmuşdur. Çağırış yerinə gələn TTTYS-nin çağırışçı həkimi Rizvan Sadıxov təcili yardım gələnə qədər X8 asma, boğulma və ilgəhlə boğma yolu ilə özünə qəsd, intihar edərək ölmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Gəncə şəhər Birləşmiş Xəstəxana” Publik Hüquqi şəxsin 13 may 2025-ci il tarixli 18-1-37/2-İ-173-xx-xx/2025 nömrəli arayışdan görünür ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazırlıyının Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölum anının müəyyən edilməsi, reanımasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda"nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verlməsi qaydası dəqıq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatololi istisna olmaqla), stasionar və sanator-kurort xıdməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloii-anatomik müayinə aparan dovlət tibb müəssisələri tərəfindən verilır. Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında “olüm haqqında tibbi şəhadətnamə” patolofi-anatomik və ya məhkəmə-tibbi muayinə aparan tibbi müəssisəsi tərəfindən verilir. Həmçinin həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Odur ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018ci il tarixli “İnsan ölüm anının müəyyən edilməsio, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.3 və 5.3-cü bəndinə əsasən” ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfiundən xx.xx.1980-ci il təvəllüdlü X6 aid ölüm haqqında tibb şəhadətnamənin verilməsində imtina edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər prokurorluğunun 14 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, 16 mart 1980-ci il təvəllüdlü X4 yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 5-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evinin dəhlizində tavandan elektrik naqili ilə boynundan asaraq intihar etməsi barədə daxil olmuş məlumata əsasında aparılmış araşdırma üzrə 16 mart 1980-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Gəncə şəhəri Məhsəti qəsəbəsi 5-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evində yaşamış X4 04 aprel 2025-ci il tarixdə yaşayış evinin dəhlizində tavandan elektrik naqili ilə özünü asaraq intihar etməsi faktı üzrə cinayət işinin başlanması Azərbayca Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Qeydiyyat şöbəsinin 29 aprel 2025-ci il tarixli 3-16- 5/8-15-1045 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibb şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X4 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 02 may 2025-ci il tarixli 3-16-5/8-69-136/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibb şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X4 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Odur ki, ölüm faktınını müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, 16 mart 1980-ci il təvəllüdlü X8 04 aprel 2025-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsi 5-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evinin dəhlizində tavandan elektrik naqili ilə özünü asaraq intihar etmişdir. Bundan sonra Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Respublika Təcili və X7” X14 şəxsi Gəncə şəhər TTTYS-nə 04 aprel 2025-ci il tarixdə saat 00:00 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsinə 16 mart 1980-ci il təvəllüdlü X4 adına çağırış olmuşdur. Çağırış yerinə gələn TTTYS-nin çağırışçı həkimi Rizvan Sadıxov tərəfindən 16 mart 1980-ci il təvəllüdlü X4 meyidinə baxış keçirilmiş və X6 təcili yardıma qədər şəxsin özünə qəsd, intihar edərək öldürdüyünü təsdiq etmişdir. İş üzrə Gəncə şəhər prokurorluğunda faktla bağlı araşdırma aparılmış, Gəncə şəhər prokurorluğunun müstəntiqi X2 14 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə 16 mart 1980-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Gəncə şəhəri Məhsəti qəsəbəsi 5-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evində yaşamış X4 04 aprel 2025-ci il tarixdə yaşayış evinin dəhlizində tavandan elektrik naqili ilə özünü asaraq intihar etməsi faktı üzrə cinayət işinin başlanması Azərbayca Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir. X8 04 aprel 2022-ci ildə Gəncə-Daşkəsən yolunun üzərində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Ərizəçi Sabəddin İmanovun adına “Ölüm haqqında tibbi şəhadətnamə” alınması üçün Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Gəncə şəhər Birləşmiş Xəstəxana” Publik Hüquqi şəxsə rəsmi qaydada müraciət etsə də, “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.3 bəndinə əsasən” ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan sonra Ərizəçi “Ölüm haqqında şəhadətnamə” almaq üçün Gəncə şəhər və Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamənin olmaması nəzərə alınaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də, Ərizəçi atası 16 mart 1980-ci il təvəllüdlü X4 04 aprel 2025-ci il tarixdə saat 00:00-da boğulma ilə əlaqədar ölməsi faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Göründüyü kimi, Ərizəçi – X1 ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizəsi təmin edilməli, 16 mart 1980-ci ildə Daşkəsən şəhərində anadan olmuş X4 04 aprel 2025-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, Ərizəçi – X1 ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizəsi təmin edilməli, 16 mart 1980-ci ildə Daşkəsən şəhərində anadan olmuş X4 04 aprel 2025-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prоssеsuаl Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 16 mart 1980-ci ildə Daşkəsən şəhərində anadan olmuş X4 04 aprel 2025-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-391/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-391/2025
12.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver