Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-412/2025 05.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştiralı ilə, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, 17 yanvar 2025-ci il tarixli MŞG/1/MTO07/2025-00428 nömrəli barışıq sazişinin məcburi icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Maraqlı şəxs ilə aralarındakı nikahı 01 noyabr 2008-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində qeydə aldırmışlar. Birgə nikahlarından 03 sentyabr 2008-ci ildə Ayişən və 18 iyun 2010-cu ildə Elşən adlı iki uşaqları doğulmuşdur. Bir müddət birlikdə yaşadıqdan sonra ayrılmaq qərarına gəlmişlər. Ona görə də, Gəncə 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və onunla Maraqlı şəxs arasında 17 yanvar 2025-ci il tarixli MŞG/1/MTO07/2025-00428 nömrəli barışıq sazişi bağlanmışdır. Sazişə əsasən uşaqların onun himayəsində saxlanılması və hər ay cavabdehdən hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment tutulub ona ödənilməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs hər ay barışıq sazişinə uyğun olaraq ödəniş edir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs tələbi qəbul etməyərək izahatında göstərmişdir ki, Ərizəçi ilə aralarındakı nikahı 01 noyabr 2008-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 03 sentyabr 2008-ci ildə Ayişən və 18 iyun 2010-cu ildə Elşən adlı iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Gəncə 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və onunla Ərizəçi arasında 17 yanvar 2025-ci il tarixli MŞG/1/MTO07/2025-00428 nömrəli barışıq sazişi bağlanmışdır. Sazişə əsasən təyin edilmiş 200 manat məbləğində alimenti hər ay vaxtı-vaxtında ödəyir. O, sazişin könüllü icrasından boyun qaçırmamışdır. Odur ki, tələbin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 03 sentyabr 2008-ci ildə Daşkəsən şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 13 dekabr 2008-ci il tarixdə 308 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 18 iyun 2010-cu ildə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 15 iyul 2010-cu il tarixdə 187 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 17 yanvar 2025-ci il tarixli MŞG/1/MTO07/2025-00428 nömrəli Barışıq sazişindən görünür ki, sazişin 1-ci bəndinə əsasən, ikinci tərəf Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər birinə 100 manat olmaqla xx.xx.2025-ci il tarixdən etibarən hər ayın birində birinci tərəf Ərizəçi ümumilikdə 200 manat olmaqla aliment ödəməyi öhdəsinə götürmüşdür. Sazişin 2-ci bəndinə görə, ikinci tərəf, X5 birgə nikahdan doğulmuş övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 birinci tərəf Ərizəçi himayəsində qalması barədə razılığa gəlmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs aralarındakı nikahı 01 noyabr 2008-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 03 sentyabr 2008-ci ildə X4 və 18 iyun 2010-cu ildə X6 doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Tərəflər arasında Gəncə 1 saylı Mediasiya təşkilatında 17 yanvar 2025ci il tarixli MŞG/1/MTO07/2025-00428 nömrəli barışıq sazişi bağlanmışdır. Sazişin 1-ci bəndinə əsasən, ikinci tərəf Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər birinə 100 manat olmaqla xx.xx.2025-ci il tarixdən etibarən hər ayın birində birinci tərəf Ərizəçi ümumilikdə 200 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi vaxtı-vaxtında icra etmiş və hər ay uşaqlarının saxlanılması üçün 200 manat məbləğində alimenti Ərizəçi ödəmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında Gəncə 1 saylı Mediasiya təşkilatında 17 yanvar 2025-ci il tarixli MŞG/1/MTO07/2025-00428 nömrəli barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini könüllü qaydada icra etməkdən və barışıq sazişinin könüllü icrasından boyun qaçırmamış, təyin edilmiş alimenti hər ay vaxtı-vaxtında ödəmişdir. Odur ki, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-412/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-412/2025
05.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver