Məhkəmə qərarları › İş №2(030)-418/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-418/2023

16.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-418/2023 16.06.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Şəmsi oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, 26 dekabr 2022-ci il tarxli MŞG/1- 06677 nömrəli “Barışıq sazişi”nin təsdiq edilməsi və məcburi icraya yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahat verib göstərmişdir ki, Maraqlı şəxs ilə faktiki nikah münasibətləri əsasında ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 22 mart 2018-ci ildə Nuray və 09 mart 2021-ci ildə Hüsey adlı iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışılar. “Aliment və uşaqla ünsiyyət hüququ” ilə Mediasiya Şurasına müraciət etmiş, onlar arasında 26 dekabr 2022-ci il tarxli MŞG/1-06677 nömrəli “Barışıq sazişi” bağlanmış, müqaviləyə əsasən 22 mart 2018-ci ildə doğulmuş X5 və 09 mart 2021-ci ildə doğulmuş X6 ilə maneəsiz ünsiyyətdə olmaq, uşağın maddi, tibbi, sosial vəziyyəti ilə maraqlanmaq hüququnun olması və onların yetkinlik yaşına çagtana kimi saxlanmaları üçün hər auy hər uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat məbləğində aliment alınaraq ona verilməsi barədə razılığa gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişində nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir. Bundan başqa, barışıq sazişinin təminatı kimi gələcəkdə hər iki tərəfin barışıq sazişində göstərilən razılığa əsasən heç bir maneə yaradılmayacağına görə, alimentin vaxtında ödənilməsinə görə məhkəmə qaydasında təsdiq olunması zərurəti yarnmışdır. Maddi imkanın aşağı olduğundan uşaqlarının maddi tələbatını ödəməkdə çətinlik çəkir. Ona görə də, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş emtişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərmişdir ki, Ərizəçi ilə faktiki nikah münasibətləri əsasında ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 22 mart 2018-ci ildə Nuray və 09 mart 2021-ci ildə Hüsey adlı iki uşaqları doğulmuşdur. Onunla Ərizəçi arasında 26 dekabr 2022-ci il tarxli MŞG/1-06677 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən 22 mart 2018-ci ildə doğulmuş X5 və 09 mart 2021-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək maddi təminatı üçün ondan hər uşağa 60 manat olmaqla, cəmi 120 manat məbləğində aliment tutulub Ərizəçi ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmədən barışıq sazişinin təmin olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs 22 mart 2018-ci ildə Ərizəçi doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 02 iyun 2020-ci ildə 21 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 22 mart 2018-ci ildə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qedyləri kitabında 26 dekabr 2019-cu il tarixdə 213 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs 09 mart 2021-ci ildə Ərizəçi doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 26 may 2021-ci ildə 32 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 09 mart 2021-ci ildə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qedyləri kitabında 26 may 2021-ci il tarixdə 65 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya sessiyasında bağlanmış 27 dekabr 2022-ci il tarixli MŞG/1-06677 nömrəli barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iki az yaşlı uşaqların (xx.xx.2018-ci ildə doğulmuş X5 və xx.xx.2021-ci ildə doğulmuş X6) yetkinlik yaşına çatana kimi saxlanılması üçün 120 manat aliment pulunun məhkəmə qaydasında müəyyən olunmasına razılaşdılar. Ərizəçi ikinci tərəf sayılan uşaqların atası Maraqlı şəxs Elxan oğlunun imkansızlığını nəzərə alaraq iki azyaşlı uşaqlarının saxlanılması üçün hər uşağa hər ay 60 manat aliment pulu cəmi 120 manat olmasını və eyni zamanda uşaqların onun himayəsində saxlanılmasını, gələcəkdə tərbiyyəsi və təhsili ilə maraqlanmasını istəyir. Ərizəçi uşaqların atası Maraqlı şəxs Elxan oğlunun uşaqları ilə görüşməsinə heç vaxt maneçilik törətməyəcəyinə söz vermişdir. İkinci tərəf sayılan: Maraqlı şəxs Elxan oğlu hər ay uşaqlara cəmi bir yerdə 120 manat aliment pulu verməyə və eyni zamanda uşaqların ana himayəsində saxlanılmasına razılaşmışdır. Maraqlı şəxs Elxan oğlu ona gələcəkdə uşaqlarının təhsilinə, tərbiyəsinə, ali təhsil almasına diqqət edəcəyinə söz vermişdir. Tərəflər öz aralarında verdikləri sözlərə məsuliyyətsizlik edərlərsə gələcəkdə məhkəməyə müraciət edə bilərlər. Tərəflər öz aralarında iki azyaşlı uşaqların 120 manat aliment pulunun məhkəmə qaydasında müəyyən olunmasına razılaşmışlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 16 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı 27 dekabr 2022-ci il tarixdən 10 gün müddətində könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırkı işdə yoxdur. Maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Nəzərə alınmalıdr ki, tam fəaliyyət qabiliyyətli olan saziş tərəfləri iradələrini əks etdirən imzalarıyla sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşdüklərini bəyan etmişlər. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Gəncə 1 saylı Mediasiya təşkilatının mediatoru X4 iştirakı ilə bağlanılmış 27 dekabr 2022-ci il tarixli, MŞG/1-06677 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 22 mart 2018-ci ildə doğulmuş X5 və 09 mart 2021-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək 06 iyun 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Maraqlı şəxs hər uşağa görə 60 (altmış) manat olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar