Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-429/2025 20.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, onunla Maraqlı şəxs arasında bağlanmış 05 fevral 2025-ci il tarixli MŞG/1/MTO07/2025-00166 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, Gəncə 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və onunla Maraqlı şəxs arasında 05 fevral 2025-ci il tarixli MŞG/1/MTO07/2025-00166 nömrəli barışıq sazişi bağlanmışdır. Sazişə əsasən uşaqların onun himayəsində saxlanılması və hər ay cavabdehdən hər uşağa 50 manat olmaqla, cəmi 150 manat məbləğində aliment tutulub ona ödənilməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs hər ay barışıq sazişinə uyğun olaraq ödəniş edir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs tələbi qəbul etməyərək izahatında göstərmişdir ki, Gəncə 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və onunla Ərizəçi arasında 05 fevral 2025-ci il tarixli MŞG/1/MTO07/2025-00166 nömrəli barışıq sazişi bağlanmışdır. Sazişə əsasən təyin edilmiş alimenti hər ay vaxtı-vaxtında ödəyir. O, sazişin könüllü icrasından boyun qaçırmamışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 03 fevral 2009-cu ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Bayan inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 01 aprel 2009-cu il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 04 noyabr 2010-cu ildə Daşkəsən rayonu Bayan kəndində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Bayan inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 20 dekabr 2010-cu il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 21 mart 2017-ci ildə Göygöl rayonunda doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 20 aprel 2017-ci il tarixdə 67 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 05 fevral 2025-ci il tarixli MŞG/1/MTO07/2025-00166 nömrəli Barışıq sazişindən görünür ki, sazişin 1-ci bəndinə əsasən, birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs arasında bağlanmış nikahlarının pozulması ilə bağlı mübahisə yoxdur, boşanmağa hər iki tərəf razıdır və məhkəmədə nikaha xitam verilməsinə dair 3 aylıq vaxt verilməsini istəmirlər. Sazişin 2-ci bəndinə əsasən, tərəflərin övladları 03 fevral 2009-cu il təvəllüdlü X2, 04 noyabr 2010-cu il təvəllüdlü X4 və 21 mart 2017-ci il təvəllüdlü X1 anası Ərizəçi qzınının himayəsində qalması barədə razılığa gəlımişlər. Sazişin 3-cü bəndinə əsasən, tərəflərin övladları 03 fevral 2009-cu il təvəllüdlü X2, 04 noyabr 2010-cu il təvəllüdlü X4 və 21 mart 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün ayda 50 manat olmaqla, cəmi 150 manat aliment təyin olunması və alimentin hər ayın sonuncu günü həmin ay üçün olmaqla nağd şəkildə ödənilməsi barədə razılığa gəlımişlər. Sazişin 4-cü bəndinə əsasən, birinci tərəf Ərizəçi qzı tərəflərin övladları 03 fevral 2009-cu il təvəllüdlü X2, 04 noyabr 2010-cu il təvəllüdlü X4 və 21 mart 2017-ci il təvəllüdlü X1 ataları Maraqlı şəxs ilə ünsiyyətinə mane olmayacağı və istənilən vaxt ata ilə uşaqların görüşünü təmin edəcəyi barədə razılığa gəlmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs aralarındakı nikahı 30 iyun 2008-ci il tarixdə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Bayan inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 10 nömrəli akt qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 03 fevral 2009-cu ildə X2, 04 noyabr 2010cu ildə X4 və 21 mart 2017-ci ildə X3 doğulmuşdur. Tərəflər arasında Gəncə 1 saylı Mediasiya təşkilatında 05 fevral 2025-ci il tarixli MŞG/1/MTO07/2025-00166 nömrəli barışıq sazişi bağlanmışdır. Sazişin 1-ci bəndinə əsasən, tərəflərin övladları 03 fevral 2009-cu il təvəllüdlü X2, 04 noyabr 2010-cu il təvəllüdlü X4 və 21 mart 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün ayda 50 manat olmaqla, cəmi 150 manat aliment təyin olunması və alimentin hər ayın sonuncu günü həmin ay üçün olmaqla nağd şəkildə ödənilməsi barədə öhdəlik götürmüşdür. Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi vaxtı-vaxtında icra etmiş və hər ay uşaqlarının saxlanılması üçün 150 manat məbləğində alimenti Ərizəçi ödəmişdir. Odur ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-429/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-429/2025
20.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver