Məhkəmə qərarları › İş №2(030)-477/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-477/2024

20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-477/2024 20.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X24 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, X1nun 1971-ci ilin sentyabr ayında, qızı X2 1973-cü ilin yanvar ayında Daşkəsən şəhərində ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra ərizəni dəqiqlədirərək X4 25 sentyabr 1971-ci il tarixdə Daşkəsən şəhərində, X2 15 yanvar 1973-cü il tarixdə Daşkəsən şəhərində ölməsi faktı müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X14 ilə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 6 uşaqları doğulmuşdur. X1 24 avqust 1971-ci ildə Daşkəsən rayonunda doğlumş 1971-ci ilin sentyabr ayında vəfat etmiş, qızı X8 isə 10 noyabr 1972-ci ildə Daşkəsən rayonunda doğulmuş, 1973-cü ilin yanvar ayında vəfat etmişdir. Uşaqların adına doğum akt qeydi aparılmışdır. Həmin dövrdə bütün sənədləri idarə və təşkilatlardan X23 aldığı üçün uşaqların adına ölüm haqqında akt qeydi aparılmaması və ölüm haqqında şəhadətnamə alınmaması barədə məlumatı olmamışdır. X23 vəfat etdikdən sonra vərəsəliklə bağlı notariat ofisinə müraciət etmiş, 1971-ci il təvəllüdlü Namiqin və 1972-ci il təvəllüdlü Aygünün adına ölüm haqqında şəhadətnamə olmadığı üçün imtina edilmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona uşaqların adına doğum haqqında akt qeydi aparılmadığı üçün ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Qeyd edilən faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, Ərizəçi doğma anasıdır. O, xx xxxx 1963-cü ildə Daşkəsən şəhərində anadan olmuşdur. Ailədə 6 uşaq olmuşlar. 24 avqust 1971-ci ildə doğulmuş Namiq adlı qardaşı və 1972-ci ildə doğulmuş Aygün adlı bacısı hələ köprə ikən vəfat etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə qonşu olmuşlar. Ərizəçi bir oğlu və bir qızı vəfat etdiyini bilir. Həmin vaxt o, uşaq olmuşdur. Lakin, uşaqların ölümünü yaxşı xatırlayır. İşə əlavə edilmiş Daşkəsən rayon VVAQ şöbəsində aparılmış 04 sentyabr 1971-ci il tarixli 185 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X13 24 avqust 1971-ci ildə Daşkəsən rayonunda doğulmuşdur. X3, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 04 sentyabr 1971-ci il tarixli 185 nömrəli qeyd aparılmışdır. İşə əlavə edilmiş Daşkəsən rayon VVAQ şöbəsində aparılmış 21 noyabr 1972-ci il tarixli 197 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X11 10 noyabr 1972-ci ildə Daşkəsən rayonunda doğulmuşdur. X3, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 21 noyabr 1972-ci il tarixdə 197 nömrəli qeyd aparılmışdır. İşə əlavə edilmiş Maraqlı şəxs 11 iyun 2024-cü il tarixli 3-16-5/8-69-255/2024 saylı məktubundan görünür ki, Daşkəsən şəhəri A.Abduflayev küçəsi ev 23-də yaşayan Ərizəçi X1 və qızı X8 barəsində ölüm haqqında təkrar şəhadətnamənin istənilməsi barədə xx.xx.2024-cü 4 tarixli ərizənizə baxılmışdır. X10 və X8 barəsində ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdanımaş qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydiən aşkar edilməmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetini 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibb: şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazırlıyının informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd olunanlara əsasən müraciət təmin edilə biməz. Ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Maraqlı şəxs 11 iyun 2024-cü il tarixli 3-16-5/8-69-255/2024 saylı məktubundan görünür ki, Daşkəsən şəhəri A.Abdullayev küçəsi ev 23-də yaşayan Ərizəçi övladı X8 barəsində ölüm haqqında təkrar şəhadətnamənin istənilməsi barədə xx.xx.2024cü il tarixli ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.2 və 8.4-cü bəndlərinə əsasən ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X12 Sistemi (EHİS) vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış refimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsəsında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Həmin Qaydanın 8.3-cü bəndinə əsasən ölüm haqqında məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maraqlı şəxs arxiv kitablarında və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində X2 barəsində ölüm haqqında akt qeydi aşkar olunmadı. Qeyd olunanlara əsasən müraciət təmin edilə bilməz. Ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi ilə X14 ilə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 6 uşaqları doğulmuşdur. Ərizəçinin X1 24 avqust 1971-ci ildə, qızı X8 isə 10 noyabr 1972-ci ildə doğulmuşdur. 24 avqust 1971-ci ildə doğulmuş X6 adına Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 04 sentyabr 1971-ci il tarixli 185 nömrəli, 10 noyabr 1972-ci ildə doğulmuş X5 adına isə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 21 noyabr 1972-ci il tarixdə 197 nömrəli qeyd aparılmışdır. Ərizəçi vərəsəliklə bağlı notariat ofisinə müraciət edərkən ondan 24 avqust 1971-ci ildə doğulmuş X6 və 10 noyabr 1972-ci ildə doğulmuş X5 ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Lakin uşaqların adına ölüm akt qeydi aparılmadığı və müvafiq ölüm haqqında şəhadətnamə alınmadığı üçün vərəsəlik hüququ əldə etmək mümkün olmamışdır. Ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, ərizəçiyə Maraqlı şəxs arxiv kitablarında və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyatinformasiya sistemində X6 və X2 barəsində ölüm haqqında akt qeydi aşkar olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmiş və bundan imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, мəhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, ərizəçinin Ərizəçi uşaqları X4 və X2 ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 11 iyul 1992-ci ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində anadan olmuş X4 və 16 fevral 2015- ildə Daşkəsən rayonu Astaf kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 24 avqust 1971-ci ildə Daşkəsən rayonunda doğulmuş X4 25 sentyabr 1971-ci ildə Daşkəsən şəhərində, 10 noyabr 1972-ci ildə Daşkəsən rayonunda doğulmuş X2 15 yanvar 1973-cü il tarixdə Daşkəsən şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar