Məhkəmə qərarları › İş №2(030)-497/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-497/2025

24.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-497/2025 24.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞG/MT033/2025-№00140 nömrəli Barışıq sazişinin təsdiq edilməsi, birgə nikahdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay Maraqlı şəxs hər bir uşağa 80 manat olmaqla, cəmi 160 manat məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Maraqlı şəxs ilə 2017-ci ildə rəsmi nikah qeydiyyatında keçməklə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 andan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1567/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Gəncə 2 saylı mediasiya təçkilatında onunla cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞG/MT033/2025-№00140 nömrəli barışıq sazişinə əsasən birgə nikahlarından anadan olmuş uşaqların ananın himayəsində saxlanılmasına, hər ayın 01-dən 05-nə kimi cəmi 160 manat aliment tutulub ona ödənilməsinə və uşaqların ataları ilə maneəsiz görşünə dair razılıq əldə olunmuşdur. Lakin barışıq sazişinin bağlanmasından 4 ay keçməsinə baxmayaraq, maraqlı şəxs üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə mürcaiət etmək məcburiyyətində qalmışdır. Ona görə də, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş emtişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 19 aprel 2019-cu ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 01 may 2019-cu il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 16 sentyabr 2017-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Gəncə Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 16 oktyabr 2017-ci il tarixdə 4757 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş İlkin mediasiya sesiyasında təsdiq edilmiş 03 mart 2025-ci il tarixli MŞG/1MT033/00140 nömrəli “Barışıq sazişi”ndən görünür ki, nikahın pozulması, aliment, uşaqların yaşayış yerinin müəyyən olunması və uşaqlarla ünsiyyət üçün barışıq sazişinin 2-ci bəndinə əsasən, tərəflər mediator X1 iştiraki ilə keçirilən barışıq sazışınə əsasən aralarındaki nikahı mediator səlahiyyəti olmadığından məhkəmə müraciət edərək razılıq əldə edəcəklərinə dair öhdəlik götürmüşlər. 3-cü bəndinə əsasən, tərəflər- Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqların ana Ərizəçiının himayəsində saxlanılmasına qarşılıqlı razılıq verərək öhdəlik götürmüşlər. Sazişin 4-cü bəndinə əsasən, Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hər ayın 01dən 05-ə kimi hər bir uşağa 80 manat olmaqla, cəmi 160 manat aliment məbləğini ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Sazişin 5-ci bəndinə əsasən, Ərizəçi yuxu və dərs saatlarını nəzərər alaraq atanın istədiyi vaxt uşaqlarla görüşməsinə ünsiyyət saxlamasına mane olmamaq üçün öz üzərinə öhdəlik götürmüşdür. Sazişin 6-ci bəndinə əsasən, tərəflər keçirilən TMS zamanı aralarında heç bir digər şərt və ya tələb irəli sürmədilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin alimentə dair hissəsini xx.xx.2025-ci il tarixdən ödəyəməsinə dair öhdəlik götürməsinə baxmayaraq həmin tarixdən 3 ay müddətində könüllü şəkildə icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırkı tələb barışıq sazişinin təsdiqi ilə bağlı olsa da, mahiyyət etibarilə alimentin tutulması məzmununa malikdir. Odur ki, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2025-ci il tarixli MŞG/MT033/2025-№00140 nömrəli barışıq sazişi Maraqlı şəxs uşaqları xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hesablanmaqla hər uşağa 80 manat olmaqla, cəmi 160 ( yüz altmış) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə dair hissədə məcburi icra üçün təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar