Məhkəmə qərarları › İş №2(030)-503/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-503/2025

31.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-503/2025 31.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X15 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, onunla Maraqlı şəxs arasında bağlanmış 25 noyabr 2023-cü il tarixli MŞG/MTO33/2023-00350 nömrəli barışıq sazişinin təsdiq edilməsi və barışıq sazişində göstərilən qaydada 27 iyun 2010-cü il təvəllüdlü X1, 21 aprel 2013-cü il təvəllüdlü X4 və 04 avqust 2023-cü il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün nəzərdə tutulmuş alimentin ata Maraqlı şəxs məcburi qaydada hər ay hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə cəmi 150 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs aralarındakı nikahı 12 sentyabr 2008-ci ildə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 663 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 27 iyun 2010-cu ildə Gülnarə, 21 aprel 2013-cü ildə Aysel və 04 avqust 2023-cü ildə Nazilə adlı üç uşaqları doğulmuşdur. Bir müddət birlikdə yaşasalar da, sonradan ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(030)-110/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmış, sazişə əsasən uşaqlar ərizəçinin himayəsində saxlanılmaqla hər uşağa 50 manat olmaqla, cəmi 150 manat məbləğində aliment ödənilməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü aliment öhdəliyini icra etməmiş, aliment ödəməkdən imtina etmiş, bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 27 iyun 2010-cu ildə Gəncə şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 20 dekabr 2010-cu il tarixdə 2345 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 21 aprel 2013-cü ildə Daşkəsən şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 14 may 2013-cü il tarixdə 829 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 avqust 2023-cü ildə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 13 sentyabr 2023-cü il tarixdə 2249 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 25 noyabr 2023-cü il tarixli MŞG/MT033/2023-00350 nömrəli “Barışıq sazişi”ndən görünür ki, sazişin 1-ci bəndinə əsasən, tərəflər, Ərizəçi və Maraqlı şəxs aralarında Gəncə şəhəri Kəpəz Rayon “Qeydiyyat şöbəsi” tərəfindən 12.09 .2008-ci И tarixli, AZ-İ Мə 427528, 653 nömrəli nikahın pozulması mediotorun səlahiyyətində olmadığı üçün məhkəmə qaydasında pozulmasına razılıq vermişlər. Sazişin 2-ci bəndinə əsasən, Ərizəçi və Maraqlı şəxs Gəncə şəhəri Kəpəz Rayon “Qeydiyyat şöbəsi” tərəfindən xx.xx.2008-ci il tarixli, А2№ 427520, 663 nömrəli nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X2 ana Ərizəçi yanında qalmasına razılıq vermişlər, xx.xx.2010-cu il tarixdə anadan olmuş X5, xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 18 yaşına çatana kimi saxlanılması üçün nəzərədə tutulunuş alimentin ata Maraqlı şəxs hər ay hər uşaq üçün 50 (əli) manat olmaqla, ümumilikdə cəmi 150 (bir yüz əlli) manat hər ayın 25-dən 30-na kimi olan tarixdə ana Ərizəçi adına olan bank kartı hesabına ödənilməsinə dair razılıq əldə etmişlər. Ərizəçi və X8 агаlarında Gəncə şəhəri Kəpəz Rayon “Qeydiyyat şöbəsi” tərəfindən xx.xx.2008-ci il tarixli, AZ-İ № 4275260, 663 nömrəli nikahdan doğulmuş xx.xx.2010-cu il tarixdə anadan olmuş X5, 21.04. 2013-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 ata Maraqlı şəxs ilə maneəsiz görüşməsinə dair razılıq əldə etmişlər. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(030)-110/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış, 12 sentyabr 2008-ci ildə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 663 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən Ərizəçi nikahdan əvvəlki “Abbasova” soyadını bərpa etmək hüququnun olması, həmçinin ər-arvadın ümumi əmlakının bölünməsi haqqında 3 il ərzində iddia qaldırmaq hüququnun olması, iddiaçı Ərizəçi tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdeh Maraqlı şəxs tutulub iddiaçı Ərizəçi ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi nikahı Daşkəsən Rayon Məhkəməsinin 2(030)-110/2024 saylı 31 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 08 aprel 2024-cü il tarixdə xitam verilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 23 aprel 2024-cü il tarixdə 28 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs aralarındakı nikahı 12 sentyabr 2008-ci ildə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 663 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 27 iyun 2010-cu ildə X5, 21 aprel 2013-cü ildə X7 və 04 avqust 2023-cü ildə X6 doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Hazırda uşaqlar ərizəçinin himayəsindədir. Tərəflər arasında Gəncə 1 saylı Mediasiya təşkilatında 25 noyabr 2023-cü il tarixli MŞG/MT033/2023-00350 nömrəli “Barışıq sazişi” bağlanmış, sazişin 2-ci bəndinə əsasən, Ərizəçi və Maraqlı şəxs Gəncə şəhəri Kəpəz Rayon “Qeydiyyat şöbəsi” tərəfindən xx.xx.2008-ci il tarixli, А2№ 427520, 663 nömrəli nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cüil təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X2 ana Ərizəçi yanında qalması barədə razılığa gəlmişlər, xx.xx.2010-cu il tarixdə anadan olmuş X3, xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 18 yaşına çatana kimi saxlanılması üçün nəzərədə tutulumuş alımentin ata Maraqlı şəxs hər ay hər uşaq üçün 50 (əli) manat olmaqla, ümumilikdə cəmi 150 (bir yüz əlli) manat hər ayın 25-dən 30-na kimi olan tarixdə ana Ərizəçi adına olan bank kartı hesabına ödənilməsinə dair razılığa gəlmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı 25 noyabr 2023-cü il tarixdən 10 gün müddətində könüllü şəkildə icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən ommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Hazırkı tələb barışıq sazişinin təsdiqi ilə bağlı olsa da, mahiyyət etibarilə alimentin tutulması məzmununa malikdir. Odur ki, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 25 noyabr 2023-cü il tarixli MŞG/MTO33/2023-00350 nömrəli barışıq sazişi tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il tarixdə anadan olmuş X5, xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 18 yaşına çatana kimi saxlanılması üçün ata Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay hər uşaq üçün 50 (əli) manat olmaqla, ümumilikdə cəmi 150 (bir yüz əlli) manat məbləğində aliment tutulub Ərizəçi ödənilməsinə dair hissədə məcburi icra üçün təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar