Məhkəmə qərarları › İş №2(030)-524/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-524/2024

17.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-524/2024 17.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X16 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, qızı 03 aprel 1998-ci il təvəllüdlü X3 03 iyun 1998-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində vəfat etməsi (ölməsi) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahatında göstərmişdir ki, X8 ilə aralarındakı nikahı 12 dekabr 1989-cu ildə Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsində 510 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından beş uşaqları doğulmuşdur. Beşinci uşağı X7 03 aprel 1998-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuşdur. Onlar yaylaqda olan zaman uşağ anidən qıc olaraq vəfat etmişdir. X1 03 iyun 1998-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində vəfat etmiş və orada dəfn edilmişdir. Savadsızlıqdan uşağın adına doğum haqqında şəhadətnamə almamışdır. Yaxın zamanlarda Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənəd almaq üçün aidiyyəti orqana müraciət edərkən, məlum olmuşdur ki, X14 sağ insan kimi qeydiyyatadır. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün ona ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu və qeyd edilən faktın məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən müraciətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, Ərizəçi doğma qardaşıdır. Ərizəçi ilə Zərifə Hüseynovanın birgə nikahdan beş uşaqları olmuşdur. Beşinci uşağı X7 03 aprel 1998-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuşdur. Yaz aylarında qardaşı Vidadi yaylağa getmiş, uşaq doğulduqdan təxminən 2-3 ay sonra anidən vəfat etdiyini eşitmişdir. Həmin dövrdə o, Gəncə şəhərində yaşadığı və işlədiyi üçün uşağın ölüm xəbərini eşitdikdən sonra o, Xoşbulaq kəndinə gəlmiş, uşağı orada dəfn etmişlər. X7 03 iyun 1998-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 şahid X5 ilə eyni məzmunlu ifadə verib 03 aprel 1998-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuş X3 03 iyun 1998-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində vəfat etdiyini və orada dəfn olunduğunu təsdiq etmişdir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X10 arasında 12 dekabr 1989-cu il tarixdə nikah bağlanmış və Kirovabad şəhəri Gəncə rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 510 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikahdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 03 aprel 1998-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuşdur. Atası Ərizəçi, anası X6r. Bu barədə Gəncə şəhər Kəpəz rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 28 aprel 1998-ci il tarixdə 568 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 06 iyul 2024-cü il tarixli 3-16-5/8-69-304/2024 saylı məktubundan görünür ki, X7 barəsində ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədlə Maraqlı şəxs arxivində və "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı də təsdiq edimiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sesteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi bərədə qanuni güvvəyə minmiiş qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd olunanlara əsəsən Ərizəçi müraciəti təmin edilməmiş və ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi ilə X8 arasında 12 dekabr 1989-cu il tarixdə nikah bağlanmış və Kirovabad şəhəri Gəncə rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 510 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Birgə nikalarından beş uşaqları doğulmuşdur. Ailənin beşinci uşağı olan X7 03 aprel 1998-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuş, onun adına doğum haqqında akt qeydi aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. Turanə Hüseynova 03 iyun 1998-ci ildə vəfat etmişdir. Lakin uşağın ölümü qeydə alınmamış, ölüm haqqında şəhadətnamə veirlməmişdir. Bundan sonra da, zərurət yaranmadığı üçün bu hala heç kim diqqət yetirməmişdir. Ərizəçi Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənəd almaq üçün aidiyyəti orqana müraciət edərkən, məlum olmuşdur ki, X2 insan kimi qeydiyyatdadır. Ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, ərizəçiyə ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmiş və bundan imtina olunmuşdur. Bu səbəbdən də Ərizəçi 03 aprel 1998-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində anadan olmuş X3 03 iyun 1998-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, мəhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, ərizəçinin X1nın ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 03 aprel 1998-ci il təvəllüdlü X3 03 iyun 1988-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 03 aprel 1998-ci il tarixdə doğulmuş X3 03 iyun 1988-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar