Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-556/2024 03.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X29 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi X5 iştirakı ilə, Ərizəçi X5 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi X12 ərizə ilə məhkəməyə müraciət edib, X1nın 28 iyun 1994-cü il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X12 tələbini müdafiə edib izahatında göstərmişdir ki, o, X13 ilə 1992-ci ailə qurmuş, aralarındakı nikahı 02 oktyabr 1992-ci ildə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zağalı inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində 17 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 04 aprel 1993-cü ildə X11, 01 iyun 1994-cü ildə X7 və 30 sentyabr 1995-ci ildə X25 doğulmuşdur. İkinci uşağı olan X1 xəstə olduğu üçün onlar yaylaqda olan zaman anidən vəfat etmişdir. X1 28 iyun 1994-cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində vəfat etmiş və orada dəfn edilmişdir. Hüquqi savadsızlıqdan uşağın adına doğum haqqında şəhadətnamə almamışdır. X4 06 aprel 2024-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənəd almaq üçün aidiyyəti orqana müraciət edərkən, məlum olmuşdur ki, X1 sağ insan kimi qeydiyyatadır. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün ona ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu və qeyd edilən faktın məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən müraciətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən şahid X20 ifadəsində göstərmişdir ki, o, Daşkəsən rayonu Xoşbulaq kəndində X12 ilə qonşudur. Ərizəçi 3 uşağı olmuşdur. İkinci uşağı yaylaqda olduqları zaman anidən vəfat etmişdir. Uşaq təxminən 20-25 günlük olmuşdur. Uşağı Daşkəsən rayonu Xoşbulaq kəndinə dəfn etmişlər. X7 28 iyun 1994-cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində vəfat etmişdir. Məhkəmə iclasında dindirilən şahid X14 ifadəsində göstərmişdir ki, o, 40 ildən artıqdir ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən tibb məntəqəsində işləyir. X8 tanıyır. Ərizəçi 01 iyun 1994-cü ildə bir qızı uşağı doğulmuşdur. Uşaq sonradan sətəlcəm olduğu üçün təxminən 20-25 gündən sonra anidən vəfat etmişdir. X7 28 iyun 1994-cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində vəfat etmişdir. Məhkəmə iclasında dindirilən şahid X6 ifadəsində göstərmişdir ki, X12 mərhum qardaşını arvadı olmuşdur. X22 ilə Ərizəçi birgə nikahlarında 3 uşaqları doğulmuşdur. İkinci uşaqları X7 01 iyun 1994-cü ildə doğulmuş, xəstə olduğu üçün 28 iyun 1994-cü ildə vəfat etmişdir. Uşağı kəndə dəfn etmişlər. X7 28 iyun 1994-cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində vəfat etmişdir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X17 arasında 02 oktyabr 1992-ci il tarixdə nikah bağlanmış və Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zağalı inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikahdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 06 aprel 2024-cü il tarixdə ölmüşdür. Bu barədə Göygöl rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabınbda 09 aprel 2024-cü il tarixdə 129 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 06 iyul 2024-cü il tarixli 5-16-5/8-69-186/2024 saylı məktubundan görünür ki, X7 barəsində ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədlə Maraqlı şəxs arxivində və "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı də təsdiq edimiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sesteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi bərədə qanuni güvvəyə minmiiş qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd olunanlara əsəsən X5 müraciəti təmin edilməmiş və ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 22 iyul 2024-cü il tarixli 05/09İS/063990-24 saylı aratyışından görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində şəxsə aid 22 iyun 2024-cü ilədək daxil edimiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və 02 noyabr 1966cı il təvəllüdlü X9 (06 aprel 2024-cü il tarixdə ölmüşdür) ailə üzvüləri – arvadı xx xxxxxx 1972-ci il təvəllüdlü Ərizəçi, qızları – 04 aprel 1993-cü il təvəllüdlü X11, 01 iyun 1994-cü il təvəllüdlü X7 və oğlu 30 sentyabr 1995-ci il təvəllüdlü X10r. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, X12 ilə X13 1992-ci ailə qurmuş, afralarındakı nikahı 02 oktyabr 1992-ci ildə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zağalı inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində 17 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 04 aprel 1993-cü ildə X11, 01 iyun 1994-cü ildə X7 və 30 sentyabr 1995-ci ildə X25 doğulmuşdur. Ailənin ikinci uşağı olan X7 01 iyun 1994-cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuş, onun adına doğum haqqında akt qeydi aparılmışdır. Nərminə Abdullayeva 28 iyun 1994-cü ildə vəfat etmişdir. Lakin uşağın ölümü qeydə alınmamış, ölüm haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra da, zərurət yaranmadığı üçün bu hala heç kim diqqət yetirməmişdir. Ərizəçinin əri X15 06 aprel 2024-cü il tarixdə ölmüşdür. Ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, ərizəçiyə ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmiş və bundan imtina olunmuşdur. Bu səbəbdən də X12 01 iyun 1994-cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuş X3 01 iyun 1994-cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, мəhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, ərizəçinin X1nın ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 01 iyun 1994-cü il təvəllüdlü X3 01 iyun 1994-cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 01 iyun 1994-cü il tarixdə doğulmuş X3 28 iyun 1994-cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-556/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-556/2024
03.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver