Məhkəmə qərarları › İş №2(030)-57/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-57/2025

16.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-57/2025 16.01.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X28 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, X1nın 1982-ci il tarixdə Daşkəsən rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X1nın 16 iyul 1982-ci il tarixdə Daşkəsən rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib izahatında göstərmişdir ki, o, 09 fevral 1983-cü ildə doğulmuşdur. X5, X2 olmuşdur. X1 09 may 1982-ci ildə Daşkəsən rayonunda doğulmuş və 16 iyul 1982-ci il tarixdə vəfat etmişdir. Ona məlum olmayan səbəblərdən həmin vaxt valideynləri bacısının ölümünü dövlət qeydiyyatına alınması üçün aidiyyəti orqana müraciət etməmişlər. Valideynlərinin nikahı 1985-ci ildə pozulmuşdur. X2 07 mart 2024-cü il tarixdə vəfat etmişdir. Hazırda anasının ölümü ilə əlaqədar birdəfəlik müavinət almaq üçün sənədləri toplayarkən, məlum olmuşdur ki, X1 sağ insan kimi qeydiyyatadır. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün ona ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu və qeyd edilən faktın məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən müraciətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X13 ifadəsində göstərmişdir ki, Ərizəçi qardaşı qızıdır. X19 ilə İradə Haqverdiyevin birgə nikahından 1982-ci ildə bir qız uşağı doğulmuş və bir müddət sonra vəfat etmişdir. Həmin vaxt o, hərbi xidmətdə olmuş və bu barədə orada eşitmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X14 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşı qızıdır. X19 ilə İradə Haqverdiyevin birgə nikahından 3 uşağı doğulmuşdur. Böyük oğlu Mehdi və ortancıl qızı Kamalə doğulduqdan 2 ay sonra vəfat etmişdir. X8 09 may 1982-ci ildə Daşkəsən rayonunda doğulmuş və 16 iyul 1982-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X10 ifadəsində göstərmişdir ki, Ərizəçi qaynı qızıdır. O, gəlin gələrkən bir uşaq Ərizəçi olmuşdur. X11 adlı bir bacısının doğulduğunu və öldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X15 ifadəsində göstərmişdir ki, Ərizəçi anası ilə əvvəl sinif yoldaşı, sonra isə qohum olmuşlar. Ərizəçinin anasının bir oğlu doğulmuş və ölmüşdür. Sonradan 1982-ci ildə bir qız uşağı doğulmuş və 16 iyul 1982-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 1983-cü ildə Kirovabad şəhərində doğulmuşdur. X5, X2dır. Bu barədə Daşkəsən rayonu VVAQ şöbəsindəı doğum haqqında akt qeydləri kitabında 23 dekabr 1983-cü il tarixdə 302 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 07 mart 2024-cü il tarixdə ölmüşdür. Bu barədə Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri kitabınbda 13 mart 2024-cü il tarixdə 28 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Şəmkir rayon Qeydiyyat şöbəsinin 30 oktyabrl 2024-cü il tarixli 3- 16-5/8-69-495/2024 saylı məktubundan görünür ki, X8 barəsində ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədlə Maraqlı şəxs arxivində və "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı də təsdiq edimiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sesteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi bərədə qanuni güvvəyə minmiiş qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd olunanlara əsəsən Ərizəçi müraciəti təmin edilməmiş və ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi 09 fevral 1983-cü ildə doğulmuş, X5, X2 olmuşdur. Ərizəçinin X1 09 may 1982-ci ildə Daşkəsən rayonunda doğulmuş və 16 iyul 1982-ci ildə Daşkəsən rayonunda vəfat etmişdir. Lakin uşağın ölümü qeydə alınmamış, ölüm haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra da, zərurət yaranmadığı üçün bu hala heç kim diqqət yetirməmişdir. Ərizəçinin X2 07 mart 2024-cü il tarixdə ölmüşdür. Ərizəçi bacısı Kamalə Mahmudovanın adına ölüm haqqında şəhadətnamə almaq üçün Şəmkir rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ərizəçiyə ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmiş və bundan imtina olunmuşdur. Bu səbəbdən də Ərizəçi X1nın 16 iyul 1982-ci il tarixdə Daşkəsən rayonunda ölməsi faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, мəhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, ərizəçinin qızı X4 ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 16 iyul 1982-ci il tarixdə Daşkəsən rayonunda ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X4 16 iyul 1982-ci il tarixdə Daşkəsən rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar