Məhkəmə qərarları › İş №2(030)-611/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-611/2024

17.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-611/2024 17.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh İsamyıl oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İsamyıl oğluna qarşı cehiz əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İsamyıl oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsamyıl oğlundan cehiz əşyalarının alınıb ona verilməsi, yaxud əşyalar mövcud olmadıqda onun dəyərinin öfdənilməsi, Daşkəsən rayonu Quşçu kəndinə gəlin köçdüyü evə istifadə hüququnun tanınaraq azyaşlı övladları ilə evə köçürlüməsi, birgə nikah dövründə atası tərəfindən ailəsinə verilmiş VAZ-2106 minik markalı avtomobilin geri qaytarılması, mediasiya üçün ödənilmiş 55 manat mediasiya xərcinin və ödənilmiş 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı iddia tələbində dəyişiklik edərək qeyd edilmiş cehiz əşyalarının alınıb ona verilməsi, yaxud əşyalar mövcud olmadıqda onun dəyərinin ödənilməsi, Daşkəsən rayonu Quşçu kəndində gəlin köçdüyü evə istifadə hüququnun tanınması, azyaşlı övladları ilə birlikdə evlə təmin edilməsi, birgə nikah dövründə atası tərəfindən ailəsinə verilmiş VAZ-2106 minik markalı avtomobilin geri qaytarılması, mediasiya üçün ödənimiş 55 manat mediasiya xərcinin və ödənilmiş 50 manat dövlət rüsumun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh X1 ilə 10 sentyabr 2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra cavabdehin yaşadığı Daşkəsən rayonu Quşçu kəndində yerləşən evə gəlin köçmüş və valideynləri tərəfindən ona verilmiş cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Birgə nikahlarından iki uşağı doğulmuşdur. Ona və uşaqlara məxsus paltarlar olmaqla, ümumilikdə 6845 manat dəyərində cehiz və geyim əşyaları cavabdehə məxsus evdə qalmışdır. Cavabdeh qeyd edilən avtomobili sataraq yenisini almışdır. Dəfələrlə cehiz və geyim əşyalarını tələb etməsinə baxmayaraq cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək ona məxsus cehiz əşyalarını verməkdən imtina etmişdir. Ailə münasibətləri pozulduğundan onun həmin evə qayıtmaq fikiri yoxdur və orda yaşamanı mümkünsüz sayır. Lakin, hazırda azyaşlı uşaqları ilə birlikdə ata evində yaşayır. Ona görə də, cavabdeh ona ayrıca ev almaqla onu yaşayış yeri ilə təmin etməlidir. Bunlardan əlavə, nikahda olduqları müddətdə atası hədiyyə olaraq üçün ona VAZ-2106 minik avtomobil hədiyyə vermişdir. Həmin avtomobil geri qaytarılmalıdır. Məhkəmə iclasında Cavabdeh İsamyıl oğlu iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ilə 10 sentyabr 2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından iki üşaqları doğulmuşdur. Aralarında yaranmış narazılığa görə ayrılmışlar. İddiaçı tələb etdiyi əşyalardan 1 ədəd 50 manat dəyərində ütünü, 35 manat dəyərində bir ədəd saç qurutmaq üçün feni və 35 manat dəyərində bir ədəd epilyatoru özü ilə ata evinə aparmışdır. 60 manat dəyərində 2 ədəd güldan və 50 manat dəyərində bir ədəd çilçıraq isə birgə yaşadıqları dövrdə sınaraq sıradan çıxmışdır. Qeyd edilən əşyalardan başqa iddiaçının tələb etdiyi digər cehiz və geyim əşyalarının hamısı yaşadıqları evdədir. İddiaçının istənilən vaxt həmin əşyaları aparmasına heç bir maneə yoxdur. Bundan başqa, o, iddiaçının yaşayış hüququ tələb etdiyi ev nənəsinə məxsus olmuşdur. Nənəsi isə vəfat etmişdir. Onun özünə məxsus evi yoxdur. İddiaçıya ayrı ev almağa isə maddi imkanı yoxdur. Eyni zamanda, iddiaçının tələb etdiyi avtomobili hədiyyə verilməmiş, həmin avtomobili qayınatası Rəsul Alyarov atası İsmayıl Mürsəlova etibarnamə əsasında 2700 manata satmışdır. Atası isə xəstə olduğu üçün avtomobili Sumqayıt şəhərində yerləşən maşın bazarında satmış və onun müalicəsinə xərcləmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, İddiaçı onun qızıdır. O, özünə məxsus olan VAZ-21063 markalı **-BX-*** dövlət nömrə nişalı avtomobili nəvəsinin ad gününə hədiyyə vermişdir. Nəvəsi azyaşlı olduğu üçün avtomobilə dair Cavabdeh adına etibarnamə vermişdir. İşə əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-185F Seriyalı KOD 50600038 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə Daşkəsən rayonu Quşçu kənd sakinləri X3 və X4 birgə mülkiyyətinə Daşkəsən rayonu Quşçu kəndi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş 07 sentyabr 2021-ci il tarixli ƏN-V 758502 nömrəli etibarnamənin surətindən görünür ki, X5 VAZ 21063 minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh tərəfindən idarə etmək səlahiyyəti vermişdir. Etibarnamə 21 aprel 2024-cü il tarixədək qüvvədə olmuşdur. İşə əlavə edilmiş Gəncə 1 saylı Mediasiya təşkilatının İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 28 avqust 2024-cü il tarixli MŞG/1-01692 nömrəli arayışdan görünür ki, İddiaçı “cehiz əşyalarının çıxarılması, yaşadığı evdə qeydiyyatda olduğu üçün evdə yaşama hüququnun tanınması, atasının yoldaşına verdiyi 06 markalı avtomobilin yoldaşı tərəfindən avtomobillə dəyişdirilmişdir. Həmin 06 markalı avtomobilin ona geri qaytarılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan Cavabdeh İsmamyıl oğlu mübahisə üzrə 28 avqust 2024-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən Cavabdeh İsmamyıl oğluna 03 avqust 2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir. İşə əlavə edilmiş 28 avqust 2024-cü il tarixli BPM**********30 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödənmişdir. İşə əlavə edilmiş 02 sentyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən cəmi 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin cehiz əşyalarının qiymətləndirilməsi barədə 05 noyabr 2024-cü il tarixli ƏQ-387/2023 saylı mütəxəssis rəyindən görünür ki, əmlaklar cəmi 6913 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X1 10 sentyabr 2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra iddiaçı cavabdehin yaşadığı Daşkəsən rayonu Quşçu kəndində yerləşən evinə gəlin köçmüş və valideynləri tərəfindən iddiaçıya verilmiş cehiz əşyaları həmin evə yerləşdirmişdir. Birgə nikahlarından tərəflərin iki uşağı doğulmuşdur. Aralarında yaranmış narazılığa görə tərəflər məhkəmə qaydasında boşanmışlar. Hazırda tərəflər ayrı yaşayırlar və azyaşlı uşaqlar İddiaçı yanında qalır. Tərəflər ailə qurduqdan sonra valideynləri tərəfindən iddiaçıya verilmiş cehiz əşyalarının cavabdehdən alınıb ona verilməsini tələb etmişdir. Cavabdeh iddiaçının tələb etdiyi əşyaların əksər hissəsinin halhazırda yaşadıqları Daşkəsən rayonu Quşçu kəndində yerləşən evdə olduğunu etiraf etmiş, iddiaçının istənilən vaxt həmin cehiz əşyalarını apara biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə müvafiq olaraq nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.3-ci maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətində məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbinin cehiz əşyalarla bağlı hissəsi qismən təmin edilməklə iddiaçı tələb etdiyi əşyalardan 1 ədəd 50 manat dəyərində ütü, 35 manat dəyərində bir ədəd saç qurutmaq üçün fen və 35 manat dəyərində bir ədəd epilyator 60 manat dəyərində 2 ədəd güldan və 50 manat dəyərində bir ədəd çilçıraq istisna olmaqla digər əşyalar və ya onlar olmadıqda onların dəyəri cavabdehdən alınınıb İddiaçı ödənilməlidir. İddia tələbi minik avtomobilinə aid hissədə təmin edilməməlidir. Belə ki, həmin həmin avtomobilin iddiaçıya hədiyyə edilməsi sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, həmin avtomobil iddiaçının atası X9 tərəfindən etibarnamə əsasında cavabdehin atası X2 verilmişdir. 07 sentyabr 2021-ci il trixli ƏN-V 758502 nömrəli etibarnamədən göründüyü kimi, X5 VAZ 21063 minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh idarə etmək səlahiyyəti vermişdir. Məhkəmə qeyd edir ki, Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamsına və işin fakitki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddiaçı Daşkəsən rayonu Quşçu kəndində gəlin köçdüyü evə istifadə hüququnun tanınmasını tələb etsə də, məhkəmədə tələbin bu hissəsini müdafiə etməyərək və həmin evdə yaşamasının qeyri-mümkünlüyünü qeyd edərək, gəlin köçüb yaşadığı evin iddiaçı istifadə hüququnun tanınmasını evin cavabdehə məxsus olması və eyni zamanda cavabdeh tərəfindən iddiaçının evdən istifadə hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar məhkəməyə tədim etməmişdir. İddiaçı azyaşlı övladları ilə birlikdə cavabdeh tərəfindənbaşqa bir evlə təmin edilməsi tələbini müdafiə edərərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin ayrıca ev və ya mənzil ilə təmin olunma hissəsinin qanuni əsası mövcud deyildir. Belə ki, iddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, bir tərəfdən qarşı tərəfə nəyi isə tələb etməyə, qarşı tərəfin isə belə bir öhdəlik daşımalı olmasına imkan yaratmış olur. Cavabdehin iddiaçı qarşısında onu ayrıca ev və ya mənzil ilə təmin etmək öhdəliyinin yaranma əsasları mövcud deyildir. Odur ki, tələbin bu hissəsi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdehə 03 aqvust 2024-cü il tarixdə mediasiya tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh 28 avqust 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, 50 manat məbləğində ilkin mediasiya xərci və ödənilmiş 34 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 84 manat məbləği cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İsamyıl oğlundan 1 ədəd yataq dəsti 1500 manat dəyərində, 2 ədəd beşik 250 manat dəyərində. 1 ədəd ütü stolu 50 manat dəyərində, 1 ədəd elektrik sobası 120 manat dəyərində, 1 ədəd xalça 100 manat dəyərində, 1 ədəd tozsoran 150 manat dəyərində, 1 ədəd ət çəkən maşın 80 manat dəyərində, 3 ədəd örtük 350 manat dəyərində, 1 ədəd pərdə dəsti ağı ilə bərabər 100 manat dəyərində, 11 ədəd yataq üçün dəst 430 manat dəyərində, 3 ədəd döşək 200 manat dəyərində, 4 ədəd yorğan 210 manat dəyərində, 3 ədəd yastıq 90 manat dəyərində, 2 ədəd uşaq üçün yataq 90 manat dəyərində, 8 ədəd meyvə qabı 136 manat dəyərində, 1 ədəd qaşıq dəsti 50 manat dəyərində, 2 ədəd fincan dəsti 30 manat dəyərində, 1 dəst çini fincan dəsti 20 manat dəyərində, 12 ədəd qaşıq dəsti 6 manat dəyərində, 12 ədəd çəngəl dəsti 6 manat dəyərində, 12 ədəd bıçaq dəsti 6 manat dəyərində, 6 ədəd mürəbbə qaşığı 6 ədəd 4 manat dəyərində, 6 ədəd kompot dəsti 90 manat dəyərində, 1 ədəd böyük bakal dəsti 18 manat dəyərində, 1 ədəd kiçik bakal dəsti 10 manat dəyərində, 5 ədəd stəkan dəsti 25 manat dəyərində, 4 ədəd nəlbəki dəsti 20 manat dəyərində, 5 ədəd duz qabı dəsti 30 manat dəyərində, 1 ədəd çaydan dəsti 30 manat dəyərində, 2 ədəd böyük kompot bakalı 35 manat, 2 ədəd pivə bakalı dəsti 24 manat dəyərində, 1 ədəd divar saatı 50 manat dəyərində, 1 ədəd paltaryuyan maşın 600 manat dəyərində, 10 ədəd yastıq üzü 50 manat dəyərində, 6 ədəd böyük hamam dəsmalı 90 manat dəyərində, 12 ədəd əl üz dəsmalı 60 manat dəyərində, 32 ədəd çay dəsmalı 64 manat dəyərində, 4 metr çay dəsmalı 28 manat dəyərində, 6 ədəd döşəkçə 60 manat dəyərində, 6 ədəd stul üçlüyü 20 manat dəyərində, 1 ədəd elektrik qızdırıcısı 50 manat dəyərində, 1 ədəd nahar dəsti 50 manat dəyərində, 1 ədəd boşqab dəsti 40 manat dəyərində, 1 ədəd ləyən 6 manat dəyərində, 1 ədəd aş süzən 6 manat dəyərində, 1 ədəd şirəli ləyən 15 manat dəyərində, 1 ədəd balaca şirəli ləyən 5 manat dəyərində, 1 ədəd şirəli qazan dəsti 40 manat dəyərində, 3-lü qazan dəsti 30 manat dəyərində, 1 ədəd sadə qazan dəsti 30 manat dəyərində, 12 ədəd böyük qənd qabı 144 manat dəyərində, 24 ədəd balaca kasa 30 manat dəyərində, 12 ədəd yekə kasa 30 manat dəyərində, 4 ədəd aş qabı 20 manat dəyərində, 2 ədəd şüşə kasa 14 manat dəyərində, 10 ədəd böyük çərəz qabı, 50 manat dəyərində, 4 ədəd böyük mürəbbə qabı 20 manat dəyərində, 2 ədəd böyük tort qabı 60 manat dəyərində, 1 ədəd sini dəsti 35 manat dəyərində, 4 ədəd böyük sini 20 manat dəyərində, 3 ədəd stol üstü örtük 115 manat dəyərində, 4 ədəd kül qabı 20 manat dəyərində, 1 ədəd bıçaq dəsti 40 manat dəyərində, 14 ədəd meyvə bıçağı 30 manat dəyərində, 1 ədəd taxta qaşıq 5 manat dəyərində, 4 dəst mürəbbə nəlbəkisi 20 manat dəyərində, 5 dəst böyük araq stəkanı 25 manat dəyərində, 4 ədəd hədiyyəlik böyük fincanlar 40 manat dəyərində, 2 dəst stəkan nəlbəki dəsti 20 maanat dəyərində, 2 ədəd üç mərtəbə şirniyyat qabı 40 manat dəyərində, 1 dəst ədviyyat qabı 20 manat dəyərində, 1 ədəd ləmpə 20 manat dəyərində, 6 ədəd döşəkçə üzü 30 manat dəyərində, 2 ədəd mütəkkə üzü 12 manat dəyərində, 1 ədəd soğan doğrayan 10 manat dəyərində, 1 ədəd kətə kəsən 2 manat dəyərində, 1 ədəd kotlet çevirən 2 manat dəyərində, 1 ədəd uşaqlar üçün skaf 30 manat dəyərində, 2 ədəd yorğan üzü 60 manat dəyərində, 4 ədəd döşək örtüyü 17 manat dəyərində, oyuncaqlar və iddiaçıya və uşaqlara məxsus geyim əşyaları, həmin əmlalrarın hər hansı biri olmadıqda isə dəyəri alınıb İddiaçı verilsin. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində ilkin mediasiya xərci və ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 84 (səksən dörd) manat məbləği Cavabdeh İsamyıl oğlundan alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar