Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-647/2025 15.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X13 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, X2 14 may 2004-cü il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndində və X3 28 noyabr 2001-ci il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndində ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib izahatında göstərmişdir ki, o, xx xxxxxx 1967-ci ildə Daşkəsən rayonu Təzəkəınd kəndində doğulmuşdur. 1991-ci ildə X6 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 23 aprel 1993-cü ildə doğulmuş X4 28 noyabr 2001-ci ildə, 30 mart 1994-cü ildə doğulmuş X5 isə 14 may 2004-cü ildə ölmüş, qızları Gülnarə 8, Tünzalə isə 10 yaşında olmuşdur. Həmin vaxt səhlənkarlıq edib uşaqların adına ölüm haqqında şəhadətnamə almamışlar. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün ona ölüm haqqında şəhadətnamənin verilməsinin qeyrimümkün olduğu və qeyd edilən faktın məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən müraciətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qardaşı Cümşüdlə Mehribanın birgə nikahından 23 aprel 1993-cü ildə doğulmuş X4 28 noyabr 2001-ci ildə, 30 mart 1994-cü ildə doğulmuş X5 isə 14 may 2004-cü ildə ölmüşlər. Mehribanın qızlarından başqa bir oğlu da ölmüşdür. Uşaqlar Daşkəsən rayonu Xoşbulaq kənd qəbristanlığında dəfn edilmişlər. Lakin maddi imkansızlıqdan qəbirüstü məzar daşı götürülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bacısı Mehriban ilə Cümşüdün birgə nikahından 23 aprel 1993-cü ildə doğulmuş X4 28 noyabr 2001-ci ildə, 30 mart 1994-cü ildə doğulmuş X5 isə 14 may 2004-cü ildə ölmüşlər. Qızların hər ikisi uşaq olmuşlar. Uşaqlar Daşkəsən rayonu Xoşbulaq kənd qəbristanlığında dəfn edilmişlər. Lakin maddi imkansızlıqdan qəbirüstü məzar daşı götürülməmişdir. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 arasında 03 avqust 1991-ci il tarixdə nikah bağlanmış və Daşkəsən rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 71 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “İbrahimova” soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında akt qeydinin surətindən görünür ki, X4 23 aprel 1993-cü ildə Daşkəsən şəhərində doğulmşudur. X1, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsindən doğum haqqında akt qeydləri kitabında 29 aprel 1993-cü il tarixdə 112 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında akt qeydinin surətindən görünür ki, X5 30 mart 1994-cü ildə Daşkəsən şəhərində doğulmşudur. X1, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsindən doğum haqqında akt qeydləri kitabında 01 aprel 1994-cü il tarixdə 60 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 17 sentyabr 2025-ci il tarixli 3-16-5/8-69-319/2025 nömrəli məktubundan görünür ki, X5 və X4 barələrində ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində və "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı də təsdiq edimiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd olunanlara əsəsən Ərizəçi müraciəti təmin edilməmiş və ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi ilə X6 03 avqust 1991-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 23 aprel 1993-cü ildə doğulmuş X4 28 noyabr 2001-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində, 30 mart 1994-cü ildə doğulmuş X5 isə 14 may 2004-cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində ölmüşlər. Lakin uşaqların adına ölüm haqqında akt qeydi aparılmamış və şəhadətnamə alınmamışdır. Bundan sonra da, zərurət yaranmadığı üçün bu hala heç kim diqqət yetirməmişdir. Ərizəçi uşaqların adına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ərizəçiyə ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmiş və bundan imtina olunmuşdur. Bu səbəbdən də Ərizəçi övladları X2 14 may 2004-cü il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndində və X3 28 noyabr 2001-ci il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndində ölməsi faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, мəhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, ərizəçinin qızları X4 və X2 ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 28 noyabr 2001-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində və X5 isə 14 may 2004-cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2 14 may 2004-cü il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndində və X3 28 noyabr 2001-ci il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim :Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-647/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-647/2025
15.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver