Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-680/2025 30.10.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X13 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, onunla Maraqlı şəxs arasında alimentlə bağlı Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən 25 oktyabr 2023-cü il tarixdə MŞG/MTO07/2023-03091 sayla təsdiq edilmiş barışıq sazişinin məcburi icra üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs 2005-ci ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Aralarındakı nikahı 19 oktyabr 2006-cı ildə Daşkəsən rayon VVADQ şöbəsində 125 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 08 mart 2006-cı ildə Validə, 20 aprel 2007-ci ildə Türab, 05 fevral 2009-cu ildə Mələk və 03 dekabr 2010-cu ildə Nizami adlı dörd uşaqları doğulmuşdur. Nikahın pozulması üçün Gəncə 2 saylı Medasiya Təşkilatına müraciət etmişlər. Aralarında 25 oktyabr 2023-cü il tarixcli MŞG/MT007/2023-03091 nömrəli “Barışıq sazişi” bağlanmışdır. Hər ikisi nikahın pozulmasının məhkəmə qaydasında pozulmasına, 08 mart 2006-cı ildə doğulmuş X3, 20 aprel 2007-ci ildə doğulmuş X7, 05 fevral 2009-cu ildə doğulmuş X4 və 03 dekabr 2010-cu ildə doğulmuş X2 18 yaşına çatanadək saxlanılması üçün 25 oktyabr 2023-cü il tarixdən etibarən hər ayın 25 tarixindən 28 tarixinədək hər uşağa 50 manat olmaqla, cəmi 200 manat aliment tutulub ona ödənilməsi barədə cavabdeh öhdəlik götürmüşdür. Maraqlı şəxs artıq 4-5 aydır ki, barışıq sazişi ilə üzərinə götürdüyü aliment öhdəliyini icra etməmiş, aliment ödəməkdən imtina etmiş, bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 08 mart 2006-cı ildə Gəncə şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 17 aprel 2006-cı il tarixdə 581 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 20 aprel 2007-ci ildə Daşkəsən rayonu Quşçu kəndində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 04 may 2007-ci il tarixdə 732 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 05 fevral 2009-cu ildə Gəncə şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 05 may 2009-cu il tarixdə 728 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 03 dekabr 2010-cu ildə Gəncə şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 18 yanvar 2011-ci il tarixdə 82 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 25 oktyabr 2023-cü il tarixli MŞG/MT007/2023-03091 nömrəli “Barışıq sazişi”ndən görünür ki, sazişin 1-ci bəndinə əsasən, tərəflər xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi və xx.xx.1982-ci il təvəllüdlü Maraqlı şəxs “Nikahın pozulması və aliment” tələblərini mediator X1 iştirakı ilə keçirilən X6 aşağıdakı qaydada həll etməyə razılıq vermişlər. Sazişin 2-ci bəndinə əsasən, xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi və xx.xx.1982-ci il təvəllüdlü Maraqlı şəxs mediator X1 iştirakı ilə keçirilən TMS-də bağlanan barışıq sazişinə əsasən aralarındakı Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı ildə verilmiş AZ-İ№236412, 125 saylı nikahın pozulması tələblərini, mediatorun səlahiyyətində olmadığı üçün məhkəməyə müraciət etməklə nikahlarının pozulmasınz razılşamışlar. Sazişin 3-cü bəndinə əsasən, ata xx.xx.1982-ci il təvəllüdlü Maraqlı şəxs mediator X1 iştirakı ilə keçirilən Tam mediasiya Sessiyasında bağlanan barışıq sazişinə əsasən aralarındakı Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı ildə verilmiş AZ-İ№236412, 125 saylı birgə nikahdan anadan olmuş övladları 08 mart 2006-cı il təvəllüdlü X3, 20 aprel 2007-ci il təvəllüdlü X7, 05 fevral 2009-cu il təvəllüdlü X4 və 03 dekabr 2010-cu il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılmasıl üçün xx.xx.2023-cü il tarixdən etibarən, hər uşağa 50 (əlli) manat olmaqla, ümumilikdə cəmi 200 (iki yüz) manat aliment məbləğinin hər ayın 25-i tarixindən 28-i tarixinədək ödəməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(030)-78/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış, 19 oktyabr 2006-cı ildə Daşkəsən rayon VVADQ şöbəsində 125 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərə ər-arvadın ümumi əmlakının bölünməsi haqqında 3 il ərzində iddia qaldırmaq hüququnun olması, tərəflərin birgə nikahından 08 mart 2006-cı ildə doğulmuş X3, 20 aprel 2007-ci ildə doğulmuş X7, 05 fevral 2009-cu ildə doğulmuş X4 və 03 dekabr 2010-cu ildə doğulmuş X5 iddiaçı Ərizəçi yanında saxlanılması, ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdeh Maraqlı şəxs tutulub iddiaçı Ərizəçi ödənilməsi qət edilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs 2005-ci ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Aralarındakı nikahı 19 oktyabr 2006-cı ildə Daşkəsən rayon VVADQ şöbəsində 125 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 08 mart 2006-cı ildə X3, 20 aprel 2007-ci ildə X7, 05 fevral 2009-cu ildə X4 və 03 dekabr 2010-cu ildə X5 doğulmuşdur. Tərəflər arasında 25 oktyabr 2023-cü il tarixli MŞG/MT007/2023-03091 nömrəli “Barışıq sazişi” bağlanmış sazişin 3-cü bəndinə əsasən, Ərizəçi və Maraqlı şəxs aralarında birgə nikahdan anadan olmuş 08 mart 2006-cı il təvəllüdlü X3, 20 aprel 2007-ci il təvəllüdlü X7, 05 fevral 2009-cu il təvəllüdlü X4 və 03 dekabr 2010-cu il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılmasıl üçün xx.xx.2023-cü il tarixdən etibarən, hər uşağa 50 (əlli) manat olmaqla, ümumilikdə cəmi 200 (iki yüz) manat aliment məbləğinin hər ayın 25-i tarixindən 28-i tarixinədək ödəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı 25 oktyabr 2023-cü il tarixdən 10 gün müddətində könüllü şəkildə icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırkı tələb barışıq sazişinin təsdiqi ilə bağlı olsa da, mahiyyət etibarilə alimentin tutulması məzmununa malikdir. Odur ki, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 25 oktyabr 2023-cü il tarixli MŞG/MT007/2023-03091 nömrəli barışıq sazişi tərəflərin birgə nikahından doğulmuş 08 mart 2006-cı il təvəllüdlü X3, 20 aprel 2007-ci il təvəllüdlü X7, 05 fevral 2009-cu il təvəllüdlü X4 və 03 dekabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 fevral 2025-ci il tarixdən başlayaraq hər ay Maraqlı şəxs hər uşağa 50 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulub Ərizəçi ödənilməsinə dair hissədə məcburi icra üçün təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-680/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-680/2025
30.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver