Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-691/2024 25.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X14 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, uşağı X3 09 aprel 1979-cu il tarixdə Daşkəsən rayonu, Daşkəsən şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib izahatında göstərmişdir ki, X7 ilə birgə nikahlarından 30 mart 1979-cu ildə X5 doğulmuşdur. Uşağın adına doğum haqqında akt qeydi aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. 09 aprel 1979-cu ildə qızı X5 vəfat etmişdir. Lakin səhlənkarlıq edib uşağın adına ölüm haqqında şəhadətnamə almamışdır. X4 27 iyun 2024-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra miras əmlaka dair hüquq müəyyənedici sənəd almaq üçün aidiyyəti orqana müraciət edərkən, məlum olmuşdur ki, qızı X1 insan kimi qeydiyyatadır. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün ona ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu və qeyd edilən faktın məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən müraciətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid ifadəsində göstərmişdir ki, Ərizəçi baldızıdır olmuşdur. X7 ilə Ərizəçi 1976-cı ildə ailə qurmuşlar. Birgə nikahlarından 30 mart 1979-cu ildə X5 doğulmuşdur. Uşaq 09 aprel 1979-cu ildə vəfat etmişdir. Uşağı Daşkəsən rayonu Mollahəsənli kəndində dəfn etmişlər. X5 09 aprel 1979-cu ildə Daşkəsən şəhərində vəfat etmişdir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi arasında 31 yanvar 1976-cı il tarixdə nikah bağlanmış və Daşkəsən rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Maraqlı şəxs 09 oktyabr 2024-cü il tarixli 3-16-5/8-69-318/2024 saylı arayışının surətindən görünür ki, X5 30 mart 1979-cu ildə Daşkəsən rayonunda doğulmuşdur. X2, anası X6r. Bu barədə Maraqlı şəxsndə doğum haqqında akt qeydləri kitabında 02 aprel 1979-cu il tarixdə 107 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 27 iyun 2024-cü il tarixdə ölmüşdür. Bu barədə Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri kitabınbda 07 avqust 2024-cü il tarixdə 83 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 09 oktyabrl 2024-cü il tarixli 3-16-5/8-69-308/2024 saylı məktubundan görünür ki, X5 barəsində ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədlə Maraqlı şəxs arxivində və "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı də təsdiq edimiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sesteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi bərədə qanuni güvvəyə minmiiş qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd olunanlara əsəsən Ərizəçi müraciəti təmin edilməmiş və ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsi dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi ilə X7 aralarındakı nikahı 31 yanvar 1976-cı ildə Daşkəsən rayon VVAQ şöbəsində 12 saylı akt qeydi ilə qeydə aldırmaqlaq ailə qurmuşlar. Birgə nikahlarından 30 mart 1979-cu ildə X5 doğulmuş, onun adına doğum haqqında akt qeydi aparılmışdır. X5 09 aprel 1979-cu ildə vəfat etmişdir. Lakin uşağın ölümü qeydə alınmamış, ölüm haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra da, zərurət yaranmadığı üçün bu hala heç kim diqqət yetirməmişdir. Ərizəçinin X4 27 iyun 2024-cü il tarixdə ölmüşdür. Ərizəçi qızı Fatma Verdiyevanın adına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ərizəçiyə ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmiş və bundan imtina olunmuşdur. Bu səbəbdən də Ərizəçi 30 mart 1979-cu ildə Daşkəsən rayonunda doğulmuş X3 09 aprel 1979-cu ildə Daşkəsən rayonu, Daşkəsən şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, мəhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, ərizəçinin qızı X3 ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 30 mart 1979-cu ildə Daşkəsən rayonunda doğulmuş X3 09 aprel 1979-cu ildə Daşkəsən rayonu, Daşkəsən şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 30 mart 1979-cu ildə Daşkəsən rayonunda doğulmuş X3 09 aprel 1979-cu ildə Daşkəsən şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-691/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-691/2024
25.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver