Məhkəmə qərarları › İş №2(030)-694/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-694/2025

13.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-694/2025 13.01.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı torpaq sahəsində çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən zəbt edilmiş torpaq sahəsindən çıxarılması, qanunsuz inşa edilmiş tor hasarın sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, cavabdeh tərəfindən ona həmin torpaq sahəsindən istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Daşkəsən rayonu Təzəkənd kəndi ərazisində 0,12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Buna baxmayaraq, mülkiyyətçi torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, cavabdeh tərəfindən torpaq sahəsinin ətrafı dəmir tor ilə hasarlanmışdır. Hal-hazıra kimi cavabdeh mübahisəli torpaq sahəsindən istifadə edərək əkib becərir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh torpaq sahəsini boşaltmaqdan imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsini dəmir tor ilə hasara alaraq oradan istifadə edir. Onun bibisinə məxsus olmuşdur. Bibisinin razılığı ilə torpaq sahəsinin ətrafını dəmir tor setka ilə hasara alaraq əkib becərmişdir. Sonradan torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bilmişdir. İddiaçı razı olacağı təqdirdə torpaq sahəsini əkib becərmək istəyir. Əgər razılıq əldə etməsələr sökərək torpaqdan istifadəni dayandıracaqdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 fevral 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Daşkəsən rayonu Təzəkənd kəndində yerləşən 0,12 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 24 fevral 2017-ci il tarixli A ******* nömrəli, **********86 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, 24 fevral 2017-ci il tarixdə Dövlət torpaq kadastrında qeydə alınmış həmin “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Daşkəsən rayonu Təzəkənd kəndi ərazisindən İddiaçı (iddiaçıya) yaşayış məntəqələri kateqoriyasına aid 0,12 ha torpaq sahəsi ayrılmışdır. İşə əlavə edilmiş 10 iyul 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin sərhədləri daxilində 2 hissədə (11.0 metr və 29.0 metr) ümumi uzunluğu olan 40.0 metr metal tor mövcuddur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Daşkəsən rayonu Təzəkənd kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 24 fevral 2017-ci il tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsində quraşdırılmış dəmir tor hasar cavabdeh X2 hesabına sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın. Cavabdeh X4 tərəfindən zəbt edilmiş torpaq sahəsi zəbtdən azad edilərək İddiaçı təhvil verilsin. İddiaçı həmin torpaq sahəsindən istifadə etməsinə cavabdeh X4 tərəfindən törədilən maneələr aradan qaldırılsın. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdeh X1 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar