Məhkəmə qərarları › İş №2(030)-704/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-704/2024

16.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-704/2024 16.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X21 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, övladları 22 mart 1985-ci ildə doğulmuş X3 28 yanvar 1986-cı ildə Daşkəsən şəhərində və 24 iyun 1986-cı ildə doğulmuş X4 18 fevral 1987-ci il tarixdə Daşkəsən şəhərində ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib izahatında göstərmişdir ki, xx xxxxxxx 1962-ci ildə Daşkəsən rayonu Qaraqollar kəndində doğulmuşdur. X13 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından dörd uşaqları doğulmuşdur. X1 22 mart 1985-ci ildə və X9 isə 24 iyun 1986-cı ildə doğulmuşdur. Uşaqların adına doğum haqqında akt qeydi aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. Uşaqlar anadagəlmə xəstə doğulmuşlar. X2 28 yanvar 1986-cı ildə, qızı X9 isə 18 fevral 1987-ci il tarixdə vəfat etmişlər. Lakin səhlənkarlıq edib uşaqların adına ölüm haqqında şəhadətnamə almamışdır. X7 vəfat etdikdən sonra vərəsəliklə bağlı notariat ofisinə müraciət etmiş, 1985-ci il təvəllüdlü oğlu Ehtibarın və 1986-ci il təvəllüdlü Kəmalənin adına ölüm haqqında şəhadətnamə olmadığı üçün imtina edilmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona uşaqların adına doğum haqqında akt qeydi aparılmadığı üçün ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Qeyd edilən faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən müraciətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X6 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə uzun illərdir qonşudurlar. X13 ilə Ərizəçi birgə nikahlarından dörd uşaqları doğulmuşdur. Ərizəçi bir qızı və bir oğlu doğulduqdan təxminən bir neçə ay sonra vəfat etmişlər. Məhkəmə iclasında şahid kimi dindirilən X11 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə uzun illərdir qonşudurlar. X13 ilə Ərizəçi birgə nikahlarından dörd uşaqları doğulmuşdur. Ərizəçi bir qızı və bir oğlu doğulduqdan təxminən bir il sonra vəfat etmişlər. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22 mart 1985-ci ildə Daşkəsən rayonu Kobalt qəsəbəsində doğulmuşdur. X5, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Daşkəsən qəsəbə sövetliyində doğum haqqında akt qeydləri kitabında 22 aprel 1985-ci il tarixdə 18 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24 iyun 1986-cı ildə Daşkəsən rayonu Daşkəsən qəsəbəsində doğulmuşdur. X5, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 27 iyun 1986-cı il tarixdə 154 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 05 oktyabr 2024-cü il tarixli 3-16-5/8-69-296/2024 saylı məktubundan görünür ki, X12 barəsində ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədlə Maraqlı şəxs arxivində və "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı də təsdiq edimiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sesteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi bərədə qanuni güvvəyə minmiiş qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd olunanlara əsəsən Ərizəçi müraciəti təmin edilməmiş və ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Maraqlı şəxs 05 oktyabr 2024-cü il tarixli 3-16-5/8-69-297/2024 saylı məktubundan görünür ki, X9 barəsində ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədlə Maraqlı şəxs arxivində və "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı də təsdiq edimiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sesteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi bərədə qanuni güvvəyə minmiiş qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd olunanlara əsəsən Ərizəçi müraciəti təmin edilməmiş və ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrii dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi ilə X13 rəsmi nikah qeydiyyatında keçməklə ailə qurmuşdur. Birgə nikahlarından dörd uşaqları doğulmuşdur. Ərizəçi X1 22 mart 1985-ci ildə, X9 24 iyun 1986-cı ildə doğulmuş, onların adına doğum haqqında akt qeydi aparılmışdır. X8 28 yanvar 1986-cı ildə, X9 18 fevral 1987-ci ildə vəfat etmişdir. Lakin uşaqların ölümü qeydə alınmamış, ölüm haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra da, zərurət yaranmadığı üçün bu hala heç kim diqqət yetirməmişdir. Ərizəçinin X7 vəfat etmişdir. Ərizəçi vərəsəliklə bağlı notariat ofisinə müraciət edərkən ondan 22 mart 1985-ci ildə doğulmuş X3 və 24 iyun 1986-cı ildə doğulmuş X4 ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Lakin uşaqların adına ölüm akt qeydi aparılmadığı və müvafiq ölüm haqqında şəhadətnamə alınmadığı üçün vərəsəlik hüququ əldə etmək mümkün olmamışdır. Ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, ərizəçiyə Maraqlı şəxs arxiv kitablarında və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində X3 və X4 barəsində ölüm haqqında akt qeydi aşkar olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmiş və bundan imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, мəhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, Ərizəçi X1 və X4 ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 22 mart 1985-ci ildə doğulmuş X3 28 yanvar 1986-cı ildə Daşkəsən şəhərində və 24 iyun 1986-cı ildə doğulmuş X4 18 fevral 1987-ci il tarixdə Daşkəsən şəhərində ölmələri faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 22 mart 1985-ci ildə doğulmuş X3 28 yanvar 1986-cı ildə Daşkəsən şəhərində və 24 iyun 1986-cı ildə doğulmuş X4 18 fevral 1987-ci il tarixdə Daşkəsən şəhərində ölmələri faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar