Məhkəmə qərarları › İş №2(030)-729/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-729/2024

14.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-729/2024 14.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəldilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, onunla Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 20 sentyabr 2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəlməklə, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat məbləğində alimentin barışıq sazişində göstərilən xx.xx.2023-cü il tarixdən hesablanmaqla Maraqlı şəxs qızından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-7370/2023 saylı 14 dekabr 2023-cü il tarixli qətnaməsinə əsasən onunla Maraqlı şəxs arasında olan nikah pozulmuşdur. Onunla Maraqlı şəxs arasında 20 sentyabr 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Sazişə əsasən Maraqlı şəxs birgə nikahlarından doğulmuş 01 iyun 2009-cu il təvəllüdlü X2, 05 yanvar 2011-ci il təvəllüdlü X3 və 09 iyul 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşana çatanadək saxlanılmaları üçün hər ay 50 manat olmaqla, cəmi 150 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh barışıq sazişi ilə üzərinə götürdüyü aliment öhdəliyini icra etməmiş, aliment ödəməkdən imtina etmiş, bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs tələbi qismən qəbul etməyərək izahatında göstərmişdir ki, mediasiya sazişinin şərtlərini qarşı tərəf pozmuşdur. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 01 iyun 2009-cu ildə Daşkəsən şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxsdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 01 aprel 2011-ci il tarixdə 82 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 yanvar 2011-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxsdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 01 aprel 2011-ci il tarixdə 83 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 09 iyul 2015-ci ildə Gəncə şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxsdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 01 aprel 2011-ci il tarixdə 83 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli 2(030)-335/2024 qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 01 iyun 2009-cu il təvəllüdlü X2 iddiaçı Maraqlı şəxs himayəsinə verilməsi, iddia tələbinin qalan hissədə təmin ediməməsi qət edilmişdir. İşə əlavə olunmuş İlkin mediasiya sesiyasında təsdiq edilmiş 20 sentyabr 2023-cü il tarixli “Barışıq sazişi”ndən görünür ki, tərəflər birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs arasında 14 noyabr 2008-ci il tarixli Daşkəsən rayon İHBnın Zağalı İƏUN-yi Xoşbulaq kəndi tərəfindən 08 Ne ilə qeyd edilmiş nikah akt qeydinin pozulması ilə bağlı mübahisə yoxdur, boşanmağa hər iki tərəf razıdır və məhkəmədə nikaha xitam verilməsinə dair 3 aylıq vaxtın verilməsini istəmirlər. Sazişin 2-ci bəndinə əsasən, tərəflər ikinci tərəf Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 birinci tərəf Ərizəçi himayəsində qalmasına etiraz etmədi. Sazişin 3-cü bəndinə görə, tərəflər razılaşırlar ki, ikinci tərəf Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa 50 (əlli) manat məbləğində, ümumilikdə 150 manat alimenti hər ayın sonunda birinci tərəfə Ərizəçi ödəməyi öz öhdəsinə götürmüşdür. Sazişin 4-ci bəndinə əsasən, tərəflər birinci tərəf Ərizəçi birgə nikahdan doğulmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 anaları Maraqlı şəxs ilə ünsiyyətinə mane olmayacağı və istənilən vaxt ana ilə uşaqların görüşməsini təmin edəcəyi barədə razılığa gəlmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-7370/2023 saylı 14 dekabr 2023-cü il tarixli qətnaməsinə əsasən Ərizəçi ilə Maraqlı şəxs arasında olan nikahları pozulmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında 20 sentyabr 2023-cü il tarixli “Barışıq sazişi” bağlanmış, sazişə əsasən tərəflər birgə nikahdan doğulmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 birinci tərəf Ərizəçi himayəsində qalmasına, Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa 50 (əlli) manat məbləğində, ümumilikdə 150 manat alimenti hər ayın sonunda birinci tərəfə Ərizəçi ödəməyi öz öhdəsinə götürmüşdür. Daşkəsən Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli 2(030)-335/2024 saylı qətnaməsinə əsasən 01 iyun 2009-cu il təvəllüdlü X5 iddiaçı Maraqlı şəxs himayəsinə verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı 20 sentyabr 2023-cü il tarixdən 10 gün müddətində könüllü şəkildə icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Nəzərə alınmalıdr ki, tam fəaliyyət qabiliyyətli olan saziş tərəfləri iradələrini əks etdirən imzalarıyla sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşdüklərini bəyan etmişlər. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırkı tələb barışıq sazişinin təsdiqi ilə bağlı olsa da, mahiyyət etibarilə alimentin tutulması məzmununa malikdir. Odur ki, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış 20 sentyabr 2023-cü il tarixli barışıq sazişi Maraqlı şəxs uşaqları 05 yanvar 2011-ci il təvəllüdlü X3 və 09 iyul 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 20 sentyabr 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 100 manat məbləğində alimenti tutularaq Ərizəçi ödənilməsi hissəsində təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar