Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-736/2025 14.01.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X17 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, 12 mart 1991-ci ildə Daşkəsən şəhərində doğulmuş X1 20 may 1991-ci il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, xx xxxxxx 1959-cu ildə Daşkəsən rayonunda doğulmuşdur. 09 may 1982-ci ildə X6 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 12 mart 1991-ci ildə Məhərrəm, 03 fevral 1993-cü ildə Asiya, 01 may 1997-ci ildə Kamran və 01 oktyabr 2002ci ildə İmran adlı dörd uşaqları doğulmuşdur. 12 mart 1991-ci il təvəllüdlü oğlu X4 2 ay sonra 20 may 1991-ci ildə vəfat etmişdir. Uşaq körpə olduğu üçün dəfn etsələr də, qəbirüstü götürməmişlər. X3 vəfat etdikdən sonra miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etdikdə, 12 mart 1991-ci il təvəllüdlü oğlu Məhərrəm Abdullayevin sağ insan kimi qeydiyyata olduğu müəyyən edimişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün ona ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu və qeyd edilən faktın məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən müraciətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Ərizəçi qaynının arvadıdır. 32 ildir Ərizəçi tanıyır. Gülarənin 2 aylıq oğlu Məhərrəm Abdullayev 1991-ci ildə vəfat etmiş və Daşkəsən rayonu Xoşbulaq kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında dindirilən şahid X14 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə qonşu olmuşlar. Ərizəçi bir oğlu vəfat etmişdir. Uşaq xəstə olduğu üçün 20 may 1991-ci ildə vəfat etmiş və kənd qəbrstanlığında dəfn edilmişdir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X9 arasında 09 may 1982-ci il tarixdə nikah bağlanmış və Zağalı kənd XDS İKnin VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikahdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 mart 1991-ci ildə Daşkəsən şəhərində doğulmuşdur. X2, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 09 aprel 1991-ci il tarixdə 105 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 03 fevral 1993-cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuşdur. X2, anası Ərizəçidır. Bu barədə Daşkəsən RİHB-nin Zağalı İƏÜ nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 21 aprel 1993-cü il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01 sentyabr 2002-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuşdur. X2, anası Ərizəçidır. Bu barədə Daşkəsən RİHB-nin Zağalı İƏÜ nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 20 oktyabr 2002-ci il tarixdə 22 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 14 iyun 2025-ci il tarixli 3-16-5/8-69-166/2025 saylı məktubundan görünür ki, X4 barəsində ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədlə Maraqlı şəxs arxivində və "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı də təsdiq edimiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sesteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi bərədə qanuni güvvəyə minmiiş qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd olunanlara əsəsən Ərizəçi müraciəti təmin edilməmiş və ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi ilə X6 aralarındakı nikahı 09 may 1982-ci ildə Zağalı kənd XDS İK-nin VVAQ şöbəsində 12 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından dörd övladı doğulmuşdur. Ailənin böyük uşağı olan X4 12 mart 1991-ci ildə Daşkəsən rayonunda doğulmuş, onun adına doğum haqqında akt qeydi aparılmışdır. Məhərrəm Abdullayev 20 may 1991-ci ildə vəfat etmişdir. Lakin uşağın ölümü qeydə alınmamış, ölüm haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra da, zərurət yaranmadığı üçün bu hala heç kim diqqət yetirməmişdir. Ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, ərizəçiyə ölüm haqqında akt qeydi aşkar edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsinin qeyrimümkün olduğu bildirilmiş və bundan imtina olunmuşdur. Bu səbəbdən də, ərizəçi qızı X1 12 mart 1991-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində ölməsi faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, ərizəçinin qızı X1 ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X1 20 may 1991-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 20 may 1991-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-736/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-736/2025
14.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver