Məhkəmə qərarları › İş №2(030)-82/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-82/2023

08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-82/2023 08.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, oğlu X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahatında göstərmişdir ki, oğlu 05 fevral 1999-cu il təvəllüdlü X3 03 avqust 2022-ci il tarixdə yaşadıqları Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövlənin tavanından özünü asaraq intihar etmiş, 04 avqust 2022-ci il tarixdə Gəncə-Daşkəsən yolunun üzərində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Qeyd olunan faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış, cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. X5 adına “Ölüm haqqında şəhadətnamə” alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ona ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş 08 avqust 2022-ci il tarixli 1373 saylı arayışda X1 03 avqust 2022-ci il tarixdə saat 07:10 radələrində özünə qəsd, intihar etməsi qeyd olunmuşdur. Artıq oğlunun ölümündən xeyli müddət keçməsinə baxmayaraq ölüm faktını müəyyən edə və ölüm haqqında şəhadətanmə ala bilmir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, Ərizəçi doğma qardaşıdır. Hər ikisi Gəncə şəhəri Avtozavod qəsəbəsində qonşudurlar. 03 avqust 2022-ci ildə qardaşı oğlu X3 yaşadıqları fərdi yaşayış evinin həyətində yerləşən tövlənin tavanından özünü asaraq intihar etmişdir. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmışdır. 04 avqust 2022-ci ildə mərhum Təbriz Süleymanov dəfn edilmişdir. Yas mərasimində o, da iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə Gəncə şəhəri Avtozavod qəsəbəsində qonşudurlar. 03 avqust 2022-ci ildə X3 yaşadıqları fərdi yaşayış evinin həyətində yerləşən tövlənin tavanından özünü asaraq intihar etmişdir. 04 avqust 2022-ci ildə mərhum Təbriz Süleymanov dəfn edilmişdir. Yas mərasimində o, da iştirak etmişdir. İşə əlavə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X12 TTYS-nin 03 avqust 2022-ci il tarixli 1373 saylı məlumatdan görünür ki, Gəncə şəhər TTTYS-na 03 avqust 2022-ci il tarixdə saat 07:10 radələrində Gəncə şəhəri Avtozavod qəsəbəsinə 05 fevral 1999-cu il təvəllüdlü X1 adına çağırış olmuşdur. Çağırış yerinə gələn TTTYS-nin çağırışçı həkimi Eldəniz Məmmədov təcili yardıma gələnə qədər X3 özünə qəsd, intihar edərək ölmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Gəncə şəhər Birləşmiş Xəstəxana” PHŞ Cavadxan Ailə Sağlamlıq Mərkəzinin 09 avqust 2022-ci il tarixli 79-1 saylı arayışdan görünür ki, Gəncə şəhər Təcili və X6 Stansiyasının 03 avqust 2022-ci il tarixli 1373 nömrəli məlumatına əsasən mərhum 1999-cu il təvəllüdlü X3 03 avqust 2022-ci il tarixdə saat 07:10-da özünü asaraq mexaniki asfikasiya nəticəsində vəfat etmişdir. Gəncə şəhər Tibbi Pataloji Anatomiya Ekspertiza Məhkəməsinin rəyinin olmamasını nəzərə alaraq “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.3 bəndinə əsasən” ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər prokurorluğunun 17 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Ərizəçi Təbriz oğlunun 03 avqust 2022-ci il tarixdə saat 04 radələrində iplə özünü asaraq intihar etməsi barədə daxil olmuş məlumata əsasında aparılmış araşdırma üzrə 05 fevral 1999-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan X1 yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin tavanından özünü asaraq intihar etməsi faktı üzrə cinayət işinin başlanması Azərbayca Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 07 sentyabr 2022-ci il tarixli 05/Q-417/69 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2003-cü il tarixli 145 saylı qərarının 8.5-ci müddəasına əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi oğlu 05 fevral 1999-cu il təvəllüdlü X3 03 avqust 2022-ci il tarixdə yaşadıqları Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövlənin tavanından özünü asaraq intihar etmişdir. Bundan sonra Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Təcili və X6 Stansiyasına 03 avqust 2022-ci il tarixdə saat 07:10 radələrində Gəncə şəhəri Avtozavod qəsəbəsinə 05 fevral 1999-cu il təvəllüdlü X1 adına çağırış olmuşdur. Çağırış yerinə gələn TTTYS-nin çağırışçı həkimi Eldəniz Məmmədov tərəfindən 05 fevral 1999-cu il təvəllüdlü X1 meyidinə baxış keçirilmiş və X2 təcili yardıma qədər şəxsin özünə qəsd, intihar edərək öldürdüyünü təsdiq etmişdir. İş üzrə Gəncə şəhər prokurorluğunda faktla bağlı araşdırma aparılmış, Gəncə şəhər prokurorluğunun müstəntiqi X8 17 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə 05 fevral 1999-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan X1 yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin tavanından özünü asaraq intihar etməsi faktı üzrə cinayət işinin başlanması Azərbayca Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir. X3 04 aqvust 2022-ci ildə Gəncə-Daşkəsən yolunun üzərində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə” alınması üçün Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Gəncə şəhər Birləşmiş Xəstəxana” PHŞ Cavadxan Ailə Sağlamlıq Mərkəzinə rəsmi qaydada müraciət etsə də, “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.3 bəndinə əsasən” ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan sonra Ərizəçi “Ölüm haqqında şəhadətnamə” almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təsdiq edilmədiyi üçün X1 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də Ərizəçi 05 fevral 1999-cu ildə Daşkəsən şəhərində anadan olmuş X1 03 avqust 2022-ci ildə Gəncə şəhəri Avtozavod qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş üzrə göründüyü kimi, Ərizəçi – X1 ölümü haqqında sənədi məhkəmədənkənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 05 fevral 1999-cü ildə Daşkəsən şəhərində anadan olmuş X1 03 avqust 2022-ci ildə Gəncə şəhəri Avtozavod qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 05 fevral 1999-cü ildə Daşkəsən şəhərində anadan olmuş X1 03 avqust 2022-ci ildə Gəncə şəhəri Avtozavod qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar