Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-104/2023 12.01.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Şabran rayon Qeydiyyat Şöbəsi Faktın müəyyən edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun doğma qardaşı oğlu mərhum X5 1992-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə dəqiqləşmə verərək Şabran rayon Qeydiyyat Şöbəsinin maraqlı şəxs qismində göstərilməsi, onun doğma qardaşı oğlu mərhum X5 1992-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X6 onun doğma qardaşı Şaiqin oğludur, 22 iyul 1992-ci ildə anadan olmuşdur. Mərhum qardaşı oğlu Əziz anadan olandan 2 ay sonra vəfat etmişdir. Mərhum qadaşı oğlu Əzizin belə erkən faciəvi ölümü, hər birini məyus etmişdir, onu çox erkən itirdiklərinə görə Əzizin ölümü haqqında şəhadətnaməsini almağı unutmuşlar, odur ki, Əzizin bu günə kimi ölümü haqqında şəhadətnaməsi yoxdur. Hal-hazırda Əzizin atası, anası rəhmətə getdiyindən mərhumun ən yaxın qohumu qardaşı kimi odur. Hal-hazırda mərhum qardaşı Şaiqin miras qalmış fərdi yaşayış evinin onun mülkiyyətinə rəsmiləşdirilməsindən ötrü qardaşının vərəsələrinin qanunla nəzərdə tutulduğu kimi razılığı olmlıdır. Qardaşının övladlarından biri də mərhum Əzizdir və eyni zamanda həyatda deyil, dünyasını dəyişmişdir, o zaman bunu təsdiq edən ölüm haqqında şəhadətnamə tələb olunur. Vaxtında şəhadətnaməni almamaları hazırda problem yaradır, belə olan halda mərhum qardaşı oğlunun 1992-ci ildə vəfat etməsi barədə sənədin başqa yolla alınması qeyri-mümkündür, bu sənəd yalnız məhkəmə vasitəsi ilə alınmalıdır. Xahiş edir, onun doğma qardaşı oğlu mərhum X5 1992-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Şabran rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Şabran rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X2 göstərdi ki, X3 qardaşıdır, onun Əziz adında oğlu olmuşdur. Əziz 1992-ci ildə vəfat etmiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur, Əziz vəfat edərkən 1-2 aylıq olmuşdur. X10 ayrı-ayrılıqda bildirdi ki, X3 onların yaxınıdır, onun Əziz adında oğlu olmuşdur. Əziz 1992-ci ildə vəfat etmişdir, vəfat edərkən 1-2 aylıq olmuşdur. İşə əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, X3 ilə X1 birgə nikahlarından 04 iyul 1992-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş İ-JQ seriyalı 316884 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 ilə X4 10 aprel 1990-cı ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İİ seriyalı 011235 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 25 aprel 2019-cu ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İİ seriyalı 191339 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 18 avqust 1999-cu ildə ölmüşdür. İşə əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 dekabr 2022-ci il tarixli 70 saylı məktubdan görnür ki, ölüm haqqında tibbi şəhadənamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də X6 1992-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi qardaşı oğlu- X5 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 04 iyul 1992-ci il təvəllüdlü X5 1992-ci ildə Şabran şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 04 iyul 1992-ci il təvəllüdlü X5 1992-ci ildə Şabran şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Çingiz İsgəndərov.
Məhkəmə qərarları › İş №2(031)-104/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-104/2023
12.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver