Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-104/2024 16.01.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “VAZ 2107” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomaşın və nəqliyyat şəhadətnaməsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun atasıdır. Atası ilə anası faktiki olaraq ayrılmış, hazırda o, anası ilə yaşayır. Atası ilə münasibətləri kəsilmişdir. 2018-ci ildə “VAZ 2107” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomaşını əldə etmişdir. Həmin avtomaşının dəyəri 5000 manat təşkil edir. Atası olan cavabdehlə münasibətləri kəsildikdən sonra ona məxsus avtomaşını qanunsuz idarə edərək geri qaytarmaqdan imtina edir. Hazırda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi də cavadehdədir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək “VAZ 2107” markalı **- TD-*** dövlət qeydiyyat nişanlı avtomaşın və nəqliyyat şəhadətnaməsinin hazırda onda olduğunu, geri qaytarmaq fikrinin olmadığını bildirdi, ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, 2010-cu il buraxılışlı, boz metallik rəngli, “VAZ 2107” markalı avtomaşın İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “VAZ 2107” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomaşın hazırda İddiaçı mülkiyyətində olmaqla Cavabdeh tərəfindən qanunsuz olaraq istismar olunur. Həmin avtomaşının qeydiyyat şəhadətnaməsi də Cavabdehdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi qanunvericilik normaları da mülkiyyətçinin hüquqlarının müdafiə edir. Məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətçi kimi iddiaçının hüquqlarının həyata keçirilməsinə mane törətməsi, iddiaçıya məxsus avtomaşın və qeydiyyat şəhadətnaməsini özündə saxlaması qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və 50 manat məbəğində mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “VAZ 2107” markalı **- TD-*** dövlət qeydiyyat nişanlı avtomaşın və həmin avtomaşına məxsus qeydiyyat şəhadətnaməsi Cavabdeh alınaraq İddiaçı veriməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “VAZ 2107” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomaşın və həmin avtomaşına məxsus qeydiyyat şəhadətnaməsi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qaldırılması üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu və 50 (əlli) manat məbəğində mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-104/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-104/2024
16.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver