Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1073/2024 26.12.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə Şabran rayonunda anadan olmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ağciyər-ürək çatışmazlığı səbəbindən vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X6 xx.xx.2022-ci il tarixdə Şabran Mərkəzi Rayon X11 Şəxsində həkim qəbulunda olarkən ona kəskin bronxit, daun sindromu diaqnozları qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə axşam radələrində Bakı şəhərinə gec çatdıqları üçün həmin gün həkimə gedə bilmədiklərinə görə X6 baldızının yaşadığı evdə ağciyər-ürək çatışmazlığından vəfat etmişdir. O, dərhal Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “103” xidmətinə bu barədə məlumat verərərk çağırış etmiş və çağırışa əsasən həkim X4 “həkimə qədər ölüm, qadın cinsli meyit” diaqnozu qoymuşdur. Bu barədə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Respublika Təcili və X8 Mərkəzi” X14 tərərfindən arayış verilmişdir. Lakin ona ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçısının izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı, 781466 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, atası X5 və anası Ərizəçi olan X6 xx.xx.2022-ci il tarixdə anadan olmuş və Maraqlı şəxsndə qeyd edilmişdir. İş materiallarında olan sorğuya cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə X2 adına çağırış daxil olmuş, ona “həkimə qədər ölüm, qadın cinsli meyit” diaqnozu qoyularaq müvafiq ilkin tibbi yardım göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Respublika Təcili və X8 Mərkəzi” X14 tərərfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə “103” xidmətinə Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu ünvanından Zeynəb adlı uşağın (3 ay) adına “halı pis” səbəbilə çağırış daxil olmuş, çağırışı 10 saylı bölmənin həkimi Zərifə Süleymanova icra edərək ünvanda X4 (4 ay) məxsus meyit ilə rastlaşmış “həkimə qədər ölüm, qadın cinsli meyit” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar X2 ölümü barədə tibbi şəhadətnamə təqdim edilmədiyi üçün onun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası “Şabran Rayon Mərkəzi Xəstəxanası” X12 aid ölüm epikrizasından görünür ki, X3 ağciyər-ürək çatışmazlığı və daun sindromu müşahidə olunmuşdur. İş mayteriallarında olan Azərbaycan Respublikası Şabran Rayon İcra Hakimiyyətinin Uzunboyad İnzibati Ərazi Dairəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 rayonu, Uzunboyad kəndində qeydiyyatda olmuş, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Şabran rayonu, Uzunboyad kənd qəbiristanlığında xx.xx.2023-cü il tarixdə dəfn olnumuşdur. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də xx.xx.2022-ci il tarixində Şabran rayonunda anadan olmuş X6 xx.xx.2023-cü il tarixində Bakı şəhəri ərazisində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi qızı X2 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixində Bakı şəhəri ərazisində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixində Bakı şəhəri ərazisində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-1073/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1073/2024
26.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver