Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1099/2025 16.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il Quba 1 saylı Mediasiya Təşkilatında onunla Maraqlı şəxs ilə bağladıqları barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Quba 1 saylı Mediasiya Təşkilatında o, Maraqlı şəxs ilə, birgə nikahından doğulmuş övladları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1, onun himayəsinə verilməsinə razılaşmışdırlar. xx.xx.2025- ci il tarixində Quba 1 saylı Mediasiya Təşkilatında barışıq sazişinə əsasən birgə nikahdan doğulmuş övladları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixindən başlamaqla hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin ödənilməsinə razılığa gəlmələrinə baxmayaraq, Maraqlı şəxs bugünə kimi aliment ödəmədiyinə görə məhkəmə qaydasında barışıq sazişinin təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-V seriyalı, 121730 saylı doğum haqqında şəhadətnamənin surətindən və Şabran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflərin birgə münasibətindən xx.xx.2020-ci ildə Emin və xx.xx.2022-ci ildə Zahidə adlı uşaqları olmuşdur. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞQ/MT/040/2025-00489 saylı barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs birgə nikaha davam edilməməsi, birgə nikahdan doğulmuş övladı xx.xx.2020-ci il təvəllüdlü X2 atasının Maraqlı şəxs olmasının müəyyən edilməsi, Maraqlı şəxs birgə nikahdan doğulmuş övladı xx.xx.2020-ci il təvəllüdlü X2 atası olmasını etiraf etməsi və soyadının verilməsini öz öhdəsinə götürməsi, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022- ci il təvəllüdlü X1 Ərizəçi himayəsinə verilməsi, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin ödənilməsi, X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixindən başlamaqla hər ay ayın 10-u hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin Ərizəçi bank hesabına və ya kartına ödənilməsi, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə Maraqlı şəxs anasının himayəsində yaşadığı ərazi üzrə uşağın sağlamlığı, təhsili, qidalanması, yaşamı və s. hüquqlarına xələl gətirmədən, qeyri-iş və istirahət günlərində həftədə bir dəfə olmaqla sərbəst görüşmələri, saziş üzrə bağlanmış müqavilənin dəyəri olaraq razılaşdırılmış məbləğin 3/4 hissəsinin Ərizəçi, 1/4 hissəsinin Maraqlı şəxs tərəfindən ödənilməsi barədə razılaşmışdırlar. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Ərizəçi tərəfindən Quba 1 saylı Mediasiya Təşkilatının hesabına 100 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında Quba 1 saylı mediasiya təşkilatında xx.xx.2025-ci il tarixli, MŞQ/MT/040/2025- 00489 saylı barışıq sazişi bağlanmışdır. Barışıq Sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və mediasiya təşkilatının möhürü ilə möhürlənmişdir. Lakin barışıq sazişinin imzalanmasına baxmayaraq, Maraqlı şəxs tərəfindən sazişin şərtləri icra olunmamışdır. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Belə olan halda Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi məhkəmədə təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin birinci bəndi istisna olmaqla, tərəflərin birgə nikahdan doğulmuş övladı xx.xx.2020-ci il təvəllüdlü X2 atasının Maraqlı şəxs olmasının müəyyən edilməsi, Maraqlı şəxs birgə nikahdan doğulmuş övladı xx.xx.2020-ci il təvəllüdlü X2 atası olmasını etiraf etməsi və soyadının verilməsini öz öhdəsinə götürməsi, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022- ci il təvəllüdlü X1 Ərizəçi himayəsinə verilməsi, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin ödənilməsi, X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025ci il tarixindən başlamaqla hər ay ayın 10-u hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin Ərizəçi bank hesabına və ya kartına ödənilməsi, xx.xx.2020ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə Maraqlı şəxs anasının himayəsində yaşadığı ərazi üzrə uşağın sağlamlığı, təhsili, qidalanması, yaşamı və s. hüquqlarına xələl gətirmədən, qeyri-iş və istirahət günlərində həftədə bir dəfə olmaqla sərbəst görüşmələri, saziş üzrə bağlanmış müqavilənin dəyəri olaraq razılaşdırılmış məbləğin 3/4 hissəsinin Ərizəçi, 1/4 hissəsinin Maraqlı şəxs tərəfindən ödənilməsi barədə tərəflərin razılaşmasına dair bəndlər təsdiq edilməli, 100 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi verilməlidir. Həmçinin barışıq sazişinin təsdiq edilməsi alimentin tutulması məsələsi ilə bağlı olduğundan qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 339-341, 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Quba 1 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞQ/MT/040/2025-00489 saylı barışıq sazişinin birinci bəndi istisna olmaqla, tərəflərin birgə nikahdan doğulmuş övladı xx.xx.2020-ci il təvəllüdlü X2 atasının Maraqlı şəxs olmasının müəyyən edilməsi, Maraqlı şəxs birgə nikahdan doğulmuş övladı xx.xx.2020-ci il təvəllüdlü X2 atası olmasını etiraf etməsi və soyadının verilməsini öz öhdəsinə götürməsi, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022ci il təvəllüdlü X1 Ərizəçi himayəsinə verilməsi, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin ödənilməsi, X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixindən başlamaqla hər ay ayın 10-u hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin Ərizəçi bank hesabına və ya kartına ödənilməsi, xx.xx.2020ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə Maraqlı şəxs anasının himayəsində yaşadığı ərazi üzrə uşağın sağlamlığı, təhsili, qidalanması, yaşamı və s. hüquqlarına xələl gətirmədən, qeyri-iş və istirahət günlərində həftədə bir dəfə olmaqla sərbəst görüşmələri, saziş üzrə bağlanmış müqavilənin dəyəri olaraq razılaşdırılmış məbləğin 3/4 hissəsinin Ərizəçi, 1/4 hissəsinin Maraqlı şəxs tərəfindən ödənilməsi barədə tərəflərin razılaşmasına dair bəndlər təsdiq edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-1099/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1099/2025
16.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver