Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1112/2025 24.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı "barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs qarşı "barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış Quba 1 sayli Mediasiya Təşkilatının MŞQ/MT- 040/2025-00688 saylı xx.xx.2025-ci il tarixil "Barışıq Sazişi"-nin məcburi icrası üçün məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarında Quba 1 sayli Mediasiya Təşkilatının MŞQ/MT-040/2025-00688 saylı xx.xx.2025-ci il tarixil "Barışıq Sazişi"-nə əsasən birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Maraqlı şəxs ona hər uşaq üçün ayda 300 manat olmaqla cəmi 600 manat aliment ödəməsinə dair öhdəlik götürmüşdür. Ancaq Maraqlı şəxs tərəfindən bu günə kimi götürdüyü öhdəlik yerinə yetirilməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, iclasa gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-T seriyalı 042395 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs 21 aprel 2012-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 393484 saylı və AZ-İİİ seriyalı 911975 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə Yunis və xx.xx.2013-cü ildə Yusif adlı uşaqları olmuşdur. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış Quba 1 saylı mediasiya təşkilatının mediatoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MŞQ/MT-040/2025-00688 saylı barışıq sazişindən görünür ki, 1. “Tərəflər” - Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladları xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2020 ci il təvəllüdlü X4 18 yaşma çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay ayrı - ayrılıqda hər bir uşaq üçün 300 (üç yüz) azn olmaqla cəmi 600,0 (altı yüz) manat məbləğində aiiment ödəyəcəyinə, 2. “Tərəflər” - Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladları üçün ödəniləcək aiiment məbləğinin hər ayın 1-5 aralığında ana - Ərizəçi təqdim etdiyi KaptalBank ASC-nin Şabran Filialından təqdim etdiyi **********453436 saylı kart hesabına ödəyəcəyinə, 3. “Tərəflər” - Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladları üçün ödəniləcək aiiment məbləğinin Maraqlı şəxs Cəial könüllü icrası üçün Ərizəçi KaptalBank ASC-nin Şabran Filialından təqdim etdiyi kart hesabına ödənilməsi üçün hali-hazırda çalışdığı iş yerinə təqdim edəcəyinə, 4. “Tərəflər” - Ərizəçi və Maraqlı şəxs Cəlai Saziş üzrə razılaşdırılmış xidmət haqqını 50% ödənilməsinə, 5. Bu saziş imzalandığı tarixdən dərhal hər iki tərəf üzərinə düşən öhdəlikləri icra edəcəklərinə razılaşdılar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında Quba 1 saylı mediasiya təşkilatında xx.xx.2025-ci il tarixli MŞQ/MT-040/2025- 00688 saylı barışıq sazişi bağlanmışdır. Barışıq Sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və Mediasiya təşkilatının möhürü ilə möhürlənmişdir. X5 imzalanmasına baxmayaraq, Maraqlı şəxs tərəfindən Barışıq sazişinin şərtləri icra olunmamışdır. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Belə olan halda, Ərizəçi ilə Maraqlı şəxs arasında Quba 1 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞQ/MT-040/2025-00688 saylı barışıq sazişi məhkəmədə təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə X6 arasında Quba 1 saylı mediasiya təşkilatında xx.xx.2025-ci il tarixli MŞQ/MT-040/2025-00688 saylı barışıq sazişi "1. “Tərəflər” - Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladları xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2020 ci il təvəllüdlü X4 18 yaşma çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay ayrı - ayrılıqda hər bir uşaq üçün 300 (üç yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat məbləğində aiiment ödəyəcəyinə, 2. “Tərəflər” - Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladları üçün ödəniləcək aiiment məbləğinin hər ayın 1-5 aralığında ana - Ərizəçi təqdim etdiyi KaptalBank ASC-nin Şabran Filialından təqdim etdiyi **********453436 saylı kart hesabına ödəyəcəyinə, 3. “Tərəflər” - Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladları üçün ödəniləcək aiiment məbləğinin Maraqlı şəxs Cəial könüllü icrası üçün Ərizəçi KaptalBank ASC-nin Şabran Filialından təqdim etdiyi kart hesabına ödənilməsi üçün hali-hazırda çalışdığı iş yerinə təqdim edəcəyinə, 4. “Tərəflər” - Ərizəçi və Maraqlı şəxs Cəlai Saziş üzrə razılaşdırılmış xidmət haqqını 50% ödənilməsinə, 5. Bu saziş imzalandığı tarixdən dərhal hər iki tərəf üzərinə düşən öhdəlikləri icra edəcəklərinə razılaşdılar." təsdiq edilməlidir. Həmçinin barışıq sazişinin təsdiq edilməsi alimentin tutulması məsələsi ilə bağlı olduğundan qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Quba 1 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞQ/MT-040/2025-00688 saylı barışıq sazişi "1. “Tərəflər” - Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladları xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2020 ci il təvəllüdlü X4 18 yaşma çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay ayrı - ayrılıqda hər bir uşaq üçün 300 (üç yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat məbləğində aiiment ödəyəcəyinə, 2. “Tərəflər” - Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladları üçün ödəniləcək aiiment məbləğinin hər ayın 1-5 aralığında ana - Ərizəçi təqdim etdiyi KaptalBank ASC-nin Şabran Filialından təqdim etdiyi **********453436 saylı kart hesabına ödəyəcəyinə, 3. “Tərəflər” - Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladları üçün ödəniləcək aiiment məbləğinin Maraqlı şəxs Cəial könüllü icrası üçün Ərizəçi KaptalBank ASC-nin Şabran Filialından təqdim etdiyi kart hesabına ödənilməsi üçün hali-hazırda çalışdığı iş yerinə təqdim edəcəyinə, 4. “Tərəflər” - Ərizəçi və Maraqlı şəxs Cəlai Saziş üzrə razılaşdırılmış xidmət haqqını 50% ödənilməsinə, 5. Bu saziş imzalandığı tarixdən dərhal hər iki tərəf üzərinə düşən öhdəlikləri icra edəcəklərinə razılaşdılar." təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-1112/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1112/2025
24.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver