Məhkəmə qərarları › İş №2(031)-1159/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1159/2025

08.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1159/2025 08.01.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Maraqlı şəxs qismində cəlb edilməklə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək atası xx.xx.1952-ci il təvəllüdlü X1 xx.xx.2025-ci ildə Şabran şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X7 onun atası olmuşdur. Atası xx.xx.1952-ci ildə Şabran şəhərində anadan olmuş və xx.xx.2025-ci ildə Şabran şəhərində vəfat etmiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur. Vəfat edərkən təcili tibbi yardım çağırılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Atası üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında dindirilən X9 ərizəçinin onun qızının baldızı olduğunu, X1 xx.xx.2025-ci il tarixdə vəfat etdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında dindirilən X2 ərizəçinin mərhum atasının onun qonşusu olduğunu, X1 xx.xx.2025-ci il tarixdə vəfat etdiyini bildirmişdir. Belə ki, iş materiallarında olan İV-JQ seriyalı, 444103 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X7 və anası X4 olan Ərizəçi xx.xx.1976-cı ildə doğulmuşdur. İş materiallarında olan AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 18 yanvar 1952-ci ildə Dəvəçi rayonunda anadan olmuşdur. İş materiallarında olan 7 oktyabr 2025-ci il tarixli aktdan görünür ki, Şabran şəhəri, T.Abbasov küçəsi, bina 5, mənzil 14-də yaşayan X7 73 yaşında 7 oktyabr 2025-ci ildə Şabran şəhərində vəfat etmiş və şəhər qəbiristanlığında dəfn edilmişdir. Aktın doğruluğunu X9, X3 və X5 imzaları ilə təsdiq etmişdirlər. İş materiallarında olan “Şabran Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş 3 dekabr 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş X6 ölümü ilə bağlı müəssisəyə heç bir məlumat verilməmişdir. Ona görə də RMX PHŞ-də tibbi şəhadətnamə aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. İş materiallarında olan Şabran Rayon Şabran Bələdiyyəsi tərəfindən verilmiş 6 yanvar 2026-cı il tarixli, 7 saylı arayışdan görünür ki, Ərizəçi 18 yanvar 1952-ci il tarixdə anadan olmuş atası Eyvaz Qasımov 7 oktyabr 2025-ci il tarixdə vəfat etmiş və Şabran şəhəri qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X7 qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də X7 xx.xx.2025-ci ildə Şabran şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi X1 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1952-ci il təvəllüdlü X1 xx.xx.2025-ci ildə Şabran şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X1 xx.xx.2025-ci ildə Şabran şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar